Məhşur türk müğənnisi Faruk K Azərbaycanın bayraq jestinə cavab verdi [Video]

Məhşur türk müğənnisi Faruk K Azərbaycanın bayraq jestinə cavab verdi [Video]"Eurovision 2011″ mahnı müsabiqəsinin qalibi olan Azərbaycan təmsilçisi Nigar Camalın səhnəyə Türkiyə bayrağı ilə çıxmasına qardaş ölkədən cavab gəlib. Belə ki, ötən gün "Kral TV" musiqi mükafatalarının təqdimetmə mərasiminə qatılan türk müğənnilərdən biri tədbirə Nigar Camalın jestinə cavab olaraq Azərbaycan bayrağı ilə gəlib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Faruk K-nin əlində tutduğu bayrağın bir üzündə Azərbaycan, digər üzündə isə Türkiyə bayrağının əksi olub. Sənətçi müsabiqənin final günü Azərbaycan təmsilçilərinin səsvermə başlayandan qalibiyyət elan edilənə kimi əllərində türk bayrağı tutmasının qürurverici hadisə olduğunu deyib.

"Onlar bizi bununla şərəfləndirdilər. Mən də bu gecəyə özəl olaraq Azərbaycan və Türkiyə bayraqlarını birləşdirərək onlara təşəkkür etmək istədim", deyə müğənni bildirib.

Source: sevinc karan


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 6843   Tarix: 18 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740