"PKK səhv etdi"

"PKK səhv etdi"Biz Türkiyənin siyasətini müəyyən etmirik və PKK-ya görə də məsuliyyət daşımırıq.

BiG.AZ xəbər verir ki, bu sözlər İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzaninin yazılı bəyanatında yer alıb. O, PKK-nın son günlərdə Türkiyədə törətdiyi terror hücumlarına münasibət bildirib: "Türkiyədə kürd probleminin həllində AKP çox önəmli işlər gördü. AKP iqtidarından əvvəl Türkiyədə kürd və Kürdistan adı qadağan idi. Uzun müzakirələrdən sonra AKP-nin və cənab Rəcəb Tayyib Ərdoğanın Türkiyədə kürdlərlə bağlı əvvəlki partiyalardan fərqli düşüncəyə sahib olduqlarını gördük. Həmçinin Abdullah Öcalanın da sülh danışıqlarında tərəflərdən biri olmasına nail olduq. Bu, böyük irəliləyiş idi. Çünki AKP-dən əvvəlki hökumətlərin Öcalanla necə davrandıqlarının şahidi olmuşduq. Sülh prosesinin ilk mərhələsi uğurla davam etdi. Lakin təəssüf ki, sonrakı mərhələlərdə bir çox maneə ortaya çıxdı. Biz bu gün yenə sülh prosesinin başlaması üçün çağırış edirik. Kürdlərin hüquqlarının və təhlükəsizliklərinin qorunması ən böyük istəyimizdir. Biz Türkiyənin siyasətini müəyyən etmirik və PKK-ya görə də məsuliyyət daşımırıq. Biz yalnız dialoq üçün kömək edə bilərik. Bu sözlərimi tarixə düşməsi üçün deyirəm; Türkiyə hökuməti sülh üçün müsbət addımlar atdı, lakin bəzi tərəflər bu imkandan istifadə edə bilmədi. Mən PKK-ya səbirli olması üçün dəfələrlə məktub göndərdim. Çünki sülh uzun bir prosesdir. PKK liderləri ilə də görüşdüm. Onlara iki polisin öldürülməsi ilə Türkiyənin yox olmayacağını dedim. Bu gün ən böyük imkan yaranıb. Sülh və dialoq ilə yola davam edin. Çünki bununla əldə edəcəyiniz qazanca silahla nail olmayacaqsınız".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1667   Tarix: 27 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 472
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 1631
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 673
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 838
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 82
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 964
.

Bakıda körpə pəncərədən düşərək ölüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. BİG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb. Faktla bağlı araşdırma aparılı

14:10 286
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 489
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 410