"Azpetrol" yanacağı düzgün vurmur? - AÇIQLAMA
Son zamanlar bəzi KİV-də avtomobil sahiblərinin yanacaqdoldurma məntəqələrində (YDM) onlara operatorlar tərəfindən yanacağın düzgün vurulmaması və ya yanacağın az verilməsi barədə şikayətlərinə tez-tez rast gəlinir. Bu kimi hallar "Azpetrol" şirkətinin yanacaqdoldurma məntəqələrində də baş verir.
BiG.AZ bildirir ki, "Azpetrol" şirkəti yayılan bu məlumatlara aydınlıq gətirib.
"Biz buna aydınlıq gətirərək bildiririk ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurmasını sifariş edərkən həmin ölçüdən (xətdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi doldurulmasını istəyir. Təbiidir ki, bu da yanacaq çəninin normadan artıq yanacaq tutmasına səbəb olur. Məsələn, avtomobillərin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Rusiya istehsalı olan, xüsusən "VAZ-2107" markalı avtomobilə isə normadan artıq 4 litr yanacaq vurmaq mümkündür. Müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, bu zaman həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulmasını məntəqədəki xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanılır. Bu zaman əksər hallarda istehlakçının haqsız olduğu ortaya çıxır", - deyə açıqlamada deyilir.
Açıqlamada o da qeyd edilib ki, ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir: "Bu ölçmə cihazları yeni rəqəmsal, avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də bu cihazlara müdaxilə etmək qeyri-mümkündür. Dünyada ən düzgün və dəqiq ölçmə cihazları Yaponiyanın "Tatsuno" və Türkiyənin "Petposan" şirkətləri tərəfindən istehsal olunmuş ölçmə cihazlarıdır. Bizim şirkətin də yanacaqdoldurma məntəqələrində istifadə etdiyi cihazlar yuxarıda qeyd olunan şirkətlər tərəfindən istehsal olunmuş cihazlardır. Bu cihazlar dünyanın ən müasir ölçmə cihazları hesab olunur və cihazların səhv etmək ehtimalı 0-a bərabərdir. Biz, "Azpetrol" şirkəti olaraq müştərilərimizə hər zaman yüksək xidmət göstərməyə və bizdən razı qalmalarına çalışırıq. Respublikamızın hər yerində istənilən qədər yanacaqdoldurma məntəqələri var və onlar digər yanacaqdoldurma məntəqələrinə üz tuta bilərlər", deyə məlumatda deyilir.
Şirkət həmçinin qeyd edib ki, müştərilərinə qarşı işçilər tərəfindən göstərilən hər hansı səhv və ya kobud hərəkətə görə şirkət rəhbərliyi tərəfindən həmişə ciddi tədbirlər görülür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2661 Tarix: 06 yanvar 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21.09.2026 236 Qızıl bahalaşdı
Azərbaycanda 2026-cı il sentyabrın 21-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın rəsmi qiyməti 7 423.9340 manat, 1 qram qızılın qiyməti isə 238.68 manat təşkil edir. 99 əyyar (Təmiz qızıl) - 238.68 manat, 750 əyyar (İtalyan qızılı) - 179.19 manat, 585 əyya
21.09.2026 138 Bu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes"
21.09.2026 208 4 il sonra qayıtdılar
Aktyor Elcan Rəsulov və aparıcı Kəmalə Piriyevanın rol aldığı "Bir kişi, bir qadın" serialı 4 illik fasilədən sonra yenidən qayıdır. Axşam.az xəbər verir ki, ekran işinin yeni bölümlərinin çəkilişlərinə artıq başlanılıb. Kəmalə və Elcan kamera qarşısına keçdikləri anları sosial şəbəkədə paylaşıblar
21.09.2026 236 "Kurtlar Vadisi"nin "Ömer Baba"sından şok etiraf: "Şaşmaz qardaşları dürüst adamlar deyil"
Türkiyə televiziya tarixinin ən məşhur seriallarından olan "Kurtlar Vadisi"ndə "Ömer Baba" obrazını canlandıran aktyor Emin Olcay illər sonra çəkiliş meydançasında baş verənlərlə bağlı diqqətçəkən iddialar səsləndirib. yerli mediaya istinadla xəbər verir ki, Emin Olcay müsahibəsind
21.09.2026 245 Böyük Britaniyanın Hərbi Agentliyi Hörmüz boğazında tankerə naməlum mərmi düşdüyünü bildirib
Britaniya Hərbi Dəniz Qüvvələri agentliyinin verdiyi məlumata görə, bazar ertəsi günü Hörmüz boğazından keçən bir tanker naməlum mərmi ilə vurulub və iki heyət üzvü yüngül xəsarət alıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzini
21.09.2026 209 Bu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21.09.2026 128 "Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"
"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı
21.09.2026 253 Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21.09.2026 128