Türkiyəni qarışdıran azərbaycanlı model kimdir?

Türkiyəni qarışdıran azərbaycanlı model kimdir?Holdinq rəhbərinin dəcəl qızı, yoxsa...?

Türkiyənin çoxsaylı telekanalları və maqazin mediası Sima Şərafətdinova adlı azərbaycanlı manekenlə bağlı qalmaqaldan bəhs edir.

Məsələ burasındadır ki, Sima Şərafətdinova bu ölkədə "Mənim stilim" adlı moda müsabiqəsinin seçmə turunda birinci yeri tutub. Hazırda o, Türkiyə telekanallarının maqazin verilişlərinin az qala bir nömrəli qəhrəmanıdır.

Bu qız Türkiyədə özünə belə imic formalaşdırıb ki, o, Azərbaycanda çox tanınmış, nüfuzlu holdinq rəhbərinin qızıdır, ərköyündür, 13 yaşında ailəsindən xəbərsiz fotomodellik edib. 15 yaşında yenə ailəsindən icazə almadan "Best Model of Azerbaijan" yarışmasına qatılıb və qalib gəlib.

Hazırda onun 17 yaşı var və özünün dediyi kimi, yenə ailəsindən icazəsiz Türkiyədə keçirilən moda yarışmasına qatılıb.

Bununla belə Türkiyənin maqazin mediasını və moda yarışması jürisini "fırladan" bu qız atasının kim olduğunu demir. Əsl adının Simuzər olduğunu, ancaq adının "çox köhnə və dəbdən düşmüş" olduğuna görə dəyişdirib "Sima" etdiyini bildirir. Deyir ki, ailənin tək övladıdır.

Teleaparıcı Kamal Doğulu Simanın qonaq olduğu verilişdə ona "səni birinci edənlər zövqsüzdür" deyib, onun tapşırıqla müsabiqədə birinci yeri tutduğuna eyham vurub. Üstəlik məlum olub ki, Simanın boyu da manekenlik üçün yaramır. O, boyunun 172 sm olduğu haqda məlumat versə də əslində boyunun 165 sm olduğu məlum olub.

İndi Türkiyədə sual edirlər ki, bu qız bu boyla Azərbaycanda gözəllik yarışmasında birinci yeri necə tutub.

Sima 6 dil bildiyini deyir, Türkiyədə özəl universitetlərdən birində kömpüter mühəndisliyi təhsili alır. Bu ölkənin maqazin mediası bütün iş-gücünü atıb "Sima Şərafətdinova kimdir?" sualına cavab axtarır... Virtualaz.org\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11893   Tarix: 03 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Namiq Qaraçuxurlu qızı ilə bağlı bu suala cavab verə bilmədi - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində qızından söz açıb. Aparıcı Zaur Baxşəliyevin "Qızının neçə yaşı var?" sualına N.Qaraçuxurlunun cavab

05.05.2024 5125
.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

05.05.2024 3622
.

"Mənə görə arzularının üstündən xətt çəkdin"

"Hər il bu vaxt sənin, möcüzə gözləyən balaca məsum uşaq kimi oturub, saata baxmağın mənim üçün ən ürəkəridən mənzərədir. Sən mənim evimsən - harada olursaq olaq, sənin qucağın mənim sığınacağımdır. Çörəyimsən, suyumsan. Qaranlıqda yolumu işəqlandıran ən böyük ulduzumsan. Hər gün güzgüdə özümə baxand

06.05.2024 920
.

Murad Yıldırım "Teşkilat"dan gedir

"TRT 1" kanalında yayımlanan "Teşkilat" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə baş rolu canlandıran Murad Yıldırım vida edəcək. Qeyd edək ki, ekran işi 11-ci bölümdə mövsüm finalı edəcək

05.05.2024 360
.

Uşaqlıq fotosunu paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Safurə Fərhad Əliyevlə ailəlidir. F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərha

05.05.2024 542
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

05.05.2024 6854
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 833
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

05.05.2024 1226
.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

05.05.2024 534