Toydan qayıdan ailə yasa düşdü

Toydan qayıdan ailə yasa düşdüAzərbaycanda toydan qayıdan ailə yasa düşdü.

Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində 5 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin verdiyi məlumata görə, hadisə bu gecə saat 04 radələrində qeydə alınıb.

Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Əliyev Əli Xanlar oğlu idarə etdiyi "Opel Astra" markalı, 90- XJ- 976 dövlət nömrə nişanlı avtomobillə Quba istiqamətinə hərəkət edərkən texniki nasazlıq səbəbindən yolun kənarında dayanan "Mercedes" markalı, 90-TE-701 dövlət nömrə nişanlı yük avtomobilinin qoşqu hissəsinə çırpılıb.

Qəza nəticəsində "Opel"də 6 nəfər olub. Onlardan 5-i hadisə yerində dünyasını dəyişib. Ölən şəxslər aşağıdakılardır.

Əli Xanlar oğlu Əliyev - 1994-cü il təvəllüdlü
Məhəmməd Xanlar oğlu Əliyev - 1996-cı il təvəllüdlü
Tural Məhəbbət oğlu Rzayev - 1993- cü il təvəllüdlü
Xanlar Əziz oğlu Əliyev - 1970- ci il
Sabir Aslan oğlu Əliyev - 1977- ci il

Maşında olan sərnişinlərdən biri, 2004 - cü il təvəllüdlü Rəvan Sabir oğlu Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün sükan arxasında yatması olub.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Sumqayıt Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, minik maşınında olanlar toydan çıxaraq evlərinə qayıdırlarmış.

Xatırladaq ki, bu son iki gün ərzində baş verən ikinci ağır yol nəqliyyat hadisəsidir. Belə dünən Samux rayonu ərazisinə baş verən qəzada da 5 nəfər həyatını itirib, 6 nəfər xəstəxanaya yerləşdirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4523   Tarix: 01 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 486
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 158