Tükürpədici hadisə: Kimsəsiz hesab edilən uşağı anası özü küçəyə atıbmış - FOTO

Tükürpədici hadisə: Kimsəsiz hesab edilən uşağı anası özü küçəyə atıbmış - FOTOFevralın 11-dən 12-nə keçən gecə Bakıda küçədən azyaşlı qız uşağı tapılıb.

BiG.AZ lent.az-a istinadən bildirir ki, Xətai rayonu ərazisində, Qara Şəhər adlanan yerdə ağlaya-ağlaya dolaşan 4-5 yaşlı qız yaxınlıqdan keçən şəxslərin diqqətini çəkib. Onlar öyrəniblər ki, qız küçədə azıb və ya atılıb. Daha sonra azyaşlı Xətai rayonu 27-ci Polis Bölməsinə aparılıb və onun ailəsinin axtarışlarına başlanılıb.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirir ki, əvvəla tapılan qız yox, oğlan uşağı olub və uşağın valideyni tapılaraq ona təhvil verilib:

"Ötən gecə Bakının Xətai rayonunda vətəndaşlar tərəfindən küçədə ağlaya-ağlaya dolaşan azyaşlı oğlan uşağı tapılıb. Uşaq 37-ci Polis Bölməsinə təhvil verilib. Aparılan araşdırmalar zamanı uşağın 2 yaşlı Məmmədov Yusif olduğu məlum olub. Polisin gördüyü operativ tədbirlər nəticəsində uşağın anası da tapılıb. Məlum olub ki, bu, 1981-ci ildə Qazax rayonunda anadan olmuş, hazırda Şəki şəhərində qeydiyyatda olan, hazırda Bakıda həmin ərazidə yataqxanada yaşayan Məmmədova İlhamə Tofiq qızıdır. Uşaq anasına təhvil verilib".

Lakin şöbə rəisinin sözlərinə görə, araşdırma zamanı maraqlı faktlar ortaya çıxıb: "Araşdırma zamanı məlum olub ki, bufetçi işləyən İlhamə Məmmədovanın Yusifdən başqa daha bir oğlu var. Lakin İ.Məmmədova imkansız olduğundan 7 yaşlı böyük övladını internatda yerləşdirib. 2 yaşlı Yusifə gəlincə isə, atası ondan imtina etdiyinə görə sənədində uşağın atası yerinə babası Tofiqin adı yazılıb. Uşağına lazımınca baxa bilməyən qadın kiçik oğlunu imkanlı şəxslərə övladlığa vermək istəyib. Hətta onu övladlığa götürmək istəyənlər də tapılıblar. Lakin polis orqanları ona övladlığa götürmə məsələsində qanunvericiliyin tələblərinə əməl etməsini tövsiyə ediblər. Bundan sonra ötən gecə ana özü 2 yaşlı övladını küçəyə buraxıb ki, kimsə bir imkanlı şəxs onu tapıb övladlığa götürsün. Lakin Y.Məmmədov polislər tərəfindən anasına təhvil veriləndən sonra, görünür, analıq hissi yenidən baş qaldırdığından İlhamə Məmədova ərizə yazaraq artıq onu övladlığa vermək fikrindən daşındığını və bundan sonra oğlunun tərbiyəsi ilə özü məşğul olacağını bildirib".

Tükürpədici hadisə: Kimsəsiz hesab edilən uşağı anası özü küçəyə atıbmış - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1856   Tarix: 12 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254