Gənc aktrisa: "Gözümün içinə baxmayan kişi ilə…" - FOTOLAR

Gənc aktrisa: "Gözümün içinə baxmayan kişi ilə…" - FOTOLARÇoxları onu "Tatlı küçük yalancılar" serialından tanıyır. Daha öncə "Yol ayrımı", "Vicdan" və "Boynu bükükler" adlı seriallarda rol alsa da, ulduzunun parlamasında son işinin daha böyük rolu var. Söhbət gənc aktrisa Bensu Soraldan gedir. 25 yaşlı gözəl aktrisa makiyajsız üzü, sadə stili və cazibədarlığı ilə gündəmdə qalmağı bacarır.

Hazırda ekrandan uzaqlaşıb yarımçıq qalan təhsilini tamamlamağa çalışan aktrisa "Elle" jurnalının Türkiyə versiyasına maraqlı müsahibə verib.

BiG.AZ-ın publika.az-a istinadən təqdim etdiyi həmin müsahibə ilə tanış ola bilərsiniz.

- Aktrisa olmağa necə qərar verdiniz?

- Bacım aktrisa olduğu üçün çoxlu rejissor, prodüser, aktyor tanışlarım var idi. Hamısı da serialda rol almağımı və ya filmə çəkilməyimi istəyirdilər. Ancaq aktyor və aktrisaların işlərinin nə qədər çətin olduğunu, nə qədər gərgin şəraitdə çalışmalı olduqlarını gördüyüm üçün bu təkliflərə müsbət reaksiya vermirdim. Ağlımın ucundan belə keçmirdi. Lakin indiki menecerim o vaxt məni aktrisa olmağa razı saldı. İndi deyirəm, yaxşı ki, özümü sınamışam. Çünki bu peşəni çox sevirəm.

- Bu sahədə özünüzü inkişaf etdirmək üçün nə edirsiniz? Xüsusi qaydalarınız varmı?

- Məncə, yaxşı aktrisa olmaq üçün müşahidə qabiliyyətinə yiyələnməlisən. Ona görə də, çoxlu xarici serial və film izləyirəm. Ən əsası isə, bu sahədə təhsilimi davam etdirirəm.

- Aktrisa kimi fəaliyyət göstərə bilmək üçün təhsilinizi dondurmuşdunuz. İndi isə tamamlayıb məzun olmağa çalışırsınız. Yenidən tələbə olmaq fikri haradan ağlınıza gəldi?

- Universitetə qayıtmağı çox istəyirdim. Çünki bir az da vaxt itirsəydim, heç vaxt təhsilimi tamamlaya bilməyəcəkdim. Dostlarımın hamısı məzun olub, indi universitetdə demək olar ki, heç kimi tanımıram. Sadəcə, yaxın dostlarımdan biri mənimlə birgə təhsilə davam etməyə qərar verdi. Onunla gedib-gəlirik. Mənim üçün əyləncəli keçir.

- 10 il sonra özünüzü harada görürsünüz? Yenə bu işlə məşğul olacaqsınız?

-Təbii ki. Bu peşədə irəliləməyi düşünürəm. Ancaq düzünü desəm, nəinki 10 il sonra üçün, heç 10 gün sonra üçün də plan qurmuram. Zaman, şərait və ruh halımdan asılı olaraq, hər şey baş verə bilər.

- Başqa bir ölkədə yaşamaq istəyərdinizmi? Özünüzü hansı şəhərə və ya mədəniyyətə aid hiss edirsiniz?

- Amerikada yaşamaq istəyirəm. Türkiyəni çox sevirəm, ancaq fərqli ölkələri gəzmək ən böyük arzumdur.

- İstanbulda hətta avtomobil sürmək belə təhlükəli olduğu halda, siz motosikletdən istifadə edirsiniz. Qorxmursunuz?

- Səkkiz ildir ki, motosiklet sürücüsüyəm. Qardaşım motosikleti çox sevdiyi üçün bu nəqliyyat vasitəsinə balacalıqdan öyrəşmişəm. İndi hava yaxşı olanda hər yerə motosikletlə gedirəm. Düzdür, belə şəhərlərdə motosiklet sürmək təhlükəlidir, ancaq tıxacda qalmamaq üçün ən yaxşı seçim də elə budur.

