Bakını gözləyən təhlükə - FOTOLAR

Bakını gözləyən təhlükə - FOTOLARBakı şəhəri və onun ətraf ərazilərindəki mövcud və potensial sürüşmə zonaları Bakının yeni Baş Planı ("Böyük Bakının Regional İnkişaf Planı") əsasında şəhərsalma zamanı problemlər yaradacaq.

BiG.AZ xəbər verir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, Bakı şəhərinin mövcud ərazisi və perspektivdə inkişaf edəcəyi (gələcəkdə daha çox Səbail və Qaradağ rayonlarına tərəf inkişaf edəcək) təqribən 2,2 min kvadrat metrlik ərazinin sürüşməyə təhlükəliliyi tədqiq edilib.

E.Əlizadə deyib ki, Bakıda mövcud sürüşmə sahələri Bakı amfiteatrı zonasını - Badamdar yamacından başlamış bütün Bayıl yamacını, Teleatra qədər olan çox böyük ərazini əhatə edir: "Həmin ərazilərin tədqiqi zamanı müəyyən edilib ki, bu ərazilərdə müəyyən tədbirlərin görülməsinə baxmayaraq, sürüşmə sahələri heç də konservasiya olunmayıb, orada təhlükə qalmaqdadır. Müəyyən amillərin təsiri ilə həmin ərazilərdə, xüsusilə Badamdar yamacında və Bayıl yamacının qərb hissəsində sürüşmə üçün daha fəal zonalar var. Zığ massivi, Ukrayna meydanı, Yeni Günəşlidəki "Kərpic" zavodunun ərazisindəki və Masazırdakı sürüşmə əraziləri indi də fəaldir. Təqdiqat zamanı həmin ərazilərin genişlənərək indiki ərazilərindən xeyli böyük əraziləri əhatə edəcəyini müəyyən etdik".

Ələttə, Güzdəkdə çox böyük şəhərsalma layihələrinin icrasının, Lökbatanın genişləndirilməsinin nəzərdə tutulduğunu deyən E.Əlizadə qeyd edib ki, bunu nəzərə alaraq, təqribən Hacıqabula qədər gedib çatan, Bakı Ərazi Vahidinə aid olan ərazilərdə də araşdırma aparılıb: "Müəyyən edilib ki, Bakı şəhərinin daxilindəki mövcud sürüşmə sahələri potensial sürüşmə sahələrinin 20-25 faizindən çox deyil".

E.Əlizadənin sözlərinə görə, araşdırma zamanı müəyyənləşdirilib ki, hazırda mövcud olan sürüşmə sahələrindən başqa, "Qurd qapısı"nda, Qanlı göldə, Lökbatan yamacında, Qaradağ rayonunda, Qobustan və Ələt qəsəbələrinə doğru olan ərazidə, Masazır və ona yaxın ərazilərdə, Sulutəpədə və Ceyranbatan Su Anbarından qərbə doğru olan böyük zonalarda potensial sürüşmə (bəzi yerlərdə sürüşmə-uçqun) təhlükəsi var: "Həmin yerlərin təbii şəraiti sürüşmə üçün çox əlverişli şərait yaradır. Hazırda orada sürüşmə ərazisi yoxdur, amma həmin yerlərdə çox kiçik ərazilərdə xırda uçqunlar, sürüşməyə meyilli ərazilər var. Yeni yaşayış məntəqələrini salmaq məqsədi ilə orada tikinti işlərinin aparılacağını, yolların çəkiləcəyini, yamacların kəsiləcəyini nəzərə alsaq, onda görərik ki, sadalanan ərazilərdə süxurların tarazlıq halı pozulacaq, onlar hərəkətə gəlmək üçün hazır olacaqlar. Həmin işlər görüldükdə Bakıda çox böyük ərazidə sürüşmə sahələri yaranacaq. Bakı şəhəri ərazisindəki indiki sürüşmə sahələri Böyük Bakı ərazisində gözlənilən, potensial sürüşmə sahələrinin heç onda birini təşkil etmir".

E.Əlizadə qeyd edib ki, bu araşdırma həm də həmin ərazilərin mənimsənilməsi ilə məşğul olacaq müəssisələrə təhlükənin gözlənilməsi barədə xəbərdarlıq edir.

Mütəxəssis hesab edir ki, tikinti işləri aparıldıqda - suötürücü, mühəndis-texniki qurğuları tikiləndə, yollar çəkiləndə yamaclarda istinad divarlarına rütubəti keçirməkdən ötrü qurğular qoyulsa, təhlükənin miqyası azaldıla bilər: "Gələcəkdə sürüşmə sahələrinin genişlənmə ehtimalı çox böyükdür. Bu işlərin aparılması ilə gələcəkdə - yaxın 20-30 ildə bizi gözləyən həmin təhlükənin miqyasını azalda bilərik. Bu isə sürüşmənin fəsadlarının aradan qaldırılması üçün xərclənəcək milyonlarla manata qənaət etməyə imkan verəcək".

Bakını gözləyən təhlükə - FOTOLARBakını gözləyən təhlükə - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5248   Tarix: 02 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 320
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 700
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 242
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 371
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 181
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 93
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 423
.

Bakıda körpə pəncərədən düşərək ölüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. BİG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb. Faktla bağlı araşdırma aparılı

14:10 217
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 487