"Cennifer Lopeslə duet oxumaram"

"Cennifer Lopeslə duet oxumaram"Müğənni-bəstəkar Emin "Leaders" dərgisinə müsahibə verib.

BiG.AZ-ın məlumatına görə, ifaçı dünya ulduzu Cennifer Lopeslə dostluğundan danışıb. O, "Yaxın günlərdə hansısa bir dünya ulduzu ilə duet oxumaq planınız var" sualına belə cavab verib:

"Mən Çarli Uilyamsla duet oxumuşam. Məşhur ulduzlara gəldikdə isə Cennifer Lopeslə dostluğumuz var. Duetimiz isə olmayacaq. Boksla məşğul olmuşam. Rinqə çıxanda sənin rəqibin çəkinə uyğun biri olur. Cennifer Lopeslə duet oxumaq isə mənim aləmimdə nəhəng biri ilə rinqə çıxmağa bənzəyər. Bu danışılmış, istifadə olunmuş bir mənanı verəcək. Ona görə də Lopesə Eminlə duet lazım deyil. Böyük sənətkarlarla oxumaq üçün, böyük sənətkar olmaq lazımdır. Ona görə də məndən səs-küylü duet gözləməyin".

Biznesindən danışan Emin atasından ayrı açdığı iş yerlərini açıqlayıb:

"Mənim məhləm var. Tez-tez restoranlar açıram. Saat brendinin satışı ilə məşğulam. "Time to eat" adlı dərgim, "Crocus TV"im var. Öz komandamla qurduğum bütün işlərimi də ailə biznesinin bir hissəsi hesab edirəm. Xəyalımda olan bizneslərim çoxdur. Zamanla onları reallaşdırıram. İki "Vegas" ticarət mərkəzi açdıq. Üçüncünü planlaşdırmışam. Bu daha maraqlı və fərqli olacaq".

Müğənni əkizləri Əli və Mikayıldan da bəhs edib:

"Onlara çox vaxt ayıra bilmirəm. Onlar başqa ölkədə yaşayırlar. Hər həftə yanlarına gedir, səhərdən gecəyə kimi onlarla oluram. Evdə böyük uşaq kimiyəm. Çox şən oluram. Böyük ev tikdirmişəm, oğullarım Moskvaya gələndə onlarla orada qalıram. Maraqlı vaxt keçirirk".

Emin heç bir stilistlə çalışmadığını geyimlərini özünün seçdiyini bildirib:

"Nəyi bəyənirəmsə, onu da geyinirəm. Bəzən klip çəkilişlərində stilistlər libaslar geyinməyimi təklif edirlər. Bu mübahisə hər zaman mənim qalibiyyətimlə nəticələnir. Mən qarderobumda nə varsa, onu geyinir kamera qarşısına çıxıram. Formada qalmaq üçün idman edirəm. Vaxtım olanda futbol oynayır, boksla məşğul olur, velosiped sürürəm. Ya da idman zalına gedirəm. Restoranlarım çoxdur. Şam yeməyini hər gün birində edirəm. Gün ərzində baş verənlərlə bağlı məlumatlar alır, günü xoş başa vururam. Özüm dadlı pomidor-yumurta bişirirəm".

Sevimli şəhəri – Moskva

Maşını – Range Rover

Əgər ev heyvanı saxlayarsa – pişik

Kişi mütləq... – Maşın sürməyi bacarmalıdır.

Əgər mənə pisdirsə - Sükan arxasına keçirəm.

İnsanlarda sevmirəm – Qeyri-səmimiliyi.

Həftəsonunu xaricdə keçirmək istəsəm – Bakıya gedərəm.

Sevimli musiqi qrupu – "Queen".

Sizin üçün lider kimdir – Atam


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1572   Tarix: 08 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262