Neymar Ronaldo, Ronaldinyo və Rivaldodan geri qalmır

Neymar Ronaldo, Ronaldinyo və Rivaldodan geri qalmırBarcelona" İspaniya La Liqasında son matçını yüksək dəstədə qalmaq uğrunda mübarizə aparan "Deportivo"ya qarşı keçirəcək. Bu oyun Xavinin "Camp Nou"da son dəfə meydana çıxması ilə də əlamətdar olacaq.

Katalonların baş məşqçisi Luis Enrike qarşılaşmadan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Primeroda çempionluğu təmin etdiyiniz bir vaxtda "Deportivo" ilə matça necə yanaşırsız?
- Çempionluğu qeyd edəcəyik. Amma ilk öncə oyun var. Qarşıda 2 final bizi gözləyir. Bu səbəbdən yaxşı oyun göstərmək istöəyirik. Şübhə etmirəm ki, komandam da bu fikirdədir.
- Bu mövsüm Xavisiz fərqli oldumu?

- Əlbəttə. O. qərarını verib. Təəssüf ki, müəyyən yaşa çatandan sonra bir çox futbolçular bununla üzləşməli olur. Amma Xavi hələ "Camp Nou" ilə vidalaşmalı və daha 2 kuboku başı üzərinə qaldırmalıdır.

- Ona çox oynamaq şansı vermədiyiniz üçün təəssüflənirsiz?
- Xeyr. Seçimlərimi komanda üçün etmişdim. Amma yaş öz sözünü deyi. Bu, peşəkar idmandır. O, hələ də "Barcelona"da oynaya bilər. Əgər Xavinin 25 yaşı olsaydı, onunla 25 illik müqavilə imzalayardıq. Onun komandaya çox köməyi dəyib.
- Xavinin əsas kapitan kimi ilk mövsümünün ən yaxşı aspekti nədir?
- Onun birinci, üçüncü və ya dördüncü kapian olmasının fərqi yoxdur. Kapitan olmayan, amma üzərində böyük yük daşıyan futbolçular var. Xavi uzun illər kapitanlıq edib.
- Finallar arasındakı vaxt periodu çətin olacaqmı?
- Bunu dəyişmək qeyri-mümkündür. Ən yaxşı vaxtlarda final matçlarına çıxacağıq. Motivasiyamız yerindədir. Məqsədə çatmağa yaxınıq.
- Vermalenə və Xaviyə start heyətində şans vermək üçün yaxşı məqamdır...
- Bəli, Vermalen meydana çıxacaq. Xavi də start heyətində oyuna başlayacaq.
- Sizcə, Neymar Ronaldo, Ronaldinyo və Rivaldonun səviyyəsinə çatıbmı?
- Bilmirəm. Onların hər biri özünəməxsus futbolçulardır. Hansının digərindən üstün olduğunu söyləyə bilmərəm. Amma Neymar onlardan geri qalmır.
- Komandadakı birlik çempionluqda mühüm rol oynadı?
- Hansı birlik? Biz başlanğıcdan bir nöqtəyə vururduq.
- Finalda azarkeşlərin rolu nə dərəcədədir və "Juventus" fanatlarının dəstəyini xatırlayırsınız?
- Finalda ab-hava hər zaman fərqli olur. "Juve" fanatları digər italyan azarkeşləri kimidir. Çılğın və səs-küylü. Amma "Barca" fanatları da finallarda güclü dəstəyi ilə tanınır.
- Xaviyə hər hansı məsləhət vermisiniz?

- Bəli. O, artıq futbolun acı həqiqətini öyrənəcək. Xavini qarşıda böyük sınaq gözləyir. Bu, məntiqli qərar idi və "Barcelona"nın qqapısı hər zaman onun üzünə açıqdır. Xavi "Barcelona"nın tarixində çox vacib şəxs olacaq.

qol.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1064   Tarix: 23 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378