"Tullantıdan Sənətə" sərgisi keçirildi

"Tullantıdan Sənətə" sərgisi keçirildiBakıda tullantılardan hazırlanmış sənət əsərlərinin muzeyi açılıb.

Lazımsız əşyalardan, məişət tullantılarından istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim olunduğu IV Beynəlxalq "Tullantıdan Sənətə" sərgisi keçirilir. "Təmiz şəhər"dən ASC-dən verilən məlumata görə, Qala qəsəbəsində keçirilən sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin əl işləri nümayiş edilir.

Burada istifadə olunmuş avtomobil təkərləri flaminqo quşlarına çevrilib. Kompyuter klaviaturaları dünyanın elektronlaşmasını göstərən bir qlobusa dönüb. Qəzetlər nara, elektron çiplər balığa çevrilib. Yəni, əşya kimi belə yararsız hesab edilərək atılmış tullantı materialları sənətkarların əllərində "canlanıb".

"Tullantıdan Sənətə" sərgisi Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "Q Gallery" incəsənət qalereyasının dəstəyi ilə təşkil olunur.

Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Bu gün Bakıda tullantılar təkrar istehsal üçün xammal kimi istifadə olunur, həmçinin tərkibindəki enerji bərpa olunaraq elektrik əldə edilr. "Tullantıdan Sənətə" sərgisi isə tullantı materiallarından hətta üçüncü məqsədlə – incəsənətdə istifadə etməyin mümkünlüyünü göstərərək onun dəyərini bir daha xatırlatmış olur. Tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkün olduğunu sərgi əyani formada sübut edir.

Ziyarətçilərin reaksiyasından, fikrlərindən, sayının çoxluğundan sərginin məqsədinə nail olduğu görünür. İnsanlar hazırlanmış eksponatlara baxaraq şəxsi əşyalarından maksimum qənaətlə istifadə edəcəklərini deyirlər. Bəzi ziyarətçilər isə ilhamlanaraq özlərinin bəzi lazımsız əşyalardan sənət əsərləri hazırlayacaqlarını bildirirlər. Hətta gələn il keçiriləcək "Tullantıdan Sənətə" sərgisi üçün əl işlərini təqdim etmək istəyənlər də var.

Hər il ənənəvi formada təşkil olunan sərginin dördüncü ilində həm də Qala qəsəbəsində "Tullantıdan Sənətə" muzeyi istifadəyə verilib. Əvvəlki sərgilər zamanı bir neçə gün müddətində nümayiş olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək. Yəni, artıq ziyarətçilər ötən 3 ildə keçirilən "Tullantıdan Sənətə" sərgilərində hazırlanmış əsərləri də bu muzeydə görə bilər.

"Tullantıdan Sənətə" sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC-nin Qala qəsəbəsində icra etdiyi "Təmiz Qala" adlı pilot layihə çərçivəsində təşkil olunub. Həmin layihə ilə qəsəbədə tullantıların idarə olunması alternativ üsulla həyata keçirilir.

A24.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1447   Tarix: 17 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875