Elşad Miriyə cinayət işi AÇILDI

Elşad Miriyə cinayət işi AÇILDIİlahiyyatçı, "Media Təqib Mərkəzi"nin direktoru Elşad Miri Vergilər Nazirliyində ona qarşı açılmış cinayət işi barədə geniş açıqlama verib.

BiG.AZ modern.az-a istinadən bildirir ki, Elşad Miri bildirib ki, onu 3-cü dəfədir Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsinə çağırırlar.

İlahiyyatçının sözlərinə görə, hər dəfə gedəndə onu müstəntiq gah şöbə müdiri ilə, gah da başqa biri ilə görüşdürürlər. "Gülərüz sifətlə qarşılandığım məkandan nəticədə real sifətlərində (kinli, sifətindən nə isə tökülən formada) yola salırlar. Amma müstəntiqi istisna edirəm. İlk dəfə hədə-qorxu gələndən sonrakı üzbəüz görüşlərimizdə və telefon danışıqlarımızda gördüm ki və ya hiss etdirildi ki, heç də məsələ onluq deyilmiş. Hər dəfə çağıranda deyirlər ki, qol çək, məsələ yekunlaşsın. Qol da çəksəm, onları məhkəməyə verməyim də olur heç zad. Mən Vergilər Nazirliyini Məhkəməyə verəndə dərhal Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsi də mənim əleyhimdə vergidən yayınma adı ilə cinayət işi açmışdılar. İzah edirəm ki, vergidən yayınma adı ilə 2 dəfə bank hesabımızdan sərəncamla şirkətimizə məxsus olan pulu götürmüsünüz. Mən isə sizi məhkəməyə vermişəm ki, siz mənim imzam və möhürüm olmayan bir aktla şirkətimizdən oğurladığınız vəsaiti geri qaytarasınız. Məhkəməni və ekspertizanı da qəsdən uzadırlar ki, Nazirlik mənə qol çəkdirib məsələni bağlasın. Axırıncı dəfə də hakim dəyişib və üzərindən aylar keçməsinə baxmayaraq heç bir səs yoxdur".

Elşad Miri bildirib ki, axırıncı dəfə Departamentin İstintaq idarəsinə gedəndə, özü ilə su aparıb.

"Departamentin vəzifəli şəxslərindən biri olan Zakir bəy mənə deyir ki, burada sizə su vermirlər? Dedim ki, Zakir bəy, sizin evinizdən oğurluq olub? Dedi ki, yox. Dərhal əlavə etdi ki, Allah eləməsin. Dedim, gözəl. Dedim ki, evimdən oğurluq ediləndən bu günə kimi 1 ildən çox vaxt keçib və heç bir irəliləyiş yoxdur. Yalandan birilərinin boynuna atmaq istədilər. Amma bu da yarımçıq qaldı. Sonra da dövlətin bir qurumunun balaca bir müfəttişinin imzam və möhürüm olmayan aktına əsasən şirkətimdən oğurluq edilib. Oğurluq, dinimizə görə, hər bir halda haramdır, qanunlara görə də cinayətdir. Fakt, sizin çalışdığınız qurum şirkətin bank hesabından o pulun 2 qatını çəkib. Sonra da həmin pullarla həm sizin maaşlarınız verilir (bonuslar, hədiyyələr və s.), həm də bura su alırsınız.

Dedim ki, mənim indi bu sudan içməyim nə dərəcədə doğrudur? Cavabı bu oldu ki, yaman hücum taktikası seçmisiniz haa... Yenə həmin şəxs də mühazirəsini tamamlayandan sonra, şirin dillə qol çəkməyimi istədi ki, məsələ bitsin. Dedim ki, burada işçilərimin haqqı var. Onların maaşlarının gecikməsinə səbəb olmusunuz. Buna görə də axıra qədər, gedə bildiyim qədər gedəcəm. Ədalətin bərqərar olması üçün bu məsələdə enerji sərf etməyə dəyər. Əks təqdirdə, ədalətsizlik olacağına inanmaq istəmirəm, amma olarsa, daha ədalətli yerlər axtarışına başlamaq lazım gələcək..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1176   Tarix: 30 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 314
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 421
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 366