Peyğəmbərin ibadəti

Peyğəmbərin ibadətiMənbə: http://zikr.az

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər bir ibadəti yerinə yetirdikdə, nə ifrata varar, nə də ki, etdiyi ibadətə laqeyd yanaşar, əksinə, orta yol tutardı. Ənəs ibn Malik demişdir: "Bir dəfə üç nəfər Peyğəmbərin evinə gəlib onun əhli-əyalından Peyğəmbərin ibadəti barəsində soruşdu. Bu haqda onlara xəbər verildikdə, onlar etdikləri ibadətin az olduğunu güman edib belə dedilər: "Yəni biz Peyğəmbər kimi ola bilərikmi? Üstəlik Allah onun bütün keçmiş və gələcək günahlarını bağışlamışdır."
Onlardan birisi dedi: "Mən bütün gecələri ibadət edəcəyəm, yatmayacağam."
O birisi dedi: "Mən il boyu oruc tutacağam, gündüzlər yemək yeməyəcəyəm."
Üçüncüsü dedi: "Mən qadınlara yaxın durmayacağam, heç vaxt evlənməyəcəyəm."
Peyğəmbər bunu eşidəndən sonra onların yanına gəlib dedi: "Filan, filan sözləri sizmi demisiniz?! Vallahi ki, aranızda Allahdan ən çox qorxanınız mənəm. Bununla belə mən bəzən oruc tutur, bəzən də tutmuram, gecənin bir vaxtını namaz qılır, digərində isə dincəlirəm və nəhayət, mən qadınlarla evlənirəm. Belə olduğu halda, mənim yolumdan çıxan kimsələr məndən deyillər" (Səhih əl-Buxari, 5063).
Peyğəmbər ibadəti sevə-sevə yerinə yetirmiş, ümmətinə də belə etməyi, özlərini daşıya bilməyəcəkləri bir yüklə yükləməməyi tövsiyə edib demişdir: "Siz bacardığınızı yerinə yetirməlisiniz. Vallahi ki, siz usanmadıqca, Allah usanmaz" (Səhih əl-Buxari, 43).
Abdullah ibn Amr demişdir: "Bir gün Peyğəmbər məndən soruşdu: "Sən necə oruc tutursan?"
Dedim: "Hər gün." Soruşdu: "Quranı necə xətm edirsən?"
Dedim: "Hər gecə." Onda o mənə belə buyurdu: "Hər ayın üç gününü oruc tut, Quranı da ayda bir dəfə xətm et!"
Dedim: "Mənim bundan da çox ibadət etməyə gücüm çatar." O dedi: "Həftədə üç gün oruc tut!"
Dedim: "Mənim bundan da artığına gücüm çatar." Dedi: "İki gündən bir oruc tut!"
Dedim: "Mənim bundan da artığına gücüm çatar." Dedi: "Elə isə ən fəzilətli orucu – günaşırı oruc tutan Davudun orucunu tut və həftədə bir dəfə gecələr Quranı başdan axıradək oxu."
Abdullah ibn Amr yaşa dolduqdan sonra deyərdi: "Kaş Peyğəmbərin verdiyi rüsxəti qəbul edərdim. İndi mən artıq qocalıb əldən düşmüşəm" (Səhih əl-Buxari, 5052).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 6138   Tarix: 15 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767