Yanan binanın saxta qəhrəmanı - VİDEO

Yanan binanın saxta qəhrəmanı - VİDEOBaş verən hadisələrin fonunda nə yazıq ki, faciədən istifadə edənlər də oldu. Elə medianın qəhrəman etdiyi Kamran Babayev kimi. Yanğından sonra sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində onun iki körpəni xilas etməsi xəbəri yayıldı. Əlbəttə ki, bunu özü iddia edirdi, amma bu gün Fövqəladə Hallar Nazirliyinin açıqlaması hamını şoka saldı. Sən demə bu dırnaqarası qəhrəman fırıldaqçı imiş və heç bir xilasetmə əməlindən söhbət belə gedə bilməz.

Ağsu rayon sakini 21 yaşlı Kamran Babayevdən müsahibə alarkən o, dediyi fikirlərə məni də inandıra bilmişdi. Qarşımda dayanan çəlimsiz bir insanın öz dili ilə nəql etdiyi qəhrəmanlıqları dinlədikcə ona rəğbətim daha da artırdı. Kamrandan müsahibə zamanı dediyi bir məqam isə məndə onun yalan danışa biləcəyi düşüncəsi yaratdı. Kamran iki nəfəri canlı xilas edəndən, iki nəfərin isə meyitini odun-alovun caynağından qurtarandan sonra özü Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə yanan binadan çıxarıldığını iddia edirdi.

"Yanan binanı otaqların birindən başımı çölə çıxardım. Çünki nəfəsim çatmırdı. Huşumu itirirdim. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları helikopterlə gəlib məni götürdülür", - deyə Kamran Babayev bildirib.

Hündürmərtəbəli binanın yanması, xilasetmə işləri sona qədər izləyən biri kimi deyə bilərəm ki, hadisə vaxtı helikopterlər vasitəsilə binadan heç kim çıxarılmayıb. Amma Kamranla həmsöhbət zamanı bu məqamı onun üzünə vurmadım.

Bu gün Kamranın dediyi bu qəhrəmanlıqlarından xəbər tutan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu nazirliyə dəvət edəndən sonra başqa mənzərinin şahidi olublar.

Kamran nazirliyin yüksək vəzifəli şəxsləri ilə söhbət zamanı yalan danışdığını və hadisə vaxtı yanan binanı yalnız uzaqdan seyr etdiyini etiraf edib. Nazirliyə dəvət edilən Kamran Babayevin atası isə oğlunun uşaqlıqdan səhhəti ilə bağlı problemlərinin olduğunu bildirib.

"Kamranın dedikləri həqiqət deyil. Səhhəti ilə bağlı onun problemləri var. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan araşdırmalar zamanı bəlli olub ki, Kamranın söylədikləri real deyil. Mən bir ata kimi, onun dediklərinin yalan olduğunu bilmirdim. Çünki rayonda oluram, burada yaşamıram. Kamran özü isə qaçıb gedib, ondan hələ də xəbər yoxdu", - deyə Kamranın atası Uğur Babayev bildirib.

Hər halda Kamran Babayev fikrində uydurduğu qəhrəmanlıq səhnələri vasitəsilə iki günlük də olsa, sosial şəbəkə, telekanal və xəbər portallarının diqqətini özünə cəlb edə bildi.

Kamran Babayevin timsalında dillər əzbəri olan atalar sözü yenidən öz təsdiqini tapdı: "Yalan ayaq tutar, amma yeriməz"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9786   Tarix: 23 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831