Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov orta məktəb dərsliklərinə salınıb

Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov orta məktəb dərsliklərinə salınıbTəhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının ANS PRESS-ə eksklüziv müsahibəsi

Bu il orta məktəb şagirdləri üçün yeni dərsliklər çap olunacaqmı?
-Bu il, 102 adda dərslik və müəllimlər üçün metodik vəsaitin nəşri planlaşdırılır. Bunun üçün hazırlıq işləri görülüb. Hansı dərsliklərin və vəsaitlərin lazım olacağı müəyyənləşdirilib. Artıq dərsliklərin çapı ilə bağlı tender elan eləmişik. Bunların bir hissəsi tamamilə yeni dərslik və metodik vəsaitlərdir.

Məsələn, IV siniflər üçün dərslik və müəllim üçün metodik vəsaitlər tamamilə yenidir. Yəni, ənənəvi dərsliklər deyil, pilləli islahatların davamıdır. 2008-ci ildə I, 2009-cu ildə II, 2010-cu ildə III və 2011-ci ildə IV siniflərin dərslikləri tamamilə dəyişdirilib. Bu metodla ilbəil bir sinfi artıracağıq.

40 adda IV sinifə, 2 adda II siniflər üçün Azərbaycan dili və riyaziyyat fənnindən dərsliklər hazırlanır. VII və XI siniflər üçün 38 adda dərslik çap olunacağı barədə elan vermişik. 24 adda isə az faizli dərsliklər çap olunacaq. Onlardan bəziləri artıq hazırdır və 2011-2012-ci tədris ili üçün bazaya təhvil verilib. Bu yaxınlarda digərləri təhvil veriləcək.

Yeni nəşr olunan dərsliklərin ötən illərdə nəşr olunanlardan fərqi nədir?
-Ümumtəhsil məktəblərinin fizika fənninin proqramlarında aparılan dəyişikliklərlə bağlı VIII, IX, X və XI siniflərin dərslikləri dəyişdirilib. VII sinif isə olduğu kimi qalıb. Biz hər dəfə dərslikləri çap edəndə onu redaktə və korrektə edirik. Amma yuxarı VII-XI siniflərin dərslikləri barədə elan verəndə dedik ki, əvvəlki illərin nəşri olan dərslikləri təkrar çap etməyəcəyik. Çapa yeni dərslikləri hazırlayırıq, amma bəzilər müəyyən olundu ki, bunlar əvvəlki nəşrlərin təkrarıdır.

2010-cu ildə də tender elan olunmuşdu. Artıq tender yekunlaşıb. Dərsliklərin nəşrindən razısınız?
-Bu çox çətin işdir. Dərslik təhsilin məzmunu ilə bağlıdır. Təhsilin məzmunu adi baxışda gözə çarpan bir şey deyil. Biz istəyirik dərsliklər məzmuna görə yaxşı, poliqrafik cəhətdən keyfiyyətli, sxemlər və s. gözəl olsun. Hər şeyin yaxşı olmasınıistəyirik. Lakin bunu yaxşı hazırlayan müəllif də tapılmalıdır. Ona görə də, hazırda dərsliklərin səviyyəsi istədiyimiz səviyyədə deyil. Dərslik hazırlığına cəlb olunan nəşriyyat, poliqrafik müəssisələri azdır. Bu dəqiqə biz bir neçə nəşriyyat evilə çalışırıq.

Dərsliklərin müəlliflərinə gəlincə, əvvəllər dərslikləri daha çox alimlik dərəcəsi olan insanlar hazırlayırdılar. Amma indiki dərsliklərə nəzər salsaq, görərik ki, bir çox ədəbiyyatların müəllifləri orta məktəb müəllimləridir. Bu dərsliklərin keyfiyyətinə mənfi təsir edirmir?
-Bəli, əvvəllər dərslikləri alimlər yazıblar. Amma indi daha çox orta məktəb müəllimləri bu işlə məşğuldur. Düşünürəm ki, bu daha çox dərslərin keyfiyyətli olmasına xidmət edəcək. Çünki, orta məktəb müəllimi daha çox şagirdlərlə işlədiyi üçün praktikası var. O, şagirdlərin informasiya qəbul etmə səviyyəsini bilir. Orta məktəb müəllimləri şagirdi nə qədər yükləməyi, nə qədər ondan cavab almağın mümkün olduğunu bilir. Yəni, şagirdin zövqünü, marağını orta məktəb müəllimi daha yaxşı bilir. Ona görə də, orta məktəb müəllimlərinin dərslik yaradıcılığına cəlb olunması çox vacibdir.

