Kədərli qadının əhvalını yüksəldəcək 5 məsləhət

Kədərli qadının əhvalını yüksəldəcək 5 məsləhətXoşbəxt olmayan, depressiyaya düşən qadınlar kədərlərini unutmaq üçün daha çox şirniyyat yeyirlər, ancaq bu da onların kökəlməsinə səbəb olur.

Artıq çəki isə qadınların yenidən depressiyaya düşməsinə səbəb olur.

Bəs nə etməli?

Həm sağlam qidalanmaq, həm də xoşbəxt olmaq mümkündür. Doğru qidaları doğru zamanda yeməklə kökəlmədən xoşbəxt ola bilərsiniz.

Çox proteinli qidalar sizi əsəbləşdirir

Əgər gün ərzində sadəcə proteinli qidalar qəbul edir və karbohidrat qəbul etmirsinizsə, bu zaman kədərli və aqressiv ola bilərsiniz. Bu isə sizdə axşam çoxlu şirniyyat yemək istəyi yaradır.

İştahanız xoşbəxtliyinizə təsir edə bilər

Sevdiyiniz qidaları yemək deyil, hətta onları qoxulamaq da sizi xoşbəxt edə bilər. Xüsusilə qəhvə və şokolad sizi xoşbəxt edən qidaların tacıdır. Buna görə hansı qidaların sizi sevindirdiyini dəqiq bilməlisiniz.

Vitamin və minerallar sizi sevincə qərq edir

Yaşadığınız depressiya həm də qəbul etdiyiniz qidaların göstəricisidir. Yetərincə qidalanmamaq mineral və vitamin çatışmazlığına səbəb ola bilər. Bu isə depressiyanızı daha da artıracaq. Eyni zamanda vitamin və mineral çatışmazlığı şirin qidalara olan istəyi artırır. Qadınlarda daha çox görünən dəmir çatışmazlığı onların istirahət ehtiyacını artırır. Dəmir çatışmazlığı əhvalın korlanmasına və depressiyaya səbəb olur. Buna görə depressiya dövründə dəmir ehtiyatınızı ödəmək üçün ət, balıq, toyuq və içalatlar yemək lazımdır. Tərəvəz dəmir ehtiyatını təmin etsə də təsiri daha az olur. B qrupu vitaminlərdən olan "Tiamin" çatışmazlığı da insanları depressiyaya salır. Kartof, taxıl, maya və yumurta "Tiamin"lə zəngindir.

Xoşbəxtlik sirri - Omeqa-3

Omeqa 3 ürəyinizə faydalı olmaqla yanaşı, depressiyaya düşməyinizi də əngəlləyir. Omeqa 3-ün az qəbul edilməsi depressiyaya səbəb olur. Orqanizmin yağ ehtiyatı da Omeqa-6 tərəfindən ödənilir. Ancaq Omeqa-3 və Omeqa-6 eyni səviyyədə qəbul edilməlidir. Həftədə ən az 2 gün balıq, fındıq, badam yesəniz, əhvalınız hər zaman müsbət olar.

Kədərli qadının əhvalını yüksəldəcək 5 məsləhət

Qida rasionunuzdan karbohidratı əksik etməyin. Gün ərzində taxıldan olan çörəklər, makaron, bulğur, quru meyvə yeməlisiniz. 3 saatdan bir karbohidrat qəbul etsəniz, xoşbəxtlik hormonu olan "Seratonin"i rahatlıqla əldə edəcəksiniz.

Bir qab ispanaq və yaşıl tərəvəz yeyin. Qidada folik turşusunun az olması depressiyaya yol açır. Folik turşusu ehtiyatı üçün yaşıl yarpaqlı tərəvəzlər yeyə bilərsiniz.

"Selenium" çatışmazlığı da depressiyanın səbəblərindəndir. "Selenium"la zəngin olan qidalar ət, toyuq balıq, göbələk, soğan, sarımsaq və taxıldır.

İdman da "Seratonin" hormonunu artırır. İdman eyni zamanda artıq çəkini itirmənizə də kömək edir.

Nizamlı şəkildə yatın. Gündə 5 saatdan az yatanlar 8 saat yatanlardan daha çox yeyir və 300 kalori artıq alır. Bu da artıq çəkiyə səbəb olur. Nizamlı yuxu iştahanıza nəzarət etmənizə də kömək edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2480   Tarix: 19 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495