Siqaret haqqında daha bir maraqlı faktlar!

Siqaret haqqında daha bir maraqlı faktlar!Tarixi faktlar:

-XX əsrin əvvəllərində həkimlər hamilə qadınlara kökəlməmək üçün siqaret çəkməyi məsləhət görürdülər.
-1571-ci ildə ispan həkim Nikolas Mondares Yeni Dünyanın müalicəvi bitkiləri haqda kitab yazmışdı. Kitabda yazırdı ki,tütün 36 xəstəliyi müalicə edə bilir.
-1588-ci Virciniya sakini Tomas Harriet orqanizmin ümumi sağlamlığı üçün gündəlik tütün çəkməyi məsləhət görürdü. Təəssüf ki o özü tezliklə xərçəng xəstəliyindən vəfat etmişdi.
-Yeni Zelandiyada ictimai yerdə siqaret çəkməyə qadağa haqda qanun qüvvəyə minməmişdən 1 neçə saniyə əvvəl çəkilən siqaretin qalığı internet-hərracda 5 min 300 dollara satılıb.
-Tütün kolu əslən Amerika qitəsindəndir. O kartof və bibərlə eyni sinfə daxildir.
-Görkəmli klassic Mark Twain bir dəfə deyib:"Siqaret çəkməyi atmaq çox asandır,mən özüm min dəfə atmışam."
-Dünyada tütün asılılığından müalicənin 120 növü var(onlardan 40-ı aktiv olaraq tətbiq olunur).

İnternetdə ən məşhur müalicə üsulları:

1.) Siqaret almayın,əgər hazırda cibinizdə varsa tullayın. İlk günlər siqarət çəkən insanlarla təmasda olmamağa çalışın,əgər yenə də belə hal baş veribsə sizə təklif olunan siqaretdən imtina edin.
2.) Gün ərzində çoxlu süd için və ya nanəli saqqız çeynəyin

Əgər indi siqareti atsanız nə olar?

-20 dəqiqə sonra qan təzyiqiniz normaya düşər.
-48 saat sonra bədənizdə olan nikotin itər. Sizin iybilmə və dadbilmə funksiyalarınız normaya düşər.
-72 saat sonra fiziki keyfiyyət səviyyəniz yüksələr.
-2 həftə sonra qan dövranınız tezləşər və yaxşılaşmağa davam edər.
-3-5 ay sonra sizin öskürəyiniz və nəfəs problemləriniz yox olar.Çünki ağciyərlərinizin tutumu 10 % artacaq.
-İngiltərədə hər gün 2000 insan uğurlu şəkildə siqaret çəkməyi atır. Bu ona gətirib ki, son 10 il ərzində siqaret çəkənlərin sayə 10 mln nəfər azalıb.
-İnsanların "yüngül" siqaretlərə keçməyini stimulə etmək tütün şirkətlərinə sərfəlidir: onlar daha bahalıdırlar və siqaret aludəçiləri daha çox istehlak edirlər. Həmçinin yüngül siqaretlərə görə bir çox adam siqareti atmır.
Məhz bu səbəbdən əksər Avropa ölkəsində siqaret adında "yüngül" sözündən istifadə etmək qadağan olunub.
-40 ildən çoxdur ki siqaret qutularının üzərində sağlamlığa ziyanlı olduğu haqda xəbərdarlıq peyda olub.
-Amerika və Avropa ölkələrində əgər insan siqaret çəkirsə,onun pis rayondan gəldiyi hesab olunur.
Siqaret çəkmək artıq uzun müddətdir ki Qərbdə "gözəl həyatla"assosiasiya doğurmur və dəbdən çıxıb.
-Statistikaya görə dünyada 1 milyard 100 milyondan çox siqaret aludəçisi yaşayır.

Siqaretsiz ilk günlərdə özünü necə aparmaq haqda mütəxəssislər aşağıdakıları məsləhət görürlər:

-Daha çox maye için:su,şirə,limonlu açıq çay.
-Tünd çay və ya kofe içməyin.Acı və ədvalı yeməkləri də rasionunuzdan çıxarın.
-Çoxlu təzə tərəvəz və süd məhsulları yeyin.
-Fiziki gərginliyinizi artırın.İdman siqaretdən yayındırmaqla yanaşı həm də nəfəsi təmizləyir.
-Mümkün olduğu qədər tez-tez duş qəbul edin.
-Amerikada yol qəzalarının 10%-i sürücünün siqaret çəkməklə məşğul olması ucbatından baş verir.
-Yeni Zelandiyalı alimlər siqaretlə mübarizədə ideal vasitə tapıblar.Heç bir möcüzə-həb,magik içki və başqa müalicəvi peyvənd lazım deyil.Gün ərzində tez-tez Sms yazmaq kifayət edir.Kitab oxumaq və sms yazmaq əllər üçün elə "saqqızdır" ki siqaret aludəçisini siqaretdən yayındırır.
-Dünyada ən çox siqaret çəkən xalq-Monqollardır. Çox siqaret çəkən ölkələrin ilk beşliyinə həmçinin Çin,Keniya,Kombodca və Namibiya da daxildir.
-Mütəxəssislər siqareti tədricən atmağı məsləhət görmürlər.Bunu bir dəfə və həmişəlik etmək lazımdır.Ona görə də həlledici gün seçmək və qabaqcadan mənəvi olaraq özünü buna hazırlamaq lazımdır.

Digər məsləhətlər:

-Ən əsası odur ki siqareti atmaq arzusu sizin özünüz olmalı və heç kimlə əlaqəli olmamalıdır.
-Siqaret,alışqan,külqabı və siqareti xatırlada biləcək digər hər şeyi gözünüzdən uzaq etməlisiniz.
-Ailə üzvləriniz və dostlarınıza qərarınız haqda bildirin.
-Unutmayın əvvəl çox çətin olacaq,sonra asanlaşacaq.
-Siqaret istəyindən yayınmaq üçün bacardığınız hər şeyi edin.
Məsələn,idmanla məşğul olun,fantastik maraqlı kitab oxumağa başlayın,tum çırtlayın ya konfet yeyin.
-Heç vaxt ən təhlükəli fikrə yol verməyin-"bir dənə olar...bir dənəsi ziyan etməz,sonra dəqiq daha çəkməyəcəm... "
Məhz o ziyanlı olar və bütün əməkləriniz boşa gedər.
-Dünyada siqaret çəkənlərin 25%-i Çində yaşayır(hələ ki).Çin ən çox siqaret istehsal olunan ölkədir.
-Avstraliyalı alimlərin tədqiqatlarına əsasən C vitamini siqaret çəkənlər üçün ziyanlıdır.
Sən demə ziyansız vitamin C siqaretlə birləşəndə çox pis nəticələrə səbəb ola bilər.
-Həkimlərin 54%-i təəssüf ki siqaretsiz keçinmir.Əsasən cərrah,anestizioloq və psixiatrlar gərgin işlərilə əlaqədar olaraq çox siqaret çəkirlər.
-9 il əvvəl danimarkalı Jasper Peterson 3 saat 15 dəqiqə siqaret çəkərək dünya rekordu əldə edib.
-Los-Angeles-də Santa Monica bulvarında siqaretdən ziyan çəkənlərin sayını hesablayan tablo quraşdırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8409   Tarix: 16 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505