Tikinti sektorunda 400 milyon manatlıq yeyinti AŞKARLANDI

Tikinti sektorunda 400 milyon manatlıq yeyinti AŞKARLANDIAzərbaycanda 2015-ci ildə mühasibat uçotunun təşkili və aparılması ilə bağlı audit olunan qurumlarda müxtəlif istiqamətlərdə müəyyən edilmiş nöqsanlar nəticəsində 3 626,8 min manat məbləğində amortizasiya haqqının artıq hesablanıldığı, 238,7 min manat məbləğində fiziki cəhətdən tam köhnəlməmiş (aşınmamış) əsas vəsaitlərin və digər aktivlərin qalıq dəyərinin balansdan silindiyi, 9 4551,1 min manat məbləğində maddi və qeyri-maddi aktivlərin əsas vəsait kimi müvafiq hesablarda uçota alınmadan birbaşa xərcə silindiyi aşkar edilib.

BiG.AZ report-a istinadən bildirir ki, bu barədə Hesablama Palatasının 2015-ci ildəkı fəaliyyəti haqqinda hesabatında göstərilib.

Hesabata görə, qeyd edilən dövrdə 37 790,7 min manat məbləğində kapital qoyuluşu üzrə xərclərin balans hesabatlarında, podratçı təşkilatlara köçürülmüş 681 013,9 min manat məbləğində vəsaitin isə maliyyə hesabatlarında əks etdirilmədiyi, 2 457,6 min manat məbləğində xəzinədarlıq orqanları tərəfindən öhdəliyə götürülməyən kreditor borcun yaradıldığı, 454 055,0 min manat məbləğində aktivlər və öhdəliklərin balansa mədaxil edilmədiyi, tikintisi başa çatdırılmış obyektlər üzrə 144 901,2 min manat məbləğində məsrəflərin uçota alınmadığı müəyyən olunub.

Nəzarət tədbirləri zamanı qurumlar tərəfindən tərtib edilmiş "Maliyyə vəziyyəti haqqında hesabat" və Dövlət Statistika Komitəsinin müvafiq məlumatları arasında istifadəyə verilmiş əsas fondların və tamamlanmamış tikinti işlərinin dəyəri üzrə 397 420,8 min manat məbləğində uyğunsuzluq aşkar olunub.
Audit olunmuş qurumlarda nizamnamə kapitalının artırılmış dəyərinin müvafiq uçot sənədlərində nəzərə alınmaması, əsaslı kapitala yönəldilmiş vəsaitin məbləğinin müvafiq hesabatlarda fərqli əks etdirilməsi kimi nöqsanlara da yol verilib.

Hesablama Palatası audit olunan qurumların böyük əksəriyyətində müəyyən olunmuş nöqsanları siyahısında vəsaitin təyinatının dəyişdirilməklə icra olunmasının da olduğunu açıqlayıb.
Hesabat ilində audit olunan qurumlar tərəfindən ümumilikdə 3 115,8 min manat və 415,9 min avro məbləğində vəsait vahid büdcə təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodu dəyişdirilməklə icra olunub. Qeyd olunmuş nöqsanlarla icra edilmiş vəsaitin 66,5%-i mənzil-kommunal təsərrüfatı, 23,1%-i isə sosial siyasətin həyata keçirilməsi sahəsində fəaliyyətin payına düşüb: "Məlumatların təhlili, əsasən, sair xərclərin, malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı xərclərin digər istiqamətlərə yönəldildiyini, həmçinin, təsərrüfat hesablı gəlirlər hesabına maliyyələşdirilməli xərclərin (mənzil-kommunal təsərrüfatı üzrə) dövlət büdcəsinin vəsaiti hesabına icra edildiyini göstərir. Daha dəqiq desək, təyinatı dəyişdirilməklə icra edilmiş vəsaitin 36,7%-i sair xərclərin, 24,7%-i malların (işlərin və xidmətlərin) satın alınması xərclərinin, 23,1%-i isə təsərrüfat hesablı gəlirlər hesabına maliyyələşdirilməli xərclərin, qalan hissəsi isə ayrı-ayrı istiqamətlərin payına düşür".

Palata hesabatında göstərir ki, malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı xərclərin tərkibində daha çox istehlak malları və materiallarının alınması, idarənin saxlanılması və s. xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclərin təyinatı dəyişdirilib: "Audit olunan qurumlar tərəfindən vəsaitin vahid büdcə təsnifatı ilə müəyyən edilmiş funksional təsnifat kodunun dəyişdirilməsi hallarına yol verilib və cəmi 46 036,4 min manat və 10,0 min avro məbləğində vəsait bu nöqsanla icra edilib. Təhlil bu istiqamətdə də nöqsanların əsasən mənzil-kommunal təsərrüfatı fəaliyyəti ilə bağlı olduğunu göstərir və funksional təsnifatı dəyişdirilməklə icra edilmiş vəsaitin 97,5%-i məhz bu sahəni əhatə edir".

Palata aşkar edib ki, audit olunan qurumlar tərəfindən bağlanılmış müqavilələrin icra müddətinin başa çatmasına baxmayaraq, bank təminatı alınmadan qabaqcadan ödəniş edilərək vəsaitin podratçının istifadəsində qalması, bir sıra tədbirlərin keçirilməsində büdcə vəsaitindən məqsədyönlü və səmərəli istifadə olunmayaraq eyni adlı və eyni növlü avadanlıqların dəfələrlə icarəsinə vəsait xərclənməsi halları baş verib.
Həmçinin, bəzi hallarda təhtəlhesab şəxslərə xəzinədən ödənilmiş vəsaitdən təhtəlhesab şəxs üzrə istifadə olunmayan avans məbləğlərin qalığının uzun müddət şəxsi istifadələrində saxlanıldıqdan sonra xəzinəyə təhvil verilməsi, tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, elektron formada tərtib edilməsi ilə yanaşı böyük həcmdə çap işlərinin həyata keçirilməsi, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində və s. bu kimi nöqsanlara yol verildiyi müəyyən olunub.

Bütün bunlarla yanaşı yeni yaşayış məhəllə və qəsəbələrinin tikintisi üzrə layihənin hazırlanması ərəfəsində mühəndis-axtarış işləri aparılarkən ərazinin düzgün seçilməməsi, ərazi hissələrinin müfəssəl planlarının hazırlanmaması, tikintiyə dair texniki-iqtisadi hesablamalar və texniki-iqtisadi əsaslandırmaların tələb olunan qaydada hazırlanıb ekspertizadan keçirilməməsi, ərazinin geoloji durumunun mürəkkəb olduğunun nəzərə alınmaması səbəbindən əlavə işlərin görülməsi zərurətinin yaranması və nəticədə əlavə vəsait sərfinə yol verilməsi, layihə-smeta sənədlərinin hazırlanmasına vəsait ödənilsə də, tikinti işlərinə başlanılmaması, tikinti normalarına və yolların istismar şərtlərinə riayət edilməməsi halları da aşkar edilib. Qeyd olunan nöqsanlar nəticəsində, ümumilikdə, 23 892,4 min manat, 1 374,0 min ABŞ dolları və 3 734,0 min avro məbləğində vəsait səmərəli istifadə olunmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 30 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672