Ötən illərə nəzər salsaq görərik ki, orta məktəb dərsliklərində müəyyən problemlər olub və indi də belə problemlərə rast gəlirik. Bəzən bu səhvlər çox kobud şəkildə nəzərə çarpır. Yeni çap olunan dərsliklərdə necə, belə səhvlərə çoxmu rast gəlinəcək?
-Siz hesab etməyin ki, yeni dərsliklərdə səhvlərə rast gəlinməyəcək. Mümkün deyil ki, iş olan yerdə səhv olmasın. Olur, texniki qüsurlar, müəllifin səhvləri olur. Tarixdə, elmdə öz həllini tapmayan mübahisələr, müəlliflər arasındakı mübahisələr də nəzərə çarpır. Əlbəttə, çalışırıq ki, bacardığımız qədər problemləri həll edək.

Hazırlanan dərsliklərin keyfiyyətini necə, qənaətbəxş hesab edirsiniz?
-Heç zaman Azərbaycanda, Sovet dövründə də, müstəqillik dövründə də yüksək keyfiyyətli dərsliklər olmayıb. Mən Litvada, Braziliyada, Kanadada, Holandiyada, Almaniyada və digər ölkələrdə olmuşam. Bizim dərsliklər poliqrafik cəhətdən heç bir ölkənin kitablarından geri qalmır. Bu dərslikləri dövlət pulsuz verir. Bəziləri soruşur ki, niyə dərsliklərin üzü kardon deyil? Axı dərsliyin üzünün kardon olmasının nə xeyri var? Sənə dərslik pulsuz verilir, ondan istifadə et də.

2011-2012-ci tədris ilində bir fənn üçün 2 alternativ dərsliklər çap ediləcək. Bu məktəbli üçün ağır yük deyilmi?
-Bilirsiniz, bu barədə mənə dəfələrlə suallar verilib. Valideynlərin çoxu düşünür ki, çantalar ağırdır, uşaqlar daşıya bilmir. Bizim uşaqlarımızın belində xəstəlik olacaq və s. I siniflərin dərsliklərini çəkdirmişəm, 1 kiloqram 145 qramdır. Nə edək ki, valideyn çantaya dəftərlə yanaşı,su, alma, yemək, idman forması və digər əşyalar qoyur. İş dəftərləri də əlavə olduqda, təbii ki, çanta ağır olacaq. Axı heç bir yerdə iş dəftəri evə aparılmır. İş dəftəri məktəbdə qalmalıdır. Uşaq evə gedəndə istirahət etməlidir.

2011-2012-ci tədris ilində eyni fəndən 2 müxtəlif dərs vəsaitinin olacağı barədə danışılır. Bu barədə nə deyə bilərsiniz?
-Bəli, hazırda 1 fəndən 2 variantda dərsliklərin hazırlanması istiqamətində işlər gedir. Yəni bir fəndən 2 ayrı-ayrı müəllif kollektivinin dərsliyi var. Məsələn, X-XI sinifdə biologiya fənnindən 2 müxtəlif dərslik var. Amma proqram eynidir. Sadəcə yanaşma ayrıdır. "Azərbaycan dili" fənni üçün də müxtəlif müəlliflərin iştirakı ilə 2 dərslik var. Biri Yusif Seyidovla, Təhminə Əsədovanın, digəri Qəzənfər Kazımovla mənim hazırladığım kitab.

Təhsildə hansı dərslik əsas götürüləcək?
-Burada əsas söhbəti olmayacaq. Proqram eynidir. İkisi də yararlı dərslikdir.

Faiq müəllim, mən başa düşmədim, gəlin aydınlaşdıraq. N saylı məktəb və proqram da eyni, lakin Azərbaycan dilindən 2 dərslik. Bəs, məktəb dərs zamanı hansı kitabdan istifadə etməlidir? Bunu məktəb özü müəyyənləşdirir, yoxsa hansısa göstəriş əsasında dərslikdən istifadə olunacaq?
-Biz bu vaxta qədər belə bölmüşük ki, bir məktəbə eyni fəndən 2 kitab getməsin. Ayrı-ayrı rayonlara müxtəlif müəllifli dərsliklər vermişik. Əslində bu seçim üçün çox vacibdir. Gələcəkdə hansı kitab daha yaxşı qəbul edilsə, biz də o dərsliyə yönələcəyik. Dünyanın hər yerində belədir. Məsələn, Braziliyada V siniflər üçün müxtəlif adda riyaziyyat dərslikləri var. Proqram eyni olandan sonra, burada heç bir fərq olmur.

