Burun qanaması zamanı nə etməli?

Burun qanaması zamanı nə etməli?Əsasən isti və quru havalarda sıx yaşanan burun qanaması, bəzən həyatı təhdid edən ciddi nəticələrə yol aça bilər. Orta hesablamalara görə, hər 2 insandan birinin burnu qanayır. Çox zaman səbəbsiz başlayan və müdaxilə edilmədən qısa müddətdə öz-özünə dayanan burun qanamaları təkrarlanan şəkildə yaşanır. Ən sıx 2-10 yaş arası uşaqlarda, 50-80 arası yetkin insanlarda görülür. Burun qanamaları burnun ön və arxa qismindən qaynaqlanan qanamalar olmaqla iki qrupa ayrılır.

Burnun girişində yaranan damar şəbəkəsi qanamaların ən sıx görülən səbəblərini yaradır. Ön qismdə baş verən bu qanama damarlarda dayanmadan axan qanamadır. Burnun arxa qismində olan qanamalar isə çox nadir hallarda görülür. Ancaq arteriya qaynaqlı olduğu üçün daha təhlükəlidir.

Sinusit və yüksək təzyiq xəstələri də risk altındadır

Burun qanaması əsasən daxili və ətraf səbəblərə bağlı olaraq ortaya çıxır. İsti və quru hava burun qanamasının əsas səbəblərindəndir. Yetkinlərdə travma, buruna düşən yad cisimlər qanamaya səbəb olur. Uşaqlarda yuxarı tənəffüs yolu infeksiyaları qanamalara səbəb olur.
Bundan başqa allergik rinit, xroniki sinusit, yüksək təzyiq, qanama pozğunluğu olan xəstələrdə qanama riski bir az daha çoxdur.

Qanama zamanı bunları edin:

Burnu qanayan adamın başını önə əydikdən sonra burnun ön qisminə baş, ya işarət barmağı ilə təxminən 5-10 dəqiqə təzyiq edin (basın). Bundan sonra burundan qan axıdan damarın dartılması üçün buzu bir parçaya sarıyaraq burnun uc qisminə qoyun.

Qanama kəsilənə qədər daha dərin və yavaş nəfəs almaq lazımdır. Qanamanı əngəlləyən spreylərdən istifadə edə bilərsiz.

Tez-tez burnunuz qanayırsa, bayıra çıxmadan əvvəl nəmləndirici spreylər istifadə edin.

Günəşə çıxarkən papaq taxın.

İsti havalarda başınızı tez-tez isladın.

Burnunuzu möhkəm çəkməyin və möhkəm asqırmayın.

Burnun içini barmaqla az təmizləyin.

Asqırarkən ağzınızı açıq saxlayın.

İsti və ədviyyatlı yeməklərdən uzaq durun.

Çox isti duş qəbul etməyin.

Aspirin və oxşar ağrıkəsicilərdən az istifadə edin.

Bütün bunlara rəğmən qanama davam edərsə, tampon edin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2913   Tarix: 28 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189