Belə çətin oyunumuz olmamışdı

Belə çətin oyunumuz olmamışdı"Hər bir futbolçudan razı qaldım. Qələbə qazansaq da, rəqibin zəif yeri yox idi. Çox güclü komandaya qarşı oynadıq. Vacib üç xal əldə etdik".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Anderlext" üzərində qələbədən (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

- İbrahim Şehiç son vaxtlar həddindən çox səhv edir. Bununla bağlı bir tədbir görmək fikriniz var?

- Bir insanın üzərinə çox getsək, o öz potensialını itirə bilər. Şehiçin sayəsində çox qələbələr qazanmışıq. Kimin səhvi olmur ki? Bu gün də Şehiç pis çıxış etmədi. Bəzi səhvlər oldu, ancaq üzərinə çox getmək lazım deyil.

- Deyəsən, bu rəqibə qarşı xüsusi hazırlaşmışdınız.

- Gördüyünüz kimi rəqib fiziki cəhətdən çox güclü idi. Ona görə də müdafiədə xüsusi taktikalardan istifadə etdik. Künc zərbələri üzərində daha çox işləmişdik.

- Sizcə, rəqib Bakıya çox arxayın gəldiyi üçün uduzdu, yoxsa "Qarabağ" onların oynamasına imkan vermədi?

- Biz ilk növbədə rəqibin qarşısını almalıyıq. İlk hissədə komandamız çox əziyyət çəkdi. Çünki topsuz daha çox oynadıq. Doxsan dəqiqə bu templə davam edə bilməzdik. Rəqib fiziki cəhətdən çox güclü idi. "Anderlext" kimi balanslaşdırılmış komanda nadir hallarda olur. Belə çətin oyunumuz olmamışdı. Hər halda biz də öz oyunumuz göstərdik.

- "Qarabağ" əvvəllər qrupa düşmək uğrunda mübarizə aparırdı. Bu uğurlu nəticələrdən sonra iştahanız artıbmı? Yəni artıq qrupdan çıxmağı hədəfləmisiniz?

- Reallığı demək lazımdır. Bu gün rəqiblərimizin hər biri bizdən üstündür. Ancaq istəklə nəsə etmək olar. Gördüyünüz kimi həyatda mümkünsüz heç nə yoxdur. Bizə bir qədər də zaman lazımdır ki, daha böyük uğurlar qazanaq.

- Son vaxtlar "Qarabağ" küncdən zərbələr zamanı qollar buraxır. Bunun qarşısını almaq üçün hansı işlər görürsünüz?

- "Mançester Siti" "Tottenhem"lə oyunda iki qolu künc zərbəsindən buraxdı. Yəni heç kim bu cür vəziyyətlərdən sığortalana bilməz. Bəli, qəbul edirəm ki, standart vəziyyətlərdə problemlərimiz var. Futbolçularımızın potensialı bu qədərdir. Ancaq bunun qarşısını almağa çalışırıq. Mümkün qədər künc zərbəsi yaratmamağa çalışırıq.

qol.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1137   Tarix: 02 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 436
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 254
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 889
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 742
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 463
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 223
.

Ten Haq "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib

Niderlandlı baş məşqçi Erik Ten Haq İngiltərə təmsilçisi "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib. "Report" xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında belə xəbərlərə əhəmiyyət vermədiyini vurğulayıb. "Hazırda bu barədə düşünmürəm

30.03.2024 330
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 382
.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 281