Avropa Oyunlarını kubalılar da izləyəcək

Avropa Oyunlarını kubalılar da izləyəcək"Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) bu mötəbər idman yarışının yayımını qitənin hüdudlarından kənarda da təmin etmək üçün Kubanın "Instituto Cubano de Radio y Television" (ICRT) kanalı ilə müqavilə imzalayıb.

Kanal Kubada 3,8 milyon evi ödənişsiz yayım ilə təmin edir və eyni zamanda, gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının rəsmi yayımçısıdır.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, bu, Latın Amerikası ölkələri ilə bağladığımız ilk müqavilədir. Lakin bunun son müqavilə olmayacağına əminəm. Kuba böyük idman tarixinə malik ölkədir. Mən ICTR tamaşaçılarının Bakıdakı tədbiri izləməkdən zövq alacaqlarına şübhə etmirəm. İlk Avropa Oyunları ICRT-nin Olimpiya Oyunları yayımını mükəmməl şəkildə tamamlayacaq. "Bakı-2015" proqramında olan 16 Olimpiya idman növündən 12-si "Rio-2016" Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edəcək. Bu isə Oyunlar arasındakı ahəngin göstəricisidir.

ICRT-nin tərkibində olan "Canal Tele Rebelde"nin baş direktoru Roberto Qonzales deyib: "Mən Kuba xalqının bu cür yeni və önəmli idman tədbirindən zövq alacağına əminəm. Bizim tamaşaçılarımızın idmana böyük sevgisi var. "Bakı-2015" ilk Avropa Oyunları bizim mötəbər beynəlxalq idman yarışları portfelimizdə Olimpiya Oyunları ilə yanaşı, idmana maraq yaradılmasında mühüm rol oynayacaq".

Bununla da Kuba ilk Avropa Oyunlarının geniş yayımını həyata keçirəcək digər ölkələr – ABŞ, Kanada, ərəb ölkələri, Hindistan, Çin, Honq Konq və Avstraliyanın sırasına qoşulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 655   Tarix: 12 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476