Gizirimiz: Ali Baş Komandanın əmri kifayətdir - FOTO

"Bir həftə ərzində orada daş daş üstə qalmaz".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının materialları Silahlı Qüvvələrin cəbhə bölgələrindəki hərbi hissələrində də dərindən öyrənilir və geniş təbliğ olunur.

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə başçısının qətiyyətli və dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının böyük marağına səbəb olan tarixi nitqi düşmənlə təmas xəttində vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanan əsgər və zabitlərimizin döyüş ruhunun daha da yüksəlməsinə səbəb olub. Həmin nitqdən sitatlar artıq plakat şəklində bölmələrin dayaq məntəqələrində, səngərlərdə döyüşçülərin başının üstündən asılıb. Ali Baş Komandanın xüsusilə ordu quruculuğunun inkişafı, qazanılan uğurlar, yeni-yeni hərbi şəhərciklərin, bazaların tikilib istifadəyə verilməsi, təmiri, zabitlər üçün gözəl şəraitin yaradılması, silah-sursat, maddi-texniki təminatın daim diqqət mərkəzində saxlanılmasını yenə də önə çəkməsi, ən müasir silah, texnikalar alınması və bu gün Azərbaycan ordusunun dünya miqyasında güclü ordular sırasında olmasını böyük iftixar hissi ilə deməsi düşmənlə üz-üzə dayanan döyüşçülərimizin qələbəyə inamını daha da artırır.

Gərgin döyüş hazırlığı məşğələlərindən sonra toplaşan artilleriyaçılar Azərbaycan Prezidentinin nitqindən irəli gələn vəzifələrin yeni qüvvə, yeni həvəslə icrasına başlayıblar.
Tədbiri şəxsi heyətlə iş üzrə komandir müavini mayor Namiq Cavadov açaraq Prezident nitqinin xalqımızın və dövlətimizin həm siyasi, həm iqtisadi, həm də hərbi həyatında yeni bir mərhələnin başlanğıcından xəbər verdiyini bildirib.

Sürücü-mexanik, kiçik çavuş Fərman Fərmanzadə möhtərəm Prezidentimizin Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bir irəliləyiş olmadığı, məsələnin uzandıqca Ermənistanın daha çox tənəzzülə uğrayacağı barədə fikrini təsdiq edərək deyib ki, bizim ordumuz daha 90-cı illərin əvvəllərindəki pərakəndə ordu deyil. Bu ordu artıq bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe mütəşəkkil ordudur. Məzlum erməni xalqını uçuruma aparan Ermənistanın kriminal siyasi və hərbi rəhbərliyi nə qədər gec deyil, öz çirkin və məkrli niyyətlərindən əl çəkməlidir. Əks təqdirdə möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bir həftə ərzində orada daş daş üstə qalmaz.

Biləsuvar rayonundan olan top komandiri, gizir Cəlil Əliyev fəxrlə bildirib ki, onun doğulduğu rayon vaxtilə kənd təsərrüfatı məhsullarının istehsalına görə sosializm yarışlarının qalibi olaraq respublikada məşhurlaşıb. İndi isə Biləsuvar rayonu Mübariz, Pərvin və digər qəhrəmanlarına görə tanınır. Gizir onu da vurğulayıb ki, əmisi oğlu Qarabağ döyüşlərində şəhid olarkən o uşaq imiş. Bu gün isə əmisi oğlu yaşındadır. İndi Cəlil Əliyev və bütün silahdaşları şəhidlərin intiqamını almağa tam hazırdırlar. Ali Baş Komandanın əmri kifayətdir ki, düşmənlərin layiqli dərsini versin və orada daşı daş üstə qoymasınlar.

Cəbhə bölgəsində təcrübə keçən kursantlar adından çıxış edən kursant Qismət Muradov isə bildirib ki, artıq onlar xüsusi təyinatlı təhsil müəssisələrimizin flaqmanı olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində lazımi biliklərə yiyələnmiş və burada da öz təcrübi biliklərini daha da artırmışlar. Cəbhə bölgəsindəki əsgər və zabitlərlə birlikdə onlar da Qarabağa zəfər yürüşünə müsəlləh əsgər kimi tam hazırdırlar.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidenti və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ordumuza daim diqqət və qayğı göstərildiyini, ordu quruculuğuna xüsusi önəm verildiyini bir daha tədbir iştirakçılarının nəzərinə çatdıraraq böyük əminliklə bildirib ki, Silahlı Qüvvələrimizin cəbhə bölgələrindəki hərbi hissələrinin də şəxsi heyəti döyüş əhval-ruhiyyəsi ilə yaşayır, onların vətənpərvərlik ruhu çox yüksəkdir və həqiqətən də onlar bir həftə ərzində Ermənistanda daşı daş üstə qoymamağa tam hazır və qadirdirlər.

oxu.az

Gizirimiz: Ali Baş Komandanın əmri kifayətdir - FOTOGizirimiz: Ali Baş Komandanın əmri kifayətdir - FOTOGizirimiz: Ali Baş Komandanın əmri kifayətdir - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3017   Tarix: 19 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

26.04.2024 154
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 325
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 348
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

26.04.2024 135
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26.04.2024 301
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

26.04.2024 588
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26.04.2024 267
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26.04.2024 178