Azərbaycanda ilk: hamilə qadının ürəyindəki mexaniki klapan dəyişildi

Azərbaycanda ilk: hamilə qadının ürəyindəki mexaniki klapan dəyişildiTibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər.

Universitetdən Aile.lent.az-a verilən məlumata görə, bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub. Klinikanın baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bunun nəinki Azərbaycan, ümumiyyətlə, bütün dünya üzrə böyük bir nəticə olduğunu bildirir. Çünki bundan əvvəl cəmi iki dəfə belə əməliyyat sayəsində həm ananın, həm də onun bətnindəki dölün həyat fəaliyyətini davam etdirməsi halına rast gəlinib: "Adətən klapan dəyişmə əməliyyatı özü kifayət qədər ciddi bir əməliyyatdır. Bundan əlavə, xəstəmizdə ikinci klapan dəyişmə əməliyyatı planlaşdırılırdı. Bu, işin ciddiyyətini daha da artırırdı. Xəstə qadının hamilə olduğunu nəzərə alsaq, belə əməliyyatın həddən artıq məsuliyyətli olduğunu deyə bilərik. Çünki əməliyyat ana və dölün həyatı üçün riskli idi. Böyük fəxrlə qeyd etmək istərdim ki, dünyada üçüncü dəfə məhz biz hamilə qadında dölün həyat fəaliyyətini davam etdirməsi ilə belə uğurlu əməliyyatı icra etdik. Belə bir ilkə məhz Tədris Cərrahiyyə Klinikasında imza atıldığına görə qürur hissi keçiririk".

Azərbaycan üçün bir ilk olan bu əməliyyatın gedişi haqqında Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, uzman həkim Mirəli Məcidov məlumat verib. Onun sözlərinə görə, 35 yaşlı qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib: "Bu xanımda ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edildi, mexaniki klapan yerləşdirildi. Əməliyyatdan sonrakı dönəmdə hansısa bir problem yaranmadı".

Əməliyyatdan sonra isə bu xanım hamilə qalmaq istəyib. Həkimlər buna etiraz edərək hamiləliyin həmin xanıma əks-göstəriş olduğunu izah ediblər. Həmin xanıma dölün salamat qalması ehtimalının çox az olduğu izah edilib. Buna baxmayaraq, özü də həkim olan bu xanım hamiləliyə qərar verib. Mirəli həkim bildirir ki, belə tip xəstələrin izlənməsi çox çətindir. Çünki xəstənin ürəyindəki mexaniki klapanın işləməsi üçün lazım olan dərmanlar uşağın inkişafı üçün zərərlidir. Bu dərmanların bəzilərinin əvəzedicisi isə dünyada yoxdur. Onları yalnız qismən əvəz edən dərmanlar var. Həkim qeyd edir ki, bu müddət ana ilə yanaşı həkimlər üçün çox önəmli və təhlükəlidir: "Hər an ananın ürəyindəki klapanın dayanması riski var. Və bu da xəstənin həyatı üçün çox önəmli bir riskdir. Bu 6 ay ərzində həm döl, həm ana nəzarət altına alındı, mütəmadi olaraq kardioqram çəkilirdi".

Lakin 10 gün öncə xəstənin vəziyyəti pisləşərkən dölün müayinəsi zamanı məlum olub ki, dölün həyat fəaliyyəti pozulmayıb. Amma anaya qoyulan mexaniki klapanın trombozlaşması aşkarlanıb. M.Məcidov deyir ki, bu cür hallarda tək çıxış yolu xəstənin yenidən əməliyyat olunmasıdır. "Bu, çox ağır bir qərar idi. Həmin vaxt klinikanın aparıcı heyətindən ibarət komissiya yaradıldı. Konsilium zamanı xəstənin yaxınlarının da razılığı ilə əməliyyata qərar verildi. Burada əsas ananın həyatını qurtarmaq idi. Bu cür əməliyyatlarda ananın ürəyi dayandırılır, süni ürək damarlarına klapan qoşulur və xəstə soyudulur. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçdi - həm ananı, həm dölü qurtara bildik".

Qeyd edək ki, əməliyyatda həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev də iştirak edib. Onun sözlərinə görə, bu, çox çətin bir əməliyyat olsa da, həkimlərin səyi nəticəsində proses uğurla başa çatıb: "Hazırda ananın da, dölün də vəziyyəti yaxşıdır və onlar evə buraxılıblar. Ürəyi əməliyyat olunan xanım normal doğuş keçirə biləcək".

