"Bollivud şahı"nın doğum günüdür - FOTO

"Bollivud şahı"nın doğum günüdür - FOTO"Deyirlər, Hindistanda nə az, nə çox düz 1635 fərqli dil var. Ancaq mən əminliklə deyə bilərəm ki, yalnız bir əsas və yeganə dil var, o da sevgidir. İnanın mənə, çünki sevginin dili yoxdur" - Şahruk Xan

Baxışları, parlaq gülüşü, tükənməz enerjisi ilə insanların qəlbinə yol tapmağı bacaran olduqca istedadlı aktyor Şahruk Xanın bu gün 50 yaşı tamam olur.

Şahruk Xan 1965-ci il noyabrın 2-də Yeni Dehlidə, əslən Əfqanıstandan olan puştunlar ailəsində anadan olub

Boyu 1 metr 75 santimetrdir

Ailədə iki uşaq olan Şahrux özündən böyük olan bacısı Şahnazı çox sevir

Tibb bacısı boynunda xal ilə doğulan körpənin xoşbəxt və qeyri-adi bir insan olacağını deyib. Aktyorun sözlərinə görə, o, həmişə valideynlərinin danışdığı bu əhvalatı dinləməkdən zövq alıb.

Aktyorun adı Şahrux (Shah Rukh) ayrı yazılır. Fars mənşəli bu sözün mənası "şahın yolu" və ya "şahın üzü" mənasını verir. ("Şah" – şah, kral, "rux" isə həm yol, istiqamət, həm də "rüxsar" sözündən gəlib və üz deməkdir)

Atası Tac Məhəmməd Xan ölkənin məşhur hüquqşünaslarından və azadlıq mübarizlərindən biri olub. Anası Fatimə Xan isə ictimai hakim vəzifəsində çalışıb. 1981-ci ildə xərçəng xəstəliyindən atasını, 1991-ci ildə qan xəstəliyindən anasını itirib

Şahruxun tərbiyəsi ilə əsasən atası məşğul olub. Altı dil bilən və qeyri-adi yaddaşa sahib olan atası bugün də aktyor üçün əsl nümunədir. "Atam heç vaxt bizə qışqırmayıb, cəzalandırmayıb. Bizə seçim etmək, yanılmaq şansı verib. Səhvlərimizdən nəticə çıxartmağı öyrədib".

Məktəbdə oxuyanda sinif yoldaşları onu "sürət qatarı" (Mail gadda) çağırırmışlar. Çünki Xan uzun illər 200 və 400 metr məsafəyə qaçışda çempion olub.

Belindəki zədə olmasaydı Şahrux indi ölkəsinin məşhur idmançılarından biri olardı.

Kollecdə ən sevdiyi fənnlər informatika və ingilis dili olub. Riyaziyyat və hind dilini heç cür sevməyən Şahrux anasının "hind dilindən yaxşı qiymət alsan səni kinoya aparacağam" deməsindən sonra bütün gücünü orataya qoyub və əla qiymət alıb.

Bu qiymət Şahruxun bütün həyatını dəyişib. Anası ilə ilk dəfə kinoteatra gələn Xan elə kinoteatrdan çıxanda aktyor olmaq qərarına gəlib. Kinoda izlədiyi aktrisa Mümtaz uzun illər onun xəyallarının baş qəhrəmanı olub

Hansraj kollecində və Dehli universitetində təhsil aldığı illərdə artıq seriallara çəkilməyə başlayıb

İqtisadiyyat fakültəsində bakalavr, ictimaiyyətlə əlaqələr fakültəsində magistr təhsili alsa da ixtisası üzrə bir gün olsun işləməyib

Valideynlərinin vəfatından sonra Bombeyə köçən Şahrux məhz həmin ildə kinoya gəlib. 1992-ci ildə Xan 27 yaşında "Dəli sevgi" filmindəki roluna görə, "Filmfare Awards" mükafatına layiq görülüb

