Əxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLAR

Əxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARErmənistanın müdafiə naziri Seyran Ohanyanın xanımı Ruzanna Xaçatryanla bağlı yeni qalmaqal yaşanır. Ermənistan Hərbi Həkimlər Assosiasiyasının sədri olan R.Xaçatryan dövlət əmlakını mənimsəməkdə, habelə məşuqu olmuş gəncin qətlini sifariş verməkdə suçlanır.

Onu "nazirin oğru, kinli və qatil arvadı" adlandırırlar.

"Hrapark" yazır ki, qəddarlığı və ən başlıcası, Müdafiə Nazirliyinin büdcəsini öz cibi sayması ilə ad çıxarmış Seyran Ohanyanın xanımı dəbdəbəli həyat düşkünüdür. Onun bahalı çantaları, xəz kürkləri, parfümü üçün xərclədiyi pullar Ermənistan Hərbi Həkimlər Assosiasiyasına ayrılan pullardan sərf olunur. Üstəlik, Müdafiə Nazirliyinin pulları da bu erməni qadının "şıltaqlıqlar"ına xərclənir və nazirlikdə kimsə Ohanyanın qorxusundan səsini çıxara bilmir.

O da vurğulanır ki, Ruzanna Xaçatryan sabiq məşuqu, iş adamı Amayak Hovanesyanın 26 yaşlı oğlu Vazgenin qətlinin sifarişçisidir. Vazgenlə arasındakı "aşiq-məşuqluq" münasibətlərindən ərinin, Ermənistanın müdafiə nazirinin xəbər tutmasından sonra R.Xaçatryan V.Hovanesyanın öldürülməsini tapşırıb.

Həmin gənc çox müəmmalı şəkildə "intihar edib", özünü 7-ci mərtəbədəki mənzilin eyvanından aşağı atıb.

Daha sonra Ruzanna Xaçatryan Yerevanın mərkəzi küçələrindən birində idarə etdiyi maşınla adam vurub. Həmin şəxsin ölümünü onlarla insan görsələr də, işə S.Ohanyanın qarışmasından sonra cinayət işi bağlanıb.

Biabırçılıq o həddə çatıb ki, Ruzanna Xaçatryanın "havadar"larından biri, "Şmays" ləqəbli millət vəkili, iqtidardakı Ermənistan Respublikaçılar Partiyasından olan Arakel Movsisyan "Haykayan Jamanak" qəzetinin redaksiyasına yollanaraq jurnalistləri döyüb.

O, redaksiyadan çıxanda jurnalistlərin suallarını da cavablamaqdan çəkinməyib: "Bu əclafların dərsini verdim. Əslində, günahkar onlar yox, bu çaqqalların atalarıdır. Allah eləməsin ki, o adamlar əlimə keçsinlər. And olsun ki, əlimə keçsələr, onları zorlayacam, sonra da başlarını kəsəcəyəm".

Döyülən jurnalistlər polisə müraciət edəndə Ruzanna Xaçatryan "Hrapark", "Aravot" və "Haykakan Jamanak" qəzetlərini məhkəməyə verərək, onları şər, böhtan atmaqda, əsassız və yalan məlumatlar yaymaqda suçlayıb.

Maraqlı odur ki, Ruzanna Xaçatryanın "huquqlarının müdafiəsi" ilə Ermənistanın ən böyük hüquq şirkətlərindən biri, Qrikor Minasyana məxsus olan vəkil bürosu məşğuldur.
Qrikor Minasyan Ermənistan prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.

Bu arada asekose.am bildirir ki, Ruzanna Xaçatryan Fransanı özünə ikinci vətən hesab edir.
"Yerevandakı 48 nömrəli fransız təmayüllü məktəbdə təhsil aldışam. Tibb təhsili də fransız tibb elminə borcluyam. Üstəlik, ərimlə də 2003-cü ildə Fransanın Ermənistandakı səfirliyində tanış olmuşam", - Ruzanna Xaçatran deyib.

Halbuki, gerçək belə deyil.

Əxlaqsızlığı ilə Yerevandakı Tibb Universitetində ad çıxarmış Ruzanna Xaçatryan "pullu sponsor"lara "xidmət"i ilə tanınırdı.

12 il əvvəl, 2003-cü ildə Seyran Ohanyanın dostlarından biri Ruzannanı bir gecəlik əyləncə üçün S.Ohanyanın yanına gətirir. İş elə gətirir S.Ohanyan Ruzannaya vurulur. Deyilənə görə, Ruzannanı onun yanına gətirən Seyranın dostu bu günə kimi onu bağışlamayıb. Onların sevgisini o vaxt Yerevan Onkologiya Mərkəzinin baş həkimi olmuş Aleksan Aleksanyan və Qastik "təmin edib"lər.

Hal-hazırda Aleksana bu "xidmət"lərinə görə general rütbəsi verilib.

Qastik isə Müdafiə Nazirliyində satışlar üzrə şöbənin rəisi, arvadı isə aparat katibinin müavinidir.

S.Ohanya 2003-2004-cü illərdə Dağlıq Qarabağda "müdafiə naziri" olanda Ruzanna Xaçatryan tez-tez Xankəndinə yollanır, Ohanyanın evində qalırdı.

Ruzanna ilə evləndikdən sonra isə 2008-ci ildə S.Ohanyan Dağlıq Qarabağdan Ermənistana müdafiə naziri təyini çıxdıqdan sonra İrəvana gəlir.

Ruzanna Xaçatryanın sabiq sevgililərindən biri, Şangavitdəki "Şen Holdinq" adlı gisp zavodunun sahibinin oğlu da "sevgisi"nin qurbanı olub. Eyş-işrət gecəsindən sonra evə qayıdan Ruzanna sevgilisinin maşınında olub. O, Yerevanın Nor-Zeytun səmtinə çatanda Range Rover avtomobilinin sükanı arxasına oturmaq, maşını sürmək istəyib.
Sevgilisi Ruzannanın sözünü yerə salmayıb.

R.Xaçartyan sükan arxasında olanda qəza törədib, maşın divara çırpılıb. Qəzada onun sevgilisi həlak olub.

Və həmişəki kimi, rəsmi versiyaya görə, günah öləndə olub.

Seyran Ohanyan Yerevanın Vahaaqni səmtində üçmərtəbəli, superlüks villası var.

Arvadına Yerevanda və Parisdə klinikalar açmış Ohanyan "sevimli Ruzanna" üçün Müdafiə Nazirliyinin balansında olan 2 Mercedes avtomobilini də ayırıb.

Ruzanna Xaçatryan S.Ohanyanın birinci arvadına da nifrət edir.

Seyran Ohanyan Dağlıq Qarabağda olanda onun arvadı "Yehova şahidləri" təriqətinə qoşulmuşdu. Ohanyan nə qədər çalışsa da, arvadını bu təriqətdən ayıra bilməyib.

Hər gün evdə dava -dalaş olub və Ruzanna ilə "eşq"dən xəbər tutan qadın Ohanyanla daha çox dalaşırmış.

Seyran Ohanyan da həmin dövrlər evə getmir, oteldə Ruzanna ilə gecələyirdi.

Ermənistanın Müdafiə Nazirliyində elə bir vəziyyət yaranıb ki, Ruzanna Xaçatryan artıq hərbi hissə komandirlərinin təyinatına da qarışır.

Erməni zabitlər R.Xaçatryana nifrət edir, onu "yubkalı general, paqonluları idarə edən paqonsuz küçə qadını" da adlandırırlar.

milli.az

Əxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13503   Tarix: 08 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988