Mikayıl Cabbarov Son zəngdə - FOTOLAR

Mayın 29-da Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayon təhsil ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər.

Qonaqlar əvvəlcə məktəbin yaxınlığında, Sabirabad şəhərinin mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

"Son zəng" tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün söz təhsil naziri Mikayıl Cabbarova verilib. Nazir ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşün formalaşdırılması olduğunu bildirib.

Azərbaycanda təhsilin inkişafı istiqamətində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan Mikayıl Cabbarov bu baxımdan həyata keçirilən işlər barədə danışıb.

Nazir məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq, ölkəmizin gələcək inkişafı naminə həyata keçirilən bütün tədbirlərdə fəal şəkildə təmsil olunacaqlarına əminliyini ifadə edib.

Bu məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ötən ilin dekabrında avtomobil qəzası nəticəsində Kür çayına düşmüş III sinif şagirdini xilas etmək naminə öz həyatını qurban verdiyini xatırladan Mikayıl Cabbarov onun qəhrəmanlığının hər kəsə nümunə olduğunu qeyd edib.

Çıxışının sonunda "Son zəng" münasibətilə məzunları təbrik edən nazir onlara gələcək təhsillərində və həyatda uğurlar arzulayıb.

Qeyd edək ki, Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəb ümummilli lider Heydər Əliyevin təşəbbüsi ilə 1979-cu ildə inşa olunaraq istifadəyə verilib. Təhsil müəssisələrinin hər birinə diqqətlə yanaşan ümumilli lider 1999-cu ildə məktəbin 20 illiyi ilə bağlı kollektivə təbrik məktubu göndərib.

Məktəbdə hazırda 1271 şagird təhsil alır. 2013-2014-cü tədris ilində 37 nəfər məzun ali məktəblərə qəbul olunub. Müasir tədris inventarları və avadanlıqları ilə təchiz olunmuş məktəb kurikulum hazırlıqları üzrə resurs mərkəzidir.

Məktəbin iki məzunu Azərbaycan Respublukası Prezidentinin təqaüdünə layiq görülüb. 2015-ci ilin aprel ayında keçirilən Respublika Fənn Olimpiadasında məktəbin bir şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadanın gümüş mükafatçısı olub. Məktəbin bir məzununun adı isə Azərbaycanın gənc istedadlarının "Qizil kitab"ına yazılıb və o, ölkə Prezidentinin xüsusi aylıq təqaüdinə layiq görülüb.

Sonra təhsil naziri Mikayıl Cabbarov rayonun Cavad kəndində mərhum müəllim Əhliman Hüseynovun ailəsi və qohumları ilə görüşüb, onlara başsağlığı verib.

azvision.az

Mikayıl Cabbarov Son zəngdə - FOTOLARMikayıl Cabbarov Son zəngdə - FOTOLARMikayıl Cabbarov Son zəngdə - FOTOLARMikayıl Cabbarov Son zəngdə - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2662   Tarix: 29 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997