Ağıllı telefonlar və planşetlər hansı xəstəliyə səbəb olur? - ƏLAMƏTLƏR

Ağıllı telefonlar və planşetlər hansı xəstəliyə səbəb olur? - ƏLAMƏTLƏR10 ildir həyatımızın bir hissəsinə çevrilən ağıllı telefonlar və planşetlər yeni bir xəstəliyin səbəbkarı olub.

Həkimlər bu xəstəliyi "Teck-neck" adlandırırlar. Alimlər bildirirlər ki, texnologiya ilə həddən artıq təmasda olmaq sizi xəstə edə bilər.
Statistikalar göstərir ki, insanlar gündə təxminən 2 saatlarını telefon və planşetlərə sərf edirlər. Bu müddətdə baş mütəmadi olaraq önə doğru əyildiyi üçün "Teck-neck" xəstəliyi baş verir. Bu, boyun və kürək nahiyəsində ağrı, çənə altında dərinin sallanması, buxağın yaranması, boyunda qırış ilə müşahidə edilir.
Həkimlər bildirirlər ki, baş 15 dərəcə əyildikdə boyuna 13 kiloqram yük düşür. Əgər çənənizi boynunuza yaxınlaşdıraraq dayanırsınızsa, bu zaman yük 27 kiloqrama qədər artır. Bu isə boyun və kürəkdə ağrılara səbəb olur, dərinin elastikliyi itir, qırışlar yaranır. Həkimlər müasir dövrün xəstəliyi olan "Tech-neck"in, əsasən, gənc nəsildə müşahidə edildiyini bildirirlər. 18-40 yaş arasında olanların bu xəstəliyə yaxalanmaq riski çoxdur.
Bəs bu xəstəlikdən qorunmaq üçün nə etmək olar?
1. Ağıllı telefon və planşetləri daha az istifadə etməyə çalışın.
2. Ofisdə işləyənlər kompüterin ekranının göz səviyyəsindən aşağıda olmamasına diqqət etməlidirlər. Boyunu önə doğru əymək əvəzinə, düzgün pozada qalmağa diqqət etsinlər.
3. Tez-tez boyun əzələlərini rahatlaşdıran hərəkətlər edin. Vaxtaşırı ekrandan uzaqlaşın, boyuna düşən yükü azaldın.
4. Planşet istifadəçiləri onu düz saxlayan xüsusi oturacaqlardan istifadə edə bilərlər.

publika.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2978   Tarix: 10 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1279
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 374
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1869
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 1001
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 869
.

Psixikamıza ən yaxşı təsir edən QİDALANMA NÖVÜ

Alimlər balanslaşdırılmış sağlam qidalanmanı beyin, psixi sağlamlıq və idrak funksiyalarının qorunması üçün ən yaxşı olduğunu bildiriblər. Çünki bu qidalanma növü ən yaxşı nəticələri göstərib. Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil terapevti, akademik Oksana Drapkina bildirib ki, bu yemək tərzi il

05.05.2024 316
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 826
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 945
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1775