- Eşq haqqında nə düşünürsünüz? Bensu Soral aşiq olanda həyatında nələr dəyişir?

- Eşq dünyanın ən gözəl duyğusudur. İnsanı sağaldır. Eşqi doyunca yaşayıram.

- Çox gözəl qadınsınız. İnsanları gözəlliyinizdən başqa hansı xüsusiyyətlərinizlə özünüzə cəlb edirsiniz?

- Çox təşəkkür edirəm. Məncə, insanı gözəlləşdirən mənalı baxışlardır. İnsanlar baxışlarımdakı səmimiliyi hiss edirlər.

- Bir kişinin ilk diqqətinizi çəkən hansı xüsusiyyəti olur?

- Həm kişilərin, həm də qadınların baxışlarına diqqət yetirirəm. Danışarkən gözlərini qaçıran insanlarla söhbətləşmək xoşuma gəlmir. Gözlərimin içinə baxmadan danışan kişi ilə dostluq münasibəti belə qura bilmərəm. Bir də ağıl, zəka məni cəlb edir.

- Sizcə, qadın-kişi münasibətlərində ən önəmli şey sevgidir, yoxsa hörmət?

- Məncə, hörmət daha önəmlidir. Hörmət olmayan yerdə sevgi də olmur. Bir insan sizə hörmət etmirsə, deməli, sevgisi saxta imiş. Bəziləri də səmimi olduğunu iddia edib hörmət sərhədlərini keçirlər. Nə qədər səmimi olmağınızdan asılı olmayaraq, qarşınızdakı insandan hörmət tələb edin.

- Sadəcə, gözəlliyiniz deyil, zövqlü stiliniz də diqqət çəkir. Sizcə, zövqlü görünməyin ilk qaydası nədir?

- Fərqli geyimləri doğru kombinə edə bilmək. Mən rahatlığa üstünlük verirəm, yaşıma uyğun geyinirəm.

- Ən bəyəndiyiniz dəb ilahəsi kimdir?

- Keyt Mossun stili üçün ürəyim gedir.

- Hər mövsüm mütləq aldığınız aksessuarlar hansılardır?

- Mütləq ayaqqabı alıram. Modelini bəyəndiyim ayaqqabı olanda brendinə fikir vermədən alıram. Brend xəstəsi deyiləm.

- Dəriyə qulluq edərkən ənənəvi reseptlərə, yoxsa müasir texnologiyanın nemətlərinə etibar edirsiniz?

- İkisindən də yararlanıram. Məsələn, anam mənə qəhvə çöküntüsünün ən yaxşı skrab olduğunu öyrədib.

- Gözəllikdən söz açmışkən, istifadə etdiyiniz ətirləri öyrənməsək olmaz.

- Hazırda ən vazkeçilməzim "Paco Rabanne Lady Million" adlı ətirdir. Ondan öncə isə, illərlə "Chloe" ətrindən istifadə etmişəm. Aradabir "Coco Chanel" və ya "Bond No:9"dan da istifadə edirəm.

- Makiyajla aranız necədir?

- Həddən artıq makiyaj mənə yaraşmır. Sadəliyə üstünlük verirəm. Makiyaj edəndə nəzərə çarpmayan açıq çalarları seçirəm. Məsələn, dodaq boyasında nar çiçəyi, ənlikdə isə şaftalı çalarını sevirəm. Göz kölgəsindən, laynerdən, göz qələmindən nadir hallarda istifadə edirəm.

Gənc aktrisa: "Gözümün içinə baxmayan kişi ilə…" - FOTOLARGənc aktrisa: "Gözümün içinə baxmayan kişi ilə…" - FOTOLARGənc aktrisa: "Gözümün içinə baxmayan kişi ilə…" - FOTOLARGənc aktrisa: "Gözümün içinə baxmayan kişi ilə…" - FOTOLARGənc aktrisa: "Gözümün içinə baxmayan kişi ilə…" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4071   Tarix: 12 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164