Yəni, dərsliklərdən biri qəliz, digəri isə sadə dillə yazılır?
-Yox, biz proqramı qəliz formada vermək istəmirik, asan formada, şagirdin başa düşəcəyi dildə veririk. Yenə deyirəm, proqram eynidir. Əgər proqramda 10 mövzu varsa, hər 2 dərslikdə 10 mövzudan danışılır. Qaydalar eynidir, sadəcə şərhlər müxtəlifdir.

Onda eyni sinif üzrə, eyni fəndən bəhs edən 2 müxtəlif dərsliyə nə dərəcədə ehtiyac var idi?
-Əksinə ehtiyac çoxdur. Məsələn, tutaq ki, kənd məktəbidir. Dərsliklərin biri sadə dildə, biri bir az qəliz dildə yazılıb. Ola bilsin, Avropa liseyinin şagirdinə mürəkkəb dərslik seçiləcək. Amma ucqar kənd məktəbinin şagirdinə sadə dildə izahı olan ədəbiyyat seçilə bilər.

Sizcə, bu dərsliklər bütün məktəblərə çatacaqmı?
-Hələ yeni tədris ilinin başlanmasına 3 ay qalıb. Amma artıq dərsliklər hazırdır. Dərsliklər həmişə vaxtında çap olunur və bütün məktəblərə çatdırılır. Bu məsələ tam nəzarətimizdədir. Ümumiyyətlə, respublikada orta məktəb dərsliklərinin çatışmazlığı yoxdur. Hansı məktəbə dərslik lazımdırsa, biz həmin tələbatı ödəyə bilərik. Hansı məktəbdə dərslik çatışmırsa, deməli, həmin məktəbin rəhbərliyi çox zəifdir. Çünki, vaxtında məktəbdə nə qədər şagird olması və nə qədər dərslik lazım olacağı barədə məlumat verməlidir.

Dərsliklərin tirajı nə qədərdir?
-Ümumi dərsliklərimizin tirajı 4 milyon 500 min arasındadır. 2011-2012-ci ildə orta məktəblərdə heç bir dərslik çatışmazlığı olmayacaq.

Ali məktəblərdə yeni tarix fənnindən dərsliklər yenilənir. Bu, orta məktəb dərsliklərinə də təsir edəcəkmi?
-X-XI siniflər üzrə yeni tarix və ən yeni tarix dərslikləri var. Bu dərsliklər üzrə yeni nəşrlər çap olunacaq. Çünki, tarix elə bir fəndir ki, hər il buraya yeniliklər əlavə oluna bilər. Ona görə bu məsələlər gərək ən yeni tarix dərsliyində öz yerini tapsın. Bu ilki dərsliklərimizdə Milli qəhrəman Mübariz İbrahimov haqqında mövzu əlavə olunub. Bu çox vacib məsələdir. Bundan başqa, müxtəlif əlavə olunan hadisələr var.

Ötən illərdə də dərsliklərin pulsuz paylanması bildirilmişdi. Lakin sonradan orta məktəb dərsliklərinin satıldığının şahidi olduq. Bu barədə nə deyə bilərsiniz?
-Yox gəlin elə düşünməyək. Biz bunu çox normal hesab edirik. Təsəvvür edin, V sinifdə 120 min şagirdimiz var. 120 min Azərbaycan dili dərsliyi çap etdik və payladıq. Bəs müəllimlər nədən istifadə etsin? Ali məktəblərin pedoqoji fakültələrinin tələbələri təcrübəyə gedirlər. Bəs bu zaman onlar nədən istifadə etsinlər? Hazırlığa gedənlər, tədqiqatçılar və digər insanlar var ki, onlara da dərsliklər lazım olur. Ona görə də bu kitabların satışa buraxılması normal haldır.

Bu zaman satılan dərsliklərin qiymətini kim tənzimləyir?
-Artıq qiymətləri bazar tənzimləyir. Bizim kitabların arxasında "pulsuz" yazılıb, bazara çıxarılan kitabların üstündə isə onların qiyməti yazılır. Əgər satışda olan dərsliklərin üstündə "pulsuz" sözü yazılarsa, bu, oğurluq mal hesab olunur. Mətbəə öz vəsaiti hesabına həmin dərslikləri çap edib bazara çıxarır. Biz lazım olan qədər kitab almışıq. Bu isə müəlliflərlə çap mətbəələrinin aralarında olan razılaşma əsasında həyata keçirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9289   Tarix: 18 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 414
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 803
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 242
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 270
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 762
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 0
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 193
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 977
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 337