1993-cü ildə iki müxtəlif filmdə iki mənfi qəhrəmanı canlandırıb. "Qorxu altında həyat" və "Ölümlə oyun" filmləri aktyora böyük uğur gətirib

1995-ci ildə ekranlara çıxan "Qaçırılmamış gəlin" filmi Hindistan kinematoqrafiya tarixinin ən çox gəlir gətirən 3 filmindən biridir

"Qaçırılmamış gəlin" bu gün də ölkənin ən məşhur kinoteatrından biri olan "Maratxa Mandir" kinoteatrında nümayiş olunur

Müsəlmandır. "Bəlkə də çox az insan Allaha mənim inandığım qədər inanır və sevir. Dua etmək məni sakitləşdirir və həmişə başqaları üçün dua edirəm. Axırıncı dəfə anam xəstəxanada olanda özüm üçün dua etdiyimi xatırlayıram",-deyə aktyor müsahibəsində bildirib

Dini inancına baxmayaraq 1991-ci ildə uzun mübarizə və əziyyətlərdən sonra hinduizmə sitayiş edən Qauri Çibber ilə ailə qurub

Həyat yoldaşını "Qauri ma" (ana Qauri) deyə çağırır

Şahrux heç vaxt həyat yoldaşının dini inancına müdaxilə etmədiyini deyir

Cütlüyün bu nikahdan Aryan adlı oğlanları (1997) və Suxana (2000) adlı qızları var

2013-cü ilin mayında Şahrux və Qauri surroqat ana vasitəsilə oğulları İbrahimi qucaqlarına alıblar

Sevimli yeməyi ədviyyatlarla bol toyuq qızartmasıdır

Ev heyvanlarını çox sevir. Tobecca adlı iti artıq illərdir ki, Xan ailəsi ilə birlikdədir

Zərərli vərdişləri siqaret çəkmək, saatlarla vanna otağından çıxmamaq və gec yatmasıdır

Uşaqlarından "Barbie" gəlinciklərini bəzəməyi, tramplindən tullanmağı və bütün gün dayanmadan cizgi filmləri izləməyi "öyrənib"

Sevimli aktyorları Amitabh Baççan, Dilip Kumar, Rişi Kapur, Əmir Xan və Akşay Kumardır

Heç vaxt çəkələk geyinmir və onlara nifrət edir

Heç vaxt su içmir və dondurma yemir

Sevimli içkisi "Pepsi"dir. Şahrux film izləyərkən çipsi yeyəndə soyuq Pepsi içməyi heç vaxt unutmur

22 dəfə "ən yaxşı aktyor" nominasiyasında namizəd olub və 8 dəfə uğur qazanıb. Bu il "Filmfare" mükafatına 23-cü dəfə namizəd göstərilən Xan həmkarı Amitabh Baççanın rekordunu təzələyib

Adrian Moul və Vudi Allenin kitablarını təkrar-təkrar oxumağı çox sevir

Həmkarı Salman Xan bütün mətbuata Şahruxun gecələr necə bərkdən xoruldadığını xəbər verib

Bütün saatlarının arxasında 555 rəqəmi yazılıb. Şahrux bu rəqəmin ona uğur gətirdiyini düşünür

Bollivudun ən çalışqan aktyorlarından biridir. İldə ən az 5-6 filmdə rol alır

Özünü aparıcı kimi də sınayan Şahrux bir müddət "Milyonçu" və bir neçə bilik yarışmasında aparıcılıq edib

Heç vaxt maddi ehtiyac çəkmədiyini deyən Xan Tanrıya ən çox buna görə, başqalarına möhtac olmadığına görə minnətdardır.

"Bollivud şahı"nın doğum günüdür - FOTO"Bollivud şahı"nın doğum günüdür - FOTO"Bollivud şahı"nın doğum günüdür - FOTO"Bollivud şahı"nın doğum günüdür - FOTO"Bollivud şahı"nın doğum günüdür - FOTO"Bollivud şahı"nın doğum günüdür - FOTO"Bollivud şahı"nın doğum günüdür - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5569   Tarix: 02 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942