Azərbaycanın provayderləri yeni internet protokoluna keçirlər

Azərbaycanın provayderləri yeni internet protokoluna keçirlər

Azərbaycanın internet provayderləri tədricən yeni IPv6 protokoluna keçməyə başlayıblar. Bunu "Delta Telecom" şirkətindən (Azərbaycanın ilkin provayderi) deyiblər.

Şirkətdən bildiriblər ki, yeni protokola miqrasiya prosesi hələ yavaş gedir: "Bu, kifayət qədər kontentin olmaması ilə əlaqədardır. Daha bir vacib səbəb isə son istifadəçilərdə yeni protokolu dəstəkləyə biləcək qurğuların olmamasıdır".

IPv4 protokolundan IPv6 protokoluna keçid IP ünvanların çatışmazlığı probleminin aradan qaldırılmasına xidmət edir.Trend\
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 550 Tarix: 02.05.2015
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol