Kreditdə olan maşınları satanlara XƏBƏRDARLIQ!

Kreditdə olan maşınları satanlara XƏBƏRDARLIQ!Azərbaycanda avtomobili kreditlə alanlar üçün yeni problem yaranıb. Əslində bu problemi avtomobil sahiblərinin özü yaradıb. Söhbət kreditdə olan avtomobillərin etibarnamə ilə satışından gedir. Sürücülərin bir hisəsi alqı-satqının rəsmiləşdirlməsi üçün əlavə xərc ödəmək istəmədiyinə görə, avtomobili hətta kreditdə olsa da etibarnamə ilə satırlar. Bu isə gələcəkdə həm alıcını, həm də satıcıya gözlənilməz problemlər yaradır.

Kreditdə olan avtomobili etibarnamə ilə alanlara SOS!

"BOA Kollektor Agentliyi"nin rəhbəri Samir Mustafayev fins.az-a bildiribki, kreditdə olan avtomobilin etibarnamə ilə alınıb-satılması ilə bağlı problemlərlə bir neçə dəfə rastlaşıblar. Belə ki, kreditdə olan avtomobili alan şəxs bəzi hallarda bankın borcunu ödəmir. Belə olan halda avtomobili satan şəxs onun qanuni sahib olduğu üçün borc ondan tələb edilir. Hətta onun ölkədən çıxışına da qadağa qoyulur: "Məsələn, bir neçə il əvvəl istirahət üçün ailəsi ilə birlikdə xaricə getmək istəyən vətəndaşı hava limanında saxlamışdılar. Məlum olmuşdu ki, bir neçə il əvvəl bankda kreditdə olan avtomobilini etibarnamə ilə satıb. Amma avtomobili alan şəxs banka olan 500-600 manatlıq borcunu ödəməyib. Nəticədə ödənilməyən kredit daha da artaraq avtomobilin qanuni sahibi üçün əlavə yükə çevrilib. Və buna görə də onun ölkədən çıxışına qadağa qoyulub".

Etibarnamə ilə satılan bütün avtomobillər sürücüləri ziyana sala bilər

S. Mustafayevinsözlərinə görə, avtomobilinetibarnamə ilə satılması təkcə bankda kreditdə olan avtomobil sahibləri üçün deyil, bütün sürücüləri gözləmədiyi halda əlavə xərcə salabilər: "Məsələn, avtomobili etibarnamə ilə alan şəxsin banka borcu yaranmışdı. Həmin şəxs avtomobilini satıb borcunu ödəmək istəyirdi. Amma maşının qanuni sahibini tapa bilmədiyi üçün maşını satmaq mümkün deyildi. Çünki avtomobili satan şəxs 4 il əvvəl Rusiyaya köçmüşdü".

"Belələrinə faizsiz kredit təklif edirik"

S.Mustafayev bildirir ki, belə müştərilərin problemləri banklara yaxşı məlumdur. Ona görə də adətən onlara qarşı bəzi güzəştlər edilir. Belə ki, avtomobili etibarnamə ilə alıb banka kreditini ödəyə bilməyən müştərilərə çıxış yolu olaraq bəzi hallarda faizsiz kredit təklif edilir: "Agentlik bank qarşısında öhdəlik götürərək müştəridən krediti hansı müddətdə ödəyə biləcəyi dəqiqləşdirir. Həmin müddətdə kredit qrafikə uyğun olaraq hissə-hissə ödənilir".

Əlavə problemlərlə qarşılaşmaq istəmirsizsə, avtomobili etibarnamə ilə almayın

Avtomobilin etibarnamə ilə satılması həm alıcı, həm də satıcı üçün əngələ çevrilə bilər. Adətən əlavə rüsum xərclərini ödəməkdən yayınmaq üçün avtomobilin etibarnamə ilə alqı-satqı prosesi aparılır. Belə "qənaət" sürücüləri gözlənilməz hallarla qarşı-qarşıya qoyur. Ekspertlər bildirirlər ki, avtomobil almağa hazırlaşan və ya avtomobili etibarnamə ilə alan vətəndaşlar avtomobili öz adlarına rəsmiləşdirməlidirlər. Sürücülər yalnız bu zaman, avtomobil aldığına görə, bankdan borcun qaytarılması, əmlaka həbs, ölkədən çıxışa qadağa kimi gözlənilməz hadisələrlə qarşılaşmayacaqlarına əmin ola bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1623   Tarix: 09 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672