Övladım olsun sonra bu haqda fikirləşərəm - MÜSAHİBƏ

Övladım olsun sonra bu haqda fikirləşərəm - MÜSAHİBƏ"Ailə haqqında heç düşünməyəcəyəm"

Rəqqasə Oksana Rəsulovanın müsahibəsi

- Oksana xanım, rəqs sənətinin özünəməxsus çətinlikləri var. Siz artıq bu çətinlikləri geridə qoyub ölkə miqyasından çox uzaqlarda tanınmısınız. Hindistanda tanınmaq, əlbəttə ki, sizin böyük uğurunuzdan xəbər verir...

- İstədiyim hər bir şeyə nail olan biriyəm. Buna görə də Hindistana getmək mənim üçün əlçatmaz deyildi. Təbii ki, Hindistan çox böyük bir ölkədir. Orada Hindistanın özündə yaşayanlar belə baş çıxara bilmirlər. Ən gözəl filmlər Bollivud filmləri olduğu kimi ən gözəl rəqqasələr də hind rəqqasələridir.

Buna görə də orada tanınmaq çox böyük uğurdur. Mən hind dilini də özüm öyrənmişəm. Böyük uğurumun göstəricisi kimi mən burada qatıldığım müsabiqəni misal göstərə bilərəm. Dünyanın hər bir yerindən bu müsabiqəyə iştirakçılar gəlmişdilər. 6 ay mən müsabiqədə çalışdım və qalib oldum. Bu müsabiqədə iştirak edib qalib olmağım həm bir şans idi, həm də alın yazısı.

- Ata heç bir zaman qızının rəqqasə olmasını istəmir. Sizin atanız necə, razı idi bu sənəti seçdiyinizə?

- Əlbəttə ki, atam rəqqasə sənətini seçdiyim üçün çox narazı idi. Mən aktrisa olmaq üçün universitetə sənət vermək istəyəndə atam bunu böyük narazılıqla qarşıladı. Çünki o həmişə həkim, vəkil, ingilis dili müəllimi olmağımı istəyirdi. Aktrisa ixtisası üzrə oxumaq istəyim baş tutmadı. Həkim ixtisası üzrə oxuyub, universiteti qırmızı diplomla bitirdim.

- Azərbaycanda seriala çəkilmək sizin üçün maraqlıdır?

- Əlbəttə ki. Niyə də yox? Baxır hansı seriala... Azərbaycanda seriallar çəkilir, amma hələ də istənilən səviyyəyə çata bilmir. İnsanlar daha çox komediya janrında olan seriallara üstünlük verirlər. Məsələn, "Bozbash pictures", "Bacanaqlar" kimi serialların adını çəkə bilərəm ki, bu gün böyük kütlə tərəfindən baxılır. Mən 5 ay "Bacanaqlar" serialına çəkilmişəm. Baxmayaraq ki, mənim rolum kiçik idi, amma bu serialda çəkilmək mənim üçün çox dəyərli idi. Hindistandan mənə seriallarda çəkilməyim üçün çox dəvətlər oldu... Amma çəkilmək istəmədim. Çünki orada seriallar həddindən artıq çoxdur. Orada əgər aktrisa serialda işləməyə başlasa, böyük kütləyə addım atmağı çox çətin olur.

- Həqiqətən, hindlilərə çox bənzəyirsiz. Sizi hansısa hind aktrisası ilə müqayisə edənlər oldumu?

- Orada bir aktrisa var, Prizinta... Biz həddən artıq bir-birimizə bənzəyirik. İnsanlar bizi ayırd edə bilmirdilər. Müsabiqənin qalibi olandan sonra artıq mən orada tanınırdım. Məni Prizinta sanıb şəkil çəkdirənlər də olurdu...

Rəfiqəm İlhamə Qasımova ilə Tac-Mahalda olanda insanlar mənimlə gəlib çəkil çəkdirirdilər. Artıq İlhamə bir neçə dəfə bunun şahidi olmuşdu ki, bizi səhv salırlar... İlhamə onlardan soruşdu ki, siz bilirsiniz, kiminlə şəkil çəkdirirsiz? Oğlan yarışdan məni tanıdığını söylədi. Mən onda başa düşdüm ki, insanlar bu yarışı izləyiblər və məni tanıyırlar.

- Məşhur hind fotoqrafı ilə işlərinizi təqdim etdiniz. Biz bu fotolarda 4 fərqli Oksananı gördük. İdeya sizin idi?

- Avinaş Qovariker Hindistanda çox məşhur bir fotoqrafdır. O, bir çox tanınmış hind sənətçiləri ilə işləyib. Onunla işləməyin özü də mənim üçün bir şans idi. İdeya sırf özünün idi. Çəkdiyi fotolardan çox razı qaldım.

- Biri var - sənət uğuru, biri də var - ailə həyatı. Hər şeyə rəğmən insan ailəsinin olmasını da istəyir. Bəs siz?

- Ailə haqda düşünməyə nə vaxtım var, nə də ki, marağım. Çox uzun bir zaman ailə haqqında heç düşünməyəcəyəm.

- Övladınız olsa, adını nə qoymaq istərdiniz?

- Bu haqda da düşünməmişəm. Övladım olsun, sonra bu haqda fikirləşərəm.

- Aktrisalar rollarını övladı hesab edirlər. Bəs rəqqasələr?

- Xeyr, düşünmürəm ki, rəqs mənim övladımdır. Özümü çox sevsəm də, sənətimi özümdən də çox sevirəm. Hansısa bir sənəti övladla müqayisə etmək düzgün deyil. Mənim tələbələrim var, bəlkə də onlar mənim övladımdır (gülür). Əgər peşəkarlıq imkan verirsə, müəllim öz sənətini tələbələri ilə bölüşməlidir.

milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2471   Tarix: 17 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628