Bakı 2015 in daha iki beynəlxalq idman elçisi müəyyənləşib - FOTO

Bakı 2015 in daha iki beynəlxalq idman elçisi müəyyənləşib - FOTOBakı 2015 in daha iki beynəlxalq idman elçisi müəyyənləşib - FOTO"Bakı-2015" Avropa Oyunlarının daha iki beynəlxalq idman elçisi müəyyənləşib.

Almaniyalı stolüstü tennisçi Dmitri Ovtçarov və yunanıstanlı qılıncoynadan Vassiliki Vuqiuka "Bakı-2015"də məşğul olduqları idman növlərini təmsil edəcək. Onlar Avropa Oyunlarının təbliği üçün media və sosial şəbəkələrdə keçiriləcək genişmiqyaslı marketinq kampaniyalarında və aksiyalarda iştirak edəcəklər.

D.Ovtçarov hazırda dünyada altıncