Klublarımızın gələcək rəqibləri müəyyənləşir

Klublarımızın gələcək rəqibləri müəyyənləşirBu gün Avrokuboklarda ölkəmizi təmsil edəcək futbol klublarımızın rəqibləri məlum olacaq. Milli.Az xəbər portalının məlumatına görə, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında keçiriləcək tədbirdə ilk olaraq Çempionlar Liqası yarışlarının püşkü atılacaq. Sonra UEFA Avropa Liqası yarışlarının püşkatma mərasimi keçiriləcək.

Azərbaycanı Çempionlar Liqası yarışlarında Unibank Premyer Liqasının qalibi Bakının "Neftçi" klubu təmsil edəcək. Ölkə çempionu yarışa ikinci təsnifat mərhələsindən qatılacaq.

Unibank Premyer Liqasında üçüncü olmuş Ağdamın "Qarabağ" və dördüncü olmuş Bakının AZAL klubları UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindən, NBC Bank Azərbaycan kuboku yarışlarının qalibi "Xəzər-Lənkəran" klubu isə ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.


BiG.AZ saytının məlumatına görə, UEFA Bakının "Neftçi" klubunun Çempionlar Liqasında (ÇL) rəqiblərini konkretləşdirib. 2-ci qrupda yer alan çempionumuzun 6 potensial rəqibi var.

Bunlar Xorvatiyanın "Dinamo", Serbiyanın "Partizan", Avstriyanın "Şturm", Çexiyanın "Viktoriya", Litvanın "Ekranas" və Gürcüstanın "Zestafoni" klubudur.

Burada postsovet məkanını təmsil edən son 2 komandanını ən münasib rəqib saymaq olar.

Qeyd edək ki, Zaqreb "Dinamo"su, "Partizan" və "Ekranas" indiyə kimi məhz ÇL-də rəqibimiz olub.

İlk 2 komanda müvafiq olaraq, "Xəzər Lənkəran"la "İnter"i mübarizədən kənarlaşdırıb, "Ekranas" isə "Bakı"ya uduzub. Digər 3 komanda ilə indiyə kimi avrokuboklarda görüşməmişik.

UEFA Avroliqada mübarizəyə ilk mərhələdən başlayacaq komandalarımızın potensial rəqiblərini konkretləşdirib. BiG.AZ saytının məlumatına görə, 3-cü qrupda yer alan "Qarabağ" Litvanın "Banqa", Estoniyanın "Trans Narva", Qazaxıstanın "Şaxtyor", San Marinonun "Tre Penne" və Andorranın "Santa Koloma" klublarından biri ilə düşəcək.

"Qarabağ" səpələnmişlər arasında olduğundan, zəif rəqiblə düşəcəyi əvvəldən bilinirdi və bunların hamısını münasib rəqib saymaq olar. Özü də 5 komandanın heç biri ilə avrokuboklarda görüşməmişik.

4-cü qrupda yer alan AZAL-ın işi nisbətən çətindir. Onun potensial rəqibləri Polşanın "Yaqelloniya", Gürcüstanın "Dinamo" (Tiflis), Belarusun "Minsk", Çernoqoriyanın "Buduçnost" və Macarıstanın "Ferentsvaroş" klublarıdır. Bunlardan ilk və son rəqib arzuolunmazdırsa, postsovet məkanı təmsilçiləri münasib sayılmalıdır. Adıçəkilən komandalardan yalnız "Buduçnots" ötən mövsüm bizə rəqib olub. "Bakı" rəqibini hər 2 oyunda 2:1 hesabı ilə yensə də, kamerunlu futbolçu Joel Epallenin cəzası bitmədiyi halda oynadığından, texniki məğlubiyyət alaraq, mübarizədən kənarda qaldı.

Qeyd edək ki, UEFA AZAL-ı indiki yox, bundan əvvəl daşıdığı "Olimpik-Şüvəlan" kimi göstərməkdə davam edir. "Xəzər Lənkəran" ölkə kubokunun qalibi kimi Avroliqada II təsnifat mərhələsindən oynayacaq.


Trend-in məlumatına görə, seçmə mərhələnin oyunları iyulun 12-13-ü və 19-20-də keçiriləcək. "Neftçi" və "Dinamo" (Zaqreb, Xorvatiya) arasında ilk oyun Zaqrebdə keçiriləcək.

Çempionlar Liqasının 2011-2012-ci il mövsümündə 76 komanda mübarizə aparacaq. Turnirin finalı 2012-ci il mayın 19-da Münhendəki "Allianz Arena"da keçiriləcək.

BİRİNCİ TƏSNİFAT MƏRHƏLƏSİ

Səpələnmişlər: Dudelange (Lüksemburq), Valletta (Malta).

Səpələnməmişlər: Santa Coloma (Andorra), Tre Fiori (San Marino)

1. Tre Fiori (San Marino) - Valletta (Malta)
2. Santa Coloma (Andorra) - Dudelange (Lüksemburq)

İKİNCİ TƏSNİFAT MƏRHƏLƏSİ

1-ci qrup
Səpələnmişlər: Maccabi (Hayfa, İsrail), APOEL (Kipr), Wisla (Polşa), Slovan (Slovakiya), Maribor (Sloveniya), Liteks (Bolqarıstan).

Səpələnməmişlər: Borac (Bosniya və Herseqovina), Mogren (Çernoqoriya), Tobol (Qazaxıstan), Birinci təsnifat mərhələsinin ikinci matçının qalibi, Skenderbeu (Albaniya).

1. Maccabi (Hayfa, İsrail) - Borac (Bosniya və Herseqovina)
2. Mogren (Çernoqoriya) - Liteks (Bolqarıstan)
3. Maribor (Sloveniya) - Santa Coloma (Andorra) - Dudelange (Lüksemburq) cütünün qalibi
4. Skenderbeu (Albaniya) - APOEL (Kipr)
5. Slovan (Slovakiya) - Tobol (Qazaxıstan)

2 qrup
Səpələnmişlər: Dinamo (Zaqreb, Xorvatiya), Partizan (Serbiya), Sturm (Аvstriya), Viktoria (Çexiya), Ekranas (Litva), Zestafoni (Gürcüstan).

Səpələnməmişlər: Dacia (Moldova), Punik (Ermənistan), Videoton (Macarıstan), Birinci təsnifat mərhələsinin birinci matçının qalibi, NEFTÇİ (AZƏRBAYCAN), Skendija (Makedoniya).

6. Sturm (Аvstriya) - Videoton (Macarıstan)
7. Zestafoni (Gürcüstan) - Dacia (Moldova)
8. Dinamo (Zaqreb, Xorvatiya) - NEFTÇİ (AZƏRBAYCAN)
9. Punik (Ermənistan) - Viktoria (Çexiya)
10. Partizan (Serbiya) - Skendija (Makedoniya)
11. Tre Fiori (San Marino) - Valletta (Malta) cütünün qalibi - Ekranas (Litva)

3-cü qrup
Səpələnmişlər: BATE (Belarus), Rosenborg (Norveç), Wisla (Polşa), Liteks (Bolqarıstan), HİK (Finlandiya), Malmö (İsveç), Shamrock Rovers (İrlandiya).

Səpələnməmişlər: Skonto (Latviya), Bangor City (Uels), Torshavn (Farer adaları), Linfield (Şimali İrlandiya), Flora (Estoniya), Breidablik (İslandiya).

12. Malmö (İsveç) - Torshavn (Farer adaları)
13. Shamrock Rovers (İrlandiya) - Flora (Estoniya)
14. Rosenborg (Norveç) - Breidablik (İslandiya)
15. HİK (Finlandiya) - Bangor City (Uels)
16. Skonto (Latviya) - Wisla (Polşa)
17. Linfield (Şimali İrlandiya) - BATE (Belarus)

Klublarımızın gələcək rəqibləri müəyyənləşirİlk 2 komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Son 2 ildə Avroliqanın son təsnifat mərhələsinə kimi irəliləyən "Qarabağ" səpələnmişlər, AZAL səpələnməmişlər sırasında olacaq. "Xəzər Lənkəran" isə ölkə kubokunun qalibi olduğundan, birbaşa II təsnifat mərhələsindən oynamaq hüququ qazanacaq və bu mərhələnin də püşkü atılacaq.

AZAL indiyə kimi avrokuboklarda yalnız bir dəfə – 2008-ci ildə komanda "Olimpik", Avroliqa UEFA kuboku adlanan vaxtda oynayıb. "Xəzər Lənkəran" isə ötən mövsüm də Avroliqada çıxış etsə də, onda mübarizəyə I təsnifat mərhələsindən başlamışdı.

Group 1
Səpələnmişlər:: IL Elfsborg (SWE), Tromsø IL (NOR), FC Honka Espoo (FIN), KR Reykjavík (ISL), The New Saints FC (WAL)

Səpələnməmişlər: FC Daugava Daugavpils (LVA), Cliftonville FC (NIR), JK Nõmme Kalju (EST), ÍF Fuglafjørdur (FRO), CS Fola Esch (LUX)

1-ci təsnifat mərhələsi
KR Reykjavík (ISL) – ÍF Fuglafjørdur (FRO)
FC Daugava Daugavpils (LVA) – Tromsø IL (NOR)
IL Elfsborg (SWE) – CS Fola Esch (LUX)
The New Saints FC (WAL) – Cliftonville FC (NIR)
FC Honka Espoo (FIN) – JK Nõmme Kalju (EST)

Group 2
Səpələnmişlər:: Fulham FC (ENG)*, Saint Patrick’s Athletic FC (IRL), Aalesunds FK (NOR)*, BK Häcken (SWE)*, FK Renova (MKD)

Səpələnməmişlər: Glentoran FC (NIR), ÍBV Vestmannaeyjar (ISL), NSÍ Runavík (FRO), Neath FC (WAL), UN Käerjéng 97 (LUX)

1-ci təsnifat mərhələsi
Fulham FC (ENG) – NSÍ Runavík (FRO)
ÍBV Vestmannaeyjar (ISL) – Saint Patrick’s Athletic FC (IRL)
BK Häcken (SWE) – UN Käerjéng 97 (LUX)
Aalesunds FK (NOR) – Neath FC (WAL)
FK Renova (MKD) – Glentoran FC (NIR)

Group 3
Səpələnmişlər:: Qarabağ FK (AZE), FK Rabotnicki (MKD), FK Rad (SRB), FC Koper (SVN), Paksi SE (HUN)

Səpələnməmişlər: FK Banga (LTU), JK Trans Narva (EST), FC Shakhter Karagandy (KAZ), SP Tre Penne (SMR), UE Santa Coloma (AND)

1-ci təsnifat mərhələsi
FC Koper (SVN) – FC Shakhter Karagandy (KAZ)
FK Banga (LTU) – Qarabağ FK (AZE)
Paksi SE (HUN) – UE Santa Coloma (AND)
FK Rabotnicki (MKD) – JK Trans Narva (EST)

Group 4
Səpələnmişlər:: Jagiellonia Białystok (POL), FC Dinamo Tbilisi (GEO), FC Minsk (BLR), FK Budućnost Podgorica (MNE), Ferencvárosi TC (HUN)

Səpələnməmişlər: FC Milsami Orhei (MDA), KS Flamurtari (ALB), Olimpik-Şüvälan PFK (AZE), FC Irtysh Pavlodar (KAZ), Ulisses FC (ARM)

Group 5
Səpələnmişlər:: FC Spartak Trnava (SVK), NK Varaždin (CRO), Metalurgi Rustavi (GEO), NK Široki Brijeg (BIH), Birkirkara FC (MLT)

Səpələnməmişlər: NK Olimpija Ljubljana (SVN), KS Vllaznia (ALB), FK Zeta (MNE), FC Banants (AND), FC Lusitans (AND


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6481   Tarix: 20 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898