"Azərbaycanlılar həccə alver üçün gedir"

"Azərbaycanlılar həccə alver üçün gedir"Mən bundan əvvəl də demişəm ki, ən bahalı Həcc ziyarətini məhz Azərbaycan təşkil edir.

Qiymətlərin ən bahalısı məhz burdadı. Halbuki qiymətləri əlçatan etməyin bir çox üsulları var, necə ki, bunu digər müsəlman ölkələri, qonşu Türkiyə, İran edir. Bizdə isə tamam başqadır.

Vətəndaşların illik gəlirləri azaldığı bir vaxtda, qiymətlər durmadan artır. Heç bir güzəşt, sərfəli şərtlər də yoxdur. Belədə kvotanın dolmaması əlbəttə, təbiidir.

BiG.AZ xəbər verir ki, bunu "Şərq" qəzetinə müsahibəsində ilahiyyatçı Elşad Miri Azərbaycandan bu il Həcc ziyarəti üçün ayrılan kvotanın dolmaması barədə məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, dəqiq olan budur ki, Azərbaycandan Həcc ziyarətinə gedənlərin əksəriyyəti artıq dəfələrlə Həcdə olmuş şəxslərdir.

"Bunların bir qismi Həcc mövsümünə sırf ticari məqsədlərlə yanaşan adamlardır, hər il Həcc mövsümündə onlar Səudiyyə Ərəbistanına səfər edir, gəlir əldə etmək məqsədilə ticarətlə məşğul olur, ölkəyə bəlli mallar gətirirlər. Bir qisim isə maddi cəhətdən imkanlı adamlardır. Onlar üçün 4700 dollar nədir, 5000-6000 dollar ödəyib ziyarətə getməyin heç bir sıxıntısı yoxdur.

Bu insanlar arasında səmimiləri də olur. Onlar həqiqətən də müqəddəs ayda, müqəddəs günlərdə Məkkədə, Mədinədə olub dünya müsəlmanları ilə birlikdə ayinləri yerinə yetirmək istəyirlər və maddi imkanları buna yetdiyindən arzularının önünə sədd çəkmirlər", - deyə, E. Miri bildirib.

İlahiyyatçı bildirib ki, Həcc ziyarətini arzulayıb gedə bilməyənlər kasıb təbəqənin nümayəndələridir.

"Amma Allah-təala "Qurani-Kərim"də yalnız imkanı çatan müsəlmanın Həcc ziyarətini yerinə yetirməsini vacib buyurur. Yəni, maddi imkanı çatmayan bir müsəlmanın özünü və ya ailəsini maddi sıxıntıya salaraq Həcc ziyarətinə getməsi məqbul deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1719   Tarix: 05 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789