MTRŞ-dan "Bu stil mənim" verilişi ilə bağlı AÇIQLAMA

MTRŞ-dan "Bu stil mənim" verilişi ilə bağlı AÇIQLAMAMilli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan "Bu stil mənim" verilişinin bağlanması barədə xəbərə aydınlıq gətirib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov Movqe.az-a açıqlamasında bildirib ki, Şura tərəfindən verilişdə nöqsanla bağlı telekanala məktub göndərilməyib: "Əvvəllər bu verilişdə efirdə xoşagəlməz bir hal qeydə alınmışdı. Amma son zamanlar efir etikasına zidd bir məqam qeydə alınmayıb. Odur ki, bizim tərəfimizdən verilişin bağlanması barədə qərar qəbul edilməyib".

T. Dadaşov, əksinə, ATV -də yayımlanan verilişlərin çoxunun səviyyəsinin yüksəldildiyini söyləyib. İndi ATV-dəki əyləncəli şouların da səviyyəsi artırılıb: "İndi bu kanalda əyləncəli verilişlər də səviyyəli şəkil alıb. Misal üçün, "Nanəli" verilişi indi çox yüksək səviyyədə xalq və bəstəkar mahnılarımızın təbliği ilə məşğul olmaqla, tamaşaçılara yüksək ovqat bəxş edir. ATV-də marifləndirici verilişlər də, yaradılıb. "Qanunla Biz" verilişi vətəndaşlara hüquqi məsləhətlər verməklə yanaşı, onların öz hüquqlarını qorumasına yardımçı olur. Bu cür verilişlərin sayı bütün telekanallarda artsa əlbəttə yaxşı olar. O ki, qaldı "Bu stil mənim" verilişinə, bu verilişlə bağlı, həmin verilişdə əgər bir nöqsan aşkarlanmayıbsa niyə bağlanmasına qərar verilsin?"

Qeyd edək ki, "Bu stil mənim" verilişinin bağlanması barədə xəbərə dəb müsabiqəsinin rəsmi "İnstaqram" səhifəsində də aydınlıq gətirilib: "Üçüncü aydan etibarən yeni süprizlərlə "Bu stil mənim" ATV-də! Çox çalışdıq və çox yorulduq. Amma hər şey hazırdır. "Bu stil mənim" üçüncü aydan etibarən qonaqları və yenilikləri ilə gəlir".

Qeyd edək ki, dəb yarışması ötən gün efirə verilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2942   Tarix: 08 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949