Bu ölkənin sakinləri ən sağlam millət seçildi

Bu ölkənin sakinləri ən sağlam millət seçildi"Bloomberg" agentliyinin BMT, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında apardığı əhalisi ən sağlam olan ölkələrlə bağlı araşdırmasının nəticələri açıqlanıb.

Dünyanın ən sağlam 145 ölkəsi arasında Azərbaycan 87-ci pillədədir.

Əhalisinin sayı 1 milyondan çox olan ölkələr nəzərdən keçirilib, onlar "sağlamlıq" üçün müəyyən xallar alır, daha sonra isə bu xallardan "sağlamlıq üçün risklər"ə görə xallar çıxılırdı.

Sağlamlıq göstəriciləri həyatın gözlənilən davamiyyəti, ölüm səbəbi, yaş qruplarından asılı olaraq ölüm həddi və s. amillər üzrə qiymətləndirilir.

Risklər isə sağlamlığa neqativ təsir edəcək əlamətlər haqqında məlumatlara əsasən öyrənilirdi: gənclər arasında siqaret çəkənlərin sayı, əhali arasında yüksək xolesterin və təzyiq səviyyəsi, vaksinasiyanın yayılması, piylənmə və HİV-ə yoluxmadan əziyyət çəkənlər, ekoloji çirklənmənin səviyyəsi və s.

Sinqapurlular 89,45% toplayaraq birinci yerdə, 89,07% ilə italyanlar ikinci yerdədirlər, əsas üçlüyü 88,33% ilə Avstraliya yekunlaşdırır.

İlk onluqda İsveçrə (dördüncü yer 88,29%), Yaponiya (5-ci yer 86,83%) və İsrail (6-cı yer, 85,97%) yer alırlar, daha sonra İspaniya, Niderland, İsveç və Almaniya gəlir.

Böyük Britaniya 21-ci (76,84%), ABŞ 66,84% ilə 33 yerdədir.

Rusiya 26,44% toplayaraq 145 ölkənin arasında 97-ci olub.

Postsovet respublikaları arasında ən sağlam ölkə 57-ci yerdə olan Estoniyadır. Litva siyahıda 80-ci sıradadır. Sonrakı yerlərdə Tacikistan (84), Özbəkistan (85), Belarus (91), Rusiya (97), Ukrayna (99), Qırğızıstan (101), Türkmənistan (104) və Qazaxıstandır (111).

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2034   Tarix: 03 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367