Gülüş üstündə qətl: Arvadımla savaşdım, qonşu işə qarışdı

Gülüş üstündə qətl: Arvadımla savaşdım, qonşu işə qarışdıBakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Eynalov Samir Həsrət oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edir.

İstintaqla müəyyən edilib ki, Samir Eynalov 31 avqust, 2014-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, P.Allahverdiyev küçəsində yaşayan Nizami Nuriyevi qətlə yetirib.

Qətl hadisəsinin baş verməsinə səbəb isə mərhumun Samiri görərkən gülməsi olub. Aralarında əvvəllər də ədavət olduğundan Samir Eynalov ondan qisas almaq qərarına gəlib. O, köhnə qonşusu N.Nuriyevə bıçaqla zərbələr endirib. Ağır dərəcəli bədən xəsarəti alan yaralı dünyasını dəyişib.

Törətdiyi cinayət əməlinə görə S.Eynalov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Samir Eynalov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində mərhumla 2013-cü ildən bəri ədavətlərinin olduğunu göstərib: "Uzun müddətdir ki, "Sədərək" ticarət mərkəzində yük daşımaqla məşğul oluram. Ailəmlə birgə 3 il Sulutəpə qəsəbəsində kirayədə yaşamışam. Kirayə qaldığımız ev Nizami Nuriyevin bacanağı Eldənizə məxsus olub. Nizaminin evi ilə Eldənizin evinin arasında cəmi bir hasar vardı.

Nizami ilə əvvəllər münasibətim normal olsa da, sonradan pisləşmişdi. Münasibətimizin pozulmasına isə ailə daxilində yaranmış problemə Nizaminin müdaxilə etməsi səbəb olmuşdu. Belə ki, mən sərxoş vəziyyətdə həyat yoldaşım Ülviyyə ilə mübahisə edərkən Nizami qəflətən içəri girmişdi və səs-küy salmağıma görə iradını bildirmişdi. Elə buna görə də mübahisəmiz düşmüş, Nizami məni döymüşdü, üz-gözümü qaraltmışdı. Amma o vaxt nə həkimə, nə də polisə müraciət etmişdim".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisənin səhərisi Nizami onlara gəlib və mənzili boşaltmaqlarını tələb edib: "Qapıda dayanıb söyüş söyür, "bu evdən bu dəqiqə çıxmalısınız" deyə qışqırırdı. Nizamini başa saldım ki, əvvəla, bura sənin evin deyil, ikincisi də imkan ver, qoy sağalım, ev tapıb köçəcəm.

Bu hadisədən üç gün sonra qəsəbədə başqa mənzil tapıb ora köçdüm. Düz bir il Nizamini görmədim. Mən ailəmlə birgə o evdən çıxsam da, qaynım Elnur və qayınanam həmin həyətdə qalırdılar. Hadisə baş verən gün Elnur əşyalarını çıxarmaqda ona kömək eləmək üçün məni çağırmışdı.

Yaxınlıqdakı kafelərin birində yemək yeyib spirtli içki içdim. Nizami ilə yenidən qarşılaşa bilmək təhlükəsi olduğuna görə özümlə bıçaq götürdüm. Qaynımgilə gələndə arvadım dedi ki, Aytəkin (Nizaminin həyat yoldaşı-red.) ona "siz nə abırsız adamlarsınız, sizi döyüb buradan qovmuşuq, yenidən gəlmisiniz" deyib. Ona Nizami ilə özüm söhbət edəcəyimi bildirdim".

Təqsirləndirilən şəxs S.Eynalov Nizaminin kinayəli şəkildə ona baxıb güldüyünü görsə də, əvvəlcə heç nə deməyib: "Nizaminin küçədə olmadığını görüb marketə getdim. Amma geri qayıdanda qəflətən üz-üzə gəldik. Ona "gəl söhbət edək" dedikdə söyüş söydü, yerdən daş götürüb məni vurdu. Mən də bıçağı çıxarıb Nizamini vurdum. Neçə zərbə vurmağımı xatırlamıram. Onu vurandan sonra taksiyə oturub birbaşa Binəqədi Rayon Polis İdarəsi 40-cı polis bölməsinə getdim".

Zərərçəkmiş şəxs qismində dindirilən Aytəkin Nuriyeva Nizami Nuriyevlə 2006-cı ildə ailə həyatı qurduqlarını, həyat yoldaşının tikintilərdə çilingər işlədiyini göstərib: "Ailə qurandan sonra bir müddət Sulutəpədə yaşayan bacımın evində kirayədə qaldıq. Sonra Nizami bir sot torpaq aldı, torpaq sahəsinə bir vaqon qoyub orada yaşamağa başladıq. Birgə nikahdan iki qız övladımız var.

Samirgil 2011-ci ildən bacımın evində kirayə qalırdılar. Samir çox vaxt içkili olurdu, arvadı Ülviyyəni mütəmadi olaraq döyürdü. Ülviyyənin anası və qardaşı da orada kirayədə qalırdı.

Əvvəllər Samirgillə münasibətlərimiz yaxşı idi, bir-birimizin evinə gedib-gəlirdik. Hadisədən bir il əvvəl Samir yenə sərxoş halda arvadını döyən zaman Ülviyyə onun əlindən qaçıb anasıgilə köçmüşdü. Həmin vaxt Samir arvadı ilə birgə qaynanasını da döymüşdü. Onların evində hər gün dava olduğundan ailə işlərinə heç vaxt qarışmırdıq. Amma həmin gün Ülviyyənin anası Rəhimə gəlib Nizamini köməyə çağırdı. Samiri birtəhər sakitləşdirdilər. Bacıma zəng vurub xahiş etdim ki, Samirgilə evdən çıxarsınlar. Bu hadisədən sonra Samir ailəsini də götürüb başqa yerə köçdü.

Hadisə baş verən gün Ulviyyənin anası ilə qardaşı evdən köçüb getməyə hazırlaşırdılar. Nizami ilə oturub həyətdə çay içirdik. Kimsə Nizamiyə zəng vurdu, işlə bağlı söhbət etdilər, sonra Nizami harasa getdi. Bir qədər sonra bacım Tamella bizə gəlib Nizaminin bıçaqlandığını dedi. Küçəyə çıxanda həyat yoldaşımın yolun ortasında yıxılıb qaldığını gördüm".

Məhkəmə prosesi davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1620   Tarix: 24 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

15:37 490
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. BİG.AZ report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

12:12 310
.

Qəzzada 34844 fələstinli qətlə yetirilib

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 34844-ə çatıb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 215 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. Açıqlamada İsrai

20:45 0
.

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbayca

14:17 251
.

Oteldə zəhərlənən 4 dost barədə ilginc faktlar - Prezident ona ev vermişdi… - FOTO

Bakıda "My Music" hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb. xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib

11:59 878
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 524
.

Tamstore marketlər şəbəkəsi "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib

Hər zaman endirim kampaniyaları ilə gündəm yaradan Tamstore Marketlər Şəbəkəsi bu dəfə "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib. Marketlər şəbəkəsinin bütün filiallarında 8-14 may tarixi aralığında 500 dən çox məhsulda 70 faizə qədər endirim müştərilərini gözləyir. Endirimlə

13:00 330
.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

17:30 269
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

16:24 395