ATU-nun Tədris Cərrahiyyə Klinikasının II mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov qeyd edir ki, hamiləliyin çox riskli olduğu xəstəyə əvvəlcədən izah edilmişdi. Buna baxmayaraq, ailə hamiləliyi davam etdirmək qərarını verib. Hamiləliyin 24-cü həftəsinə qədər hər şey normal getsə də, bundan sonra xəstənin ayağında çox cüzi şişkinlik və təngnəfəslik əmələ gəlib. "Xəstəxanada konsilium toplandı, uşaq həkimi, ürək cərrahı həkimləri, anestezioloqlar, reanimatoloqlar fikirlərini bildirdilər. Hətta hamiləliyə son verilməsi təklifləri səsləndi. Lakin mən bununla razılaşmadım. Hamılıqla hamilə ikən əməliyyatın icra olunmasına qərar verildi".

T.Canbaxışov deyib ki, bundan əvvəl Tədris Cərrahiyyə Klinikasında ürək əməliyyatları keçirilib. Lakin ilk dəfədir ki, hamilə qadında belə əməliyyat aparılıb. "Əməliyyat uğurla həyata keçirildi. Hipotermiya icra olundu - ürək dayandırılaraq əməliyyat olundu. Bu, dünyada 3-cü, Azərbaycanda isə ilk belə əməliyyat idi. İnkişaf etmiş ölkələrə nəzər salsaq, orada da 90 faiz hallarda əməliyyatlar dölü itirmə ilə nəticələnib. Çünki bu tip əməliyyatlarda ananın ürəyi dayandırılır, xəstə soyudulur. Biz də bu cür riski göz önünə aldıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 887   Tarix: 08 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMA

Bu gün Azərbaycanda şəxslər 65 yaşa kimi pensiyaya çıxır. Amma vətəndaşlar bu yaşa çatanda pensisiyaya getmək yerinə, işləməyə davam etmək istəyirlər. Biz bilirik ki, Azərbaycanda əhalinin uzunömürlülüyü aşağı düşdüyü üçün pensiya yaşı azaldılmalıdır. Amma şəxslər aldıqları pensiyadan razı qalmadıqlar

10.05.2024 373
.

Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar. Bununla bağlı AZƏRTAC məlumat yayıb

10.05.2024 231
.

Azərbaycan Prezidenti: "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır"

"Bu gün təkcə bizim tələbimizlə Qazaxın dörd kəndi bizə qaytarılır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır". AZƏRTAC xəbər verir ki, bu fikirləri Preziden

10.05.2024 137
.

Prezident: "Ulu öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq"

"Mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq". AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri Şuşay

10.05.2024 135
.

İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Mayın 10-da Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinllərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində şəhərdəki tarixi abidələrin bərpasından danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu gün Şirinsu hamamının əsaslı təmirdən sonra açıldığını bildirib. Həmçinin Aşağı Gövhə

10.05.2024 127
.

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb. xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqs

10.05.2024 153
.

Putinin iki uşağının anası olaraq TANINIR! Səssizliyini belə POZDU

Rusiya prezidenti Vladimir Putinin sirr kimi saxladığı iki övladının anası olduğu deyilən Alina Kabayeva susqunluğunu pozub. xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin keçmiş sevgilisi Alina Kabayeva bu həftə Putinin andiçmə mərasimində iştirak edib və onu açıq şəkild

10.05.2024 1255
.

Çilidə qar yağdı - VİDEO

Cənubi Amerika ölkəsi Çilidəqar yağıb. BİG.AZ xəbər verir ki, may ayında havaların belə keçməsi insanlar arasında təəccüblə qarşılanıb. Hadisə zamanı gündəlik həyat iflic olub. Sözügedən görüntüləri təqdim edirik:

10.05.2024 137
.

"Bahar" serialının sezon finalı tarixi açıqlanıb

"Bahar" serialı 11 iyunda sezon finalı edəcək. xəbər verir ki, bu barədə Birsen Altuntaş türk mətbuatına bildirib. Qeyd edək ki, serialın ilk bölümü 13 fevralda yayımlanıb

10.05.2024 163