"Aygün yaxşı edib" - İlhamə

"Aygün yaxşı edib" - İlhamə"Aygünün mənimlə gözəl münasibəti var. Qulluqçumu evdən aparanda Aygün zəng vurdu ki, karaleva, gecə səhərəcən yatmamışam, bu nə məsələdir, ürəyim ağrıyır, nə yaxşı vaxtında xəbər tutmusunuz? Xəstəxanada yatanda zənbil göndərmişdi".

BiG.AZ xəbər verir ki, Xalq artisti İlhamə Quliyeva APA-ya müsahibəsində həmkarı Aygün Kazımova ilə yaşadığı qalmaqaldan danışıb:

"Neçə illərdir mənim Flora Kərimova ilə münasibətim yoxdur. Baxmayaraq ki, sənətinə hörmətim var, bu, ömrümün axırına qədər də belə olacaq. O gün deyib, İlhamənin yeri xəstəxanadır. Get, bir özünə, xarici görünüşünə bax da, ay Flora. Məndən nə istəyirsən? Sən mənim nənəm yaşındasan. Bir neçə il qabaq fikirləşdi ki, məni nə ilə gözdən salmaq olar? Başladı danışmağa ki, guya mən anamı döyürmüşəm. Əstəğfürullah, bu nə sözdür. Bundan pis söz, acınacaqlı dərd yoxdur. Mən də onu məhkəməyə verdim. Neçə illərdir danışır, söyür, deyinir, fikir vermirəm. Düşünürəm ki, mənə çata bilmir, içi yanır. Amma anama toxunanda dedim, yox, bunu bağışlamaq olmaz. Məhkəməni uddum. Anama gözümün yağını yedirtmişəm. Ona deyirdim, mən ölüm, sən qal. Həbib müəllimin oğlu olmadığı üçün onun tabutunun altına mən girmişəm. Anamı da çiynimdə aparmışam, dəfn eləmişəm. (Ağlayır). Anam o qədər gözəl insan idi... Nə isə. Məhkəmədə Floranı uddum, amma təzminatı almadım. İndi gəlirəm Aygünün məsələsinə. Aygünün mənimlə gözəl münasibəti var. Qulluqçumu evdən aparanda Aygün zəng vurdu ki, karaleva, gecə səhərəcən yatmamışam, bu nə məsələdir, ürəyim ağrıyır, nə yaxşı vaxtında xəbər tutmusunuz? Xəstəxanada yatanda zənbil göndərmişdi. Yaxşı bəs o dediyin nə idi? Çox qəzəbləndim. Məlum oldu ki, bir sayt mənim adımdan müsahibə verib ki, guya senzuradan kənar sözlər demişəm. Heç vaxt cəmiyyətə, dördüncü hakimiyyətə o sözləri demərəm. Ən ağır sözüm axmaqdır. Demə, həmin sayt mənim dilimdən Aygün haqqında belə sözlər yazıb. Aygün ona görə belə qəzəblənib. Yaxşı edib, amma... ana məsələsinə toxunmaq olmaz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9043   Tarix: 05 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761