Tanınmışlar Mətanət haqda: Onu efirdən uzaqlaşdırmaq lazımdır

Tanınmışlar Mətanət haqda: Onu efirdən uzaqlaşdırmaq lazımdır"Özünü idarə edə bilmirsə, getsin başqa işlə məşğul olsun".

Teleaparıcı Mətanət Əliverdiyevanın səsləndirdiyi "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və teleaparıcı tənqid hədəfinə çevrilib.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, teleaparıcının fikirlərinə həmkarları və sənət adamları sosial şəbəkədə münasibət bildirib:

Teleaparıcı Elçin Əlibəyli:

"Baş verən hadisə böyük faciədir. Burada ən böyük məsuliyyət jurnalistlərin üzərinə düşür. Vaxtında araşdırma aparıb, nələri isə deməliydik. Şəxsən mən özümü günahkar sayıram. O sakinlərin önünə çıxıb nə deyə bilərəm? Neçə gündür gördüklərimə inanmaq istəmirəm, amma çox acı gerçəkdir. Mətanətin nə ağlına, nə istedadına şübhəm yoxdur, çox güman edirəm ki, o sarsıntıdan belə danışıb, canlı efirin təzyiqini nəzərə alaq. Biz canlı efirdə olsaydıq, necə fikrimizi ifadə edərdik? Bu sualı özümüzə verək".

Telejurnalist Afaq Vasifqizi:

"Mətanəti efirdən uzaqlaşdırmaq lazımdır. Hər səhvin bir cəzası olsun gərək. Özünü idarə edə bilmirsə, getsin başqa işlə məşğul olsun. Biz ANS-də onunla bir yerdə işləmişik. Normal da münasibətimiz var. Sadəcə bu elədiyi adi səhv deyil ki, bağışlansın. ATV rəhbərliyi reaksiya verməsə, MTRŞ danışmalıdır. İctimai qınaq havada qala bilməz".

Jurnalist İlhamiyyə Rza:

"Dünən ATV-də məlum aparıcının dediklərinə bir televizyonçu və bir vətəndaş olaraq münasibət bildirmək istərdim. Bir dəfə də bu barədə yazmışdım ki, vaxt vardı şəxsiyyətə pərəstiş edilirdi, indi də şəxsiyyətsizliyə pərəstiş dövrüdür. Tanınmaq, populyar olmaq, qayğısız yaşamaq üçün mümkün qədər şəxsiyyətsiz olmalısan. Bu gün şəxsiyyətlər deyil, zombilər yetişdirilir. Öz fikri, mövqeyi olmayan, deyiləni qeyd şərtsiz yerinə yetirən zombilər. Özü də bu siyasəti daha çox televiziyalar yerinə yetirir. Amma hər şeyin də bir həddi var... Əminəm ki, Mətanətə tapşırıq verilsəydi ki, bu faciədir, o, efirdə mərsiyə də deyərdi... Faciənin ilk gecəsi, rəfiqəm hadisə yerinə çiçək dəstələri aparmışdı və polislər onunla kobud rəftar edib ordan uzaqlaşdırmışdı. Bir gün sonra isə, eyni məqsədlə gələnlərə imkan yaradıb güllər üçün xüsusi yer də ayırmışdılar. Çünki artıq bununla bağlı göstərişlər almışdılar. Ancaq öz vicdanı, mövqeyi olmayan zombilər belə edər...Mətanət prezidentin müşavirəsində deyilənləri eşitsəydi, prezidentin də bu hadisəni faciə adlandırmasını görsəydi, əlbəttə ki, belə danışmazdı...Yaxud, ölkədə matəm elan olunsaydı, başqa cür danışardı...Televiziyaların bizə sırıdıqları "qəhrəmanlara" yox deməyin zamanı gəlib çatıb. Mən Mətanətin dediklərinə haqq qazandıranları, empati qurmağa çağıranları qətiyyən anlamıram. Uzun illər canlı efirdə çalışan bir insan kimi, əmin edirəm ki, heç kimin üstünə tapançanı yönəldib, bunu de, bunu demə kimi bir durum yoxdur. Yadımdadır, bir dəfə Britaniya səfiri efirimizdə olanda, 20-ci əsrin əvvəlində Bakıya işğalçı olaraq gəlmiş Denstervil əsgərlərinin abidəsinə həqarət mövzusunu müzakirə edirdik. Efirin bitməsinə 40 dəqiqə qalmış, qulaqcıqla əmr gəldi ki, verilişi təcili olaraq major notlarla bitirim. Mən buna məhəl qoymadan verilişi necə planlaşdırmışdımsa, eləcə də bitirdim. Ertəsi gün isə, maraqlı veriliş üçün təşəkkür də aldım. Özümü örnək gətirmirəm, bu, sadəcə efir təcrübəmdən bir nümunə idi. Canlı efirdə, vətəndaş mövqeyi olan insanlar olmalıdır. Vətəndaş yetişdirmək istəyiriksə, istəmiriksə, Sədərək bazarı üçün alıcı yetişdiririksə, sonu elə belə də olacaq".

Elnarə Xəlilova:

"Allah ağıl versin".

Ayan Babakişiyeva:

"Bu film idi? Hər kəs yazır ki, kanalın rəhbəri aparıcını işdən azad etməlidir. Bəlkə, elə kanalın rəhbərliyi dəyişməlidir?".

Müğənni Nazim Məmmədov:

"İynəni batır öz əlinə, bəyənsən başqasına batırarsan" Məhəmməd (s. a. s). Bu qədər rahat fikir bildirmək nə qədər də rahat bir şeydi. Ölkə başçımız bu faciə ilə bağlı bütün hamını ayağa qaldırıb. Aparıcı deyir ki, biz bunu faciə etməli deyilik. Əməkdar artist Murad Dadaşov nəhəng, reklamlı və gəlirli verilişini 3 günlük dayandırıb. Hər halda kimin necə gücü çatırsa, elə də yanaşır. 15 insan həyatı illah ki, 5 körpə olmaqla bir film və külək ola bilməz. Allah ölənlərə rəhmət etsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7488   Tarix: 21 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355