"Seriallara görə bir telekanalı məhkəməyə vermişik, bəzilərini də verəcəyik"

"Seriallara görə bir telekanalı məhkəməyə vermişik, bəzilərini də verəcəyik""Televiziya kanallarının çəkdiyi seriallar bizi qane etmədi. Bu kanalların əksəriyyəti onlara verilən vəsaitdən lazımınca istifadə etmədi. Bəlkə də şəxsi məqsədlər üçün istifadə etdilər. Artıq bir telekanalı məhkəməyə vermişik, bəzilərini də verəcəyik".

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, seriallar üçün ən aşağı səviyyəli mövzular seçilib: "Ailə-məişət məsələsi, ailədə xəyanət, varlı-yoxsul arasında olan münasibətlər seriallarda əsas mövzu kimi qoyulub. Biz seriallarla bağlı məsələni artıq bir qədər səngitmişik. Gördüyünüz kimi, xeyli müddətdir ki, bununla bağlı hər hansı bir yenilik yoxdur".

MTRŞ sədri qeyd edib ki, bu səbəblərə görə də Azərbaycan ictimaiyyəti serialları qəbul etmədi: "Təbii ki, yaxşı seriallar çəkildi. Seriallara çəkilən xərclər bu sahədə müəyyən canlanma yaratdı. Müəyyən aktyor və aktrisalar işə cəlb olundu. Bu sahədə infrastrukturun qurulmasına böyük dəstək oldu. Yəni bu sahədə xeyli iş görüldü. Hətta ssenaristlərin sayı artdı. Amma təbii ki, ümumi keyfiyyət bizi qane etmir. Özəl kanalların əsas gəlir yeri reklamlardır. Biz Türkiyədə, Rusiyada çəkilən serialları Azərbaycanda çəkilən seriallardan üstün tuturuq. Amma Türkiyədə efirdə yayımlanan reklamın dəqiqəsi 40-50 min dollar, bizdə isə 1000 manat həcmindədir. Təsəvvür edin ki, onların bizdən 50 dəfə çox maliyyə gəliri var. Bu sahədə dəyişikliklər ölkəmizin iqtisadi qüdrəti artdıqca özünü göstərəcək. Biz birdən-birə bu sahədə inqilabi dəyişiklik edəcəyimizi gözləmirdik".

N. Məhərrəmli müsahibəsində məhkəməyə verilən telekanalın adını açıqlamasa da, APA-nın əldə etdiyi məlumata görə, MTRŞ-nın məhkəməyə verdiyi televiziya kanalı İTV-dir. İTV "Qarabağnamə" teleserialını yarılmçıq dayandırdığına görə bu addım atılıb.

apa\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1268   Tarix: 07 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

10.05.2024 225
.

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib. Qaynarinfo xəbər verir ki, millət vəkili Vüqar Bayramov da veteran pulunu

10.05.2024 4354
.

"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq

"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib

10.05.2024 277
.

"Bahar" serialının sezon finalı tarixi açıqlanıb

"Bahar" serialı 11 iyunda sezon finalı edəcək. xəbər verir ki, bu barədə Birsen Altuntaş türk mətbuatına bildirib. Qeyd edək ki, serialın ilk bölümü 13 fevralda yayımlanıb

10.05.2024 163
.

Putinin iki uşağının anası olaraq TANINIR! Səssizliyini belə POZDU

Rusiya prezidenti Vladimir Putinin sirr kimi saxladığı iki övladının anası olduğu deyilən Alina Kabayeva susqunluğunu pozub. xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin keçmiş sevgilisi Alina Kabayeva bu həftə Putinin andiçmə mərasimində iştirak edib və onu açıq şəkild

10.05.2024 1255
.

Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. "Qafqazinfo" həmin görüşün videosunu təqdim edir:

10.05.2024 138
.

YAP parlament seçkilərinə hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. "Report"un xəbərinə görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parlament seçkilərini

10.05.2024 236
.

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Şəki rayonun Aşağı Kəldək sakini Aybəniz Məsimova sosial müavinət ala bilmir. Onun sözlərinə görə, həyat yoldaşından geri qalan nikah müqaviləsi sosial müavinət almaqda problem yaradır. "Ünvanlı sosial yardım üçün müraciət edəndə məndən sənədləri

10.05.2024 264
.

Ermənistan və Qazaxıstan xarici işlər nazirləri Almatıda görüş keçirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər Ermənistan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoqu

10.05.2024 134