Eldar və Nigar mətbuat konfransında təəccübləndilər (Video)

Eldar və Nigar mətbuat konfransında təəccübləndilər (Video)Azərbaycanın "Eurovision 2011" təmsilçiləri Eldar və Nigar Düsseldorfda "Esprit Arena"da baş tutan ikinci məşqdən sonra mətbuat konfransı keçiriblər. Mətbuat konfransında iştirak edən ANS-in Düsseldorfa ezam olunan əməkdaşının məlumatına görə, təmsilçilərimizin mətbuat konfransında ötən dəfə olduğu kimi, bu dəfə də soxsaylı jurnalist iştirak edib.

Mətbuat konfransı "Runnig scared" mahnısına çəkilmiş klipin nümayişi ilə başlayıb. Klipin nümayişindən sonra Eldar və Nigar mətbuat konfransının iştirakçılarına mahnının akustik versiyasını canlı ifa ediblər. Onları gitarada Moldavanın "Zdob si Zdub" qrupunun gitaraçısı müşayiət edib. Eldarla Nigarın ifası mətbuat nümayəndələrinin alqışları ilə qarşılanıb.

İfadan sonra jurnalistlər suallarını verməyə başlayıblar. Almaniyalı jurnalistin sualı daha maraqlı olub. O bildirib ki, sorğu keçirərək Azərbaycan təmsilçilərinin mahnısına olan münasibətlə maraqlanıb və "Runnig scared" mahnısının hər kəs tərəfindən bəyənildiyini öyrənib.

"Sizin mahnıya "xoşuma gəlmir" deyən olmadı. Qalib olacağınıza inanırsınız?", sualına Eldar və Nigar birlikdə, "Əlbəttə inanırıq. İnanmasaydıq bu günə qədər gəlib cıxmazdıq", deyə cavab veriblər.

Təmsilçilərimizə ünvanlanan digər sual "Azərbaycan və paytaxt Bakı müsabiqəni qəbul etməyə hazırdırmı?" olub. Duetimiz bu sualı, "biz hər şeyə hazırıq" deyə cavablandırıb.

Daha bir sual, daha doğrusu istək məhz Eldara ünvanlanıb: "Bilirik ki, Bakı Slavyan Universitetinin tələbəsisiniz. Hazırda dərslərinizdən uzaq düşmüsünüz. Bəlkə müəllimləriniz üçun kiçik canlı ifa göndərəsiniz". Eldar və Nigar bu istəyin qarşısında "Küçələrə su səpmişəm" xalq mahnısını ifa ediblər.

Belçikalı jurnalist isə peyk antenası vasitəsilə Azərbaycanın milli seçim turunu izlədiyini bildirib və Eldarın ifasında fransız dilində cox gözəl mahnı eşitdiyini deyib. Mətbuat nümayəndəsi Eldardan həmin mahnını ifa etməsini xahiş edib. Xarici jurnalistin bu sualı təmsilçilərimizi heyrətləndirib. Daha sonra Eldar "Je taime" mahnısını ifa edib.

Mətbuat konfransının video görüntüsünü sizə təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4203   Tarix: 08 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740