Eldar və Nigar: Söz veririk ki, Eurovision-2012ni Bakıya gətirəcəyik [Foto]

Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsindəki təmsilçiləri Eldar QasımovNigar Camal mayın 10-da keçiriləcək I yarımfinalda çıxışlarından əvvəl müsahibə veriblər.

- Sabahkı çıxışa necə hazırlaşırsınız və tamaşaçıları necə bir şou gözləyir?

- Acığı, etiraf edək ki, iki məşqimizi başa vurduqdan sonra rahat şəkildə səhnəyə uyğunlaşmışıq. Həyəcan olsa da, bu həyəcanı dəf etdiyimizi düşünürük, çünki ilk məşqdən fərqli olaraq, sonrakı hazırlıqlarda çox çalışdıq və istədiyimizi əldə edə bildik. Hazırda mükəmməlliyə doğru irəliləyirik və düşünürük ki, mayın 10-da tamaşaçılar çox maraqlı şounun şahidi olacaqlar.

- İkinci məşq zamanı sizin yarımfinalda geyəcəyiniz geyimləri və göstərəcəyiniz şounu izlədik. Libaslarınızda əsasən bəyaz rəngdən istifadə olunub. Bəyaz isə sülhü tərənnüm edir.

- Əlbəttə, qeyd etdiyiniz kimi, bəyaz rəng sülhün göstəricisidir. Bütün dünya Azərbaycanın sülhsevər ölkə olduğunu çox gözəl bilir. Elə biz də bunu Avropa səhnəsində, ən çox izləyicisi olan musiqi yarışmasının səhnəsində göstərmək arzusundayıq. Əslində bu rəng seçimi və libasların düzümünün müəllifi isveçli modelyerdir. Bizim üçün hazırlanan geyimlər ürəyimizcədir və düşünürəm ki, ifa etdiyimiz mahnıya çox uyğundur.

- Nigar, sənin üçün hazırlanan geyim bizə ötən illərdəki təmsilçilərimizin səhnə geyimini xatırladır. Geyiminin Aysel Teymurzadənin libasına bənzəməsi səni narahat etmir ki?

- Qətiyyən narahat etmir. Bizim geyimlərimiz o qədər də bənzəmir, fərqliliklər var. Bu modelyeri bizə Aysel Teymurzadə məsləhət gördü və elə əlaqələrimizin də qurulmasında o yardımçı oldu. Geyimimiz çox xoşumuza gəlir və düşünürük ki, Avropa bu geyimlərimizi də sevəcək.

- Hər il mahnımız ingilis dilində səslənir. Sizcə, mahnıların ingilis dilində ifa olunması Azərbaycan mədəniyyətinin təbliğatına mane olmur ki?

- Yox, niyə olsun? İngilis dili beynəlxalq dildir və bu dili bütün dünya anlayır. Ana dilimizdə də mahnının səslənməsinin lehinəyik, ancaq bu il də mahnımız ingilis dilində hazırlanıb. Biz ingilis dilini çox yaxşı bilirik. Əslində, bu cür müsabiqələrdə mahnının ingilis dilində səslənməsi daha çox uğur gətirə bilər.

- Geyimlərinizdə niyə milli ornamentlərdən istifadə edilməyib?

- Ona biz qərar vermirik. Geyimlərimiz isveçli modelyer tərəfindən hazırlanıb və bütün ideyalar ona məxsusdur. Onsuz da 2012-ci ildə bütün Avropa Bakıya gələcək və Azərbaycan mədəniyyətini yaxından tanıyacaq. Bizim də məqsədimiz məhz budur. Ümid edirik ki, 2012-ci ildə gəlib canlı görəcəklər və mədəniyyətimizə heyran olacaqlar.

- Sizcə, Azərbaycanın mədəniyyət nümunələri ilə Avropanı təəccübləndirmək olarmı?

- Əlbəttə olar və biz buna inanırıq. O qədər zəngin mədəniyyətimiz var ki, hər bir kəsi heyran qoya bilər. Elə biz də bunu istəyirik. Hansısa mədəniyyət nümunəmizi xırda-xırda göstərməkdənsə, elə öz vətənimizdə gəlib canlı görmələri daha yaxşıdır. Azərbaycan xalqı qarşısında söz veririk ki, vətənimizi müsabiqədə layiqli təmsil edəcəyik və "Eurovision-2012"ni Bakıya gətirəcəyik.

- Sizi duet olaraq hər kəs çox yaraşdırır. Hətta rusiyalı təmsilçi Aleksey Vorobyov bildirib ki, duetimizdə yeganə təəssüfləndiyi hal Nigarın ailəli olmasıdır. Sizin bir-birinizə çox yaraşdığınızı bəyan etdi...

- Bunu çox insanlar bildirir və duet olaraq bir-birimizi tamamlamağımız sözsüz ki, müsbət haldır. Aleksey Vorobyov gəlib məndən həyatımda kiminsə olub-olmadığını soruşdu. Mən iki qız anası olduğumu dedim. O, inanmadı. Eldarla çox yaxın dostuq və neçə müddətdir hər gün bərabərik. Elə gün olmur ki, çıxışımız barədə danışmayaq, müzakirələr aparmayaq, məşq etməyək. Bu ərəfədə çox az yatırıq və demək olar ki, günümüzün əsas hissəsini bu yarışmaya həsr etmişik. Bizim üçün uğur qazanmaq çox vacibdir. Uzaqdan baxanda bəlkə də çox asan görünə bilər, amma inanın, çox çətin və məsuliyyətli bir işdir. Sözsüz ki, bu məsuliyyətli işin məhz bizə nəsib olması olduqca gözəl bir haldır.

- Əgər qalib gəlsəniz, Lena Mayer kimi ikinci dəfə də bu yarışmaya qatılarsınızmı?

- Hər il bu yarışmada ölkəmizi təmsil etməyə hazırıq. Bu müsabiqə çərçivəsində o qədər möhtəşəm anlar yaşanır ki, bunu hər dəfə yaşamaq istərdik. Bütün bunlarla yanaşı, peşəkarlıq baxımından irəliləmə vacib bir məsələdir. Hər bir həmkarımıza bu gözəl hissləri yaşamağı arzu edirik.

- Artıq 43 ölkənin hər birinin mahnısını dinləmisiniz. Sizcə rəqibləriniz kimlərdir?

- Builki yarışmada olduqca çətin mübarizə olacaq. Bizim mahnımız möhtəşəmdir. Hər ifamız zamanı bir daha bunun şahidi oluruq. Sevinirik ki, statistikada adımız yüksək yerlərdədir və elə nəticənin də belə olmasını arzulayırıq. Böyük Britaniyanın "Blue" qrupu, İsraildən Dana İnternational, Türkiyənin "Yüksək Sədaqət" qrupu, Rusiyadan Aleksey Vorobyov, İsveçdən Eric Saade, Fransadan Vasili güclü rəqiblərdir. Ancaq biz də onların hər biri üçün güclü rəqibik. Biz bu müsabiqə ərəfəsində çoxsaylı dostlar qazanmışıq. Təmsilçilərin çoxu ilə artıq yaxın dost olmuşuq, elə bu da yarışmanın daha bir üstünlüyüdür.

- Yarımfinal öncəsi Azərbaycan xalqına müraciətinizi eşitmək istərdik.

- Bizə inanın və dəstəyinizi əsirgəməyin! Biz Eldar və Nigar olaraq əlimizdən gələni edəcəyik. Bunun üçün sizin dəstəyiniz çox vacibdir. Bu dəstəyinizə ehtiyacımız çox böyükdür və istərdik çıxışımız zamanı hər birinizin ürəyi bizimlə döyünsün. Hər birinizi çox sevirik və Bakımıza qalibiyyətlə qayıdacağımıza söz veririk.

Eldar və Nigar: Söz veririk ki, Eurovision-2012ni Bakıya gətirəcəyik [Foto]Eldar və Nigar: Söz veririk ki, Eurovision-2012ni Bakıya gətirəcəyik [Foto]Eldar və Nigar: Söz veririk ki, Eurovision-2012ni Bakıya gətirəcəyik [Foto]


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4188   Tarix: 10 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310