"Barselona" daha bir rekordu yenilədi

"Barselona" daha bir rekordu yenilədi
“Barselona” İspaniya çempionatları tarixinin yeni rekordunu müəyyənləşdirib. BiG.AZ apasport.az-a istinadən bildirir ki, Luis Enrikenin yetirmələri Primeranın növbəti oyununda “Rayo Vallekano”nu 5:1 hesabı ilə məğlub edib.

Bununla, kataloniyalıların yenilgisiz matçlar seriyası 35-ə çatıb. Barselonanın eyniadlı təmsilçisi 1929-cu ildən keçirilən ölkə çempionatlarının 87 illik tarixində mütləq rekorda imza atıb.

Ötən tur “Real”ın 27 il əvvəlki rekordunu təkrarlayan Enrikenin komandası artıq “Kral klubu”nu arxada qoyub. Paytaxt təmsilçisi 1989-cu ildə Leo Beenhakkerin rəhbərliyi altında 34 tur uduzmamışdı.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Kəpəz”ə məxsusdu. 28 matç uduzmayan Gəncə klubu ilə fərqi 7-yə çatdıran “Barselona” dünya rekordundan hələ çox uzaqdı. Fil Dişi Sahilində ardıcıl 108 qarşılaşmada uduzmayan ASEK (Əbican) klubunun 1989-94-cü illərdəki rekordu əlçatmaz görünür. Avropa rekordu isə 104 oyun uduzmayan “Styaua”ya məxsusdu. Buxarestlilər 1986-89-cu illərdə Rumıniyada yenilməz olub.
f Paylaş
Bölmə: İdman Oxunub: 688 Tarix: 04.03.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
arzu200
arzu200 04.03.2016
yasa barca


 
Suna20
Suna20 04.03.2016
Hmm


Her güldüyünde Allaha şükür etmirsense,niye her ağladığında ona isyan edirsen?



 
Saki
Saki 04.03.2016
Esebden baxmadim Galatasaray olmayan Mubarizenin oyunlarina baxmag istemirem(((


 
NURTEN
NURTEN 04.03.2016
GOZEL OYUN IDI
Her weyin bir sonu var.