"Neftçilərə kömək edə bilmədim..." - "Günəşli"yə ilk gedən yanğınsöndürən

"Neftçilərə kömək edə bilmədim..." - "Günəşli"yə ilk gedən yanğınsöndürən"Birdən dənizin üstünə səpələnən insanlar gördük, yanğını unudub onları xilas etməyə başladıq. İnsanlar bizi haraylayır, kömək istəyirdilər. Ancaq dalğa onları bizdən getdikcə uzaqlaşdırırdı. Sonra onların səsi bir də gəlmədi..."

"Günəşli" yatağında bir həftə əvvəl baş verən faciədə xilas olanların sevincini, yaxınları rəhmətə gedən, itkin düşən ailələrin kədərini yaşadıq. Həmin anı ömrünün sonuna kimi unutmayacaq başqa bir şahidlər də var: Hadisə zamanı oraya ilk gedən gəmilərin ekipaj üzvləri, xilasedicilər...

"Qafqazinfo" oxucuları bir müddət öncə bizdən yanğın zamanı həmin yerdə olan xilasedici və yanğınsöndürənlərin fikirlərini işıqlandırmağımızı xahiş etmişdi. Biz də oxucularımızın xahişini nəzərə alaraq hadisə zamanı "Günəşli"də olan 3 gəmidən birinin - "Topaz"ın əməkdaşı ilə əlaqə saxladıq. Yanğına qarşı mübarizə gəmisi "Topaz"ın 20 nəfərlik şəxsi heyətindən biri olan Şahin Mirzəyev həmin anları belə xatırlayır:

"Hadisə baş verən gün saat 18-19 radələrində bizə məlumat gəldi ki, "Günəşli" neft yatağının 10-cu özülündə yanğın baş verib və bizi yanğının qarşısını almağa göndərdilər. Çox güclü külək var idi, dalğanın da hündürlüyü 13 metr. Mən Xəzərdə hələ belə dəhşət görməmişdim. Yanğın olan platformaya ilk çatan biz idik, bir də başqa bir idarənin gəmisi vardı. Yanğını söndürməyə çalışsaq da, külək, dalğa imkan vermirdi. Suyun üstündə çox çətinliklə dururduq. Tək məqsədimiz yanğını söndürmək idi, insanların xilasedici qayıqlarda olmasından heç xəbərimiz yox idi. Onsuz da, orada elə bir vəziyyət var idi ki, qaranlıqda küləyin vıyıltısı və dalğalardan heç nə görmək olmurdu. Birdən suyun üstündə insanlar gördük və yanğını saxlayıb insanları xilas etməyə başladıq. Üzümüzə baxıb yardım istəyən insanlara nə qədər yaxınlaşmağa çalışsaq da, dalğalar onları bizdən uzaqlaşdırırdı. Demək olar ki, suyun üstünə səpələnmişdilər. Qışqırıqları, kömək istəməkləri hələ də qulağımdadır. Başqa çarəmiz olmadığından həyatımızı təhlükəyə atıb gəminin göyərtəsinə çıxdıq. İnsanlara xilasedici "kruq"lar atırdıq ki, dartıb çıxardaq. Ancaq dalğa "kruq"ları bir yana, insanları bir yana atırdı. Bir saniyə ərzində hər şey tamam dəyişirdi. Yenə də deyirəm, mən hələ Xəzərdə elə külək görməməmişdim. Sadəcə dəhşətdir. İnsanlar gözümüzün qabağından keçirdi, bizim isə nə əlimiz çatırdı, nə başqa bir şey edə bilirdik. Hər tərəfdən bir qışqırıq səsi gəlirdi, zülmət qaranlıqda nə səsin haradan gəldiyini tapa bilirdik, nə də gördüyümüz neftçini çıxara...
"Neftçilərə kömək edə bilmədim..." - "Günəşli"yə ilk gedən yanğınsöndürənBunları danışdığım zaman bütün hadisələr kino lenti kimi gözümün qarşısından keçir. Əfsuslar olsun ki, bunlar nə kino idi, nə də ki kabus. Dənizdən bizi haraylayırdılar, bizdən kömək istəyirdilər, mən, yoldaşlarım onları onları tapa bilmirdik. Ağlayırdıq, qışqırırdıq, onlara möhkəm olmalarını deyirdik. Ümid verirdik ki, dözün, hamınızı xilas edəcəyik. Zalım külək, zalım dəniz onları bizdən apardı. Sonra onların səsi kəsildi, tapa bilmədik.

Hələ də özümüzə gələ bilmirik. Özümüzü bağışlaya bilmirik ki, niyə onlara kömək edə bilmədik? Gözümüzə yuxu getmir. Hara baxıramsa, onların üzü gözümün gözümün qabağına gəlir. Onlara kömək edə bilmədik, bəlkə də dediyimiz kimi möhkəm oldular, amma sözümüzün üstündə durub onları xilas edə bilmədik. Həmin gecə xilas etdiyimiz nefçilərdən biri rəhmətə getsə də, 3-nün həyatını qurtara bildik. Elə həmkarlarım oladuğu üçün fəxr edirəm. Bunları danışmaq hədsiz ağırdır. Allahdan itkin düşən və rəhmətə gedən bütün neftçilərin ailəsinə səbr diləyirəm. Kaş ki, hamını xilas edə bilərdik, kaş ki, hava belə küləkli olmasaydı, kaş ki dediyimiz çox şey var, amma nə fayda..."

Şahin Mirzəyev və gəminin şəxsi heyəti hələ də yatağın kənarında yanğını söndürməyə çalışır. Bəlkə də başqa yerdə olsaydılar, həmin xatirələr bir neçə dəqiqəlik unudulardı. Ancaq eyni yerdə gözlər həmin ankı simaları, qulaqlar da elə hey həmin qışqırıqları eşidir. Həmsöhbətimiz deyir ki, o gündən nə yemək yeyə bilirlər, nə də ki yata:

"İnanın ki, o gündən bu yana nə yuxum yuxudur, nə də ki yediyim yemək. Üzləri gözümün qabağından, səsləri də qulağımdan getmir. Tək mən belə deyiləm, hamımız bu haldayıq. Bizi qınayanlar da var. Kim görməsə də, Allah gördü ki, biz əlimizdən gələndən artığını etməyə çalışdıq. Bizə nə qəhrəman deməsinlər, nə də günahkar. Həyatımız bahasına hamısını qurtarmağa çalışdıq, ancaq alınmadı. Tez gəminin bortundan tuta bilməsəydim, məni də dalğa aparırdı. Bəlkə, bu gün axtarılanlardan biri də mən olacaqdım. Yenə də özümüzü bağışlaya bilmirik. İnternetdə itkin düşənlərin övladları atalarını axtarır, yoldaşları bir ümidlə yol gözləyir. Onlara baxıb əzab çəkirəm, kaş hamını sevindirə bilsəydik. Yenə də "kaş ki"də ilişdik..."

qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1812   Tarix: 14 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

14:33 134
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 325
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1157
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 352
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 673
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 248
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 362
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 710
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 373