Yanan binanın ətrafında qalmaqal

Yanan binanın ətrafında qalmaqalMayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən dəhşətli yanğın zamanı avtomobillərinə və digər əmlaklarına ziyan dəymiş vətəndaşlar etiraz aksiyası keçirməyə hazırlaşır.

BiG.AZ-ın xəbərinə görə, bu barədə virtualaz.org saytına zərərçəkənlər özləri məlumat verib.

Zərərçəkən Ülvi Hüseynovun sözlərinə görə, yanğın zamanı 10 vətəndaşın avtomobilinə ziyan dəydiyi halda onların sahiblərinə heç bir ödəniş olmayıb:

"Bizə söz verildi ki, bina təmir olunana qədər avtomobillərimizə dəymiş ziyan ödəniləcək. Amma sonra bundan boyun qaçırdılar. Ekspertiza avtomobillərə və yaxınlıqdakı qeyri-yaşayış tikililərinə, sosial obyektlərə dəyən ziyanla bağlı rəy hazırlayaraq Nazirlər Kabinetinə də təqdim edib. Baş nazirin müavini Abid Şərifov da iclasda söz vermişdi ki, bizim problemimiz də həll olunacaq. Artıq üstündən 3 ay keçib, amma nəticə yoxdur".

Ülvi Hüseynovun sözlərinə görə, onun avtomobilinə dəyən ziyanın məbləği 10 min manata yaxındır:

"Buna baxmayaraq ekspertizanın rəyində 6 min 500 manat göstərilib. Ona da razıyam, təki dəymiş ziyanı ödəsinlər. Yaxınlıqda internet klubu olan adamlar var, obyektləri yanğında yararsız hala düşmüşdü. Onlara da söz verilmişdi ki, kompüterlər alınacaq, amma heç nə etmədilər. Bizim səsimizi eşidən yoxdur, ona görə də aksiya keçirəcəyik".

Qeyd edək ki, bu il may ayının 19-da Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2133   Tarix: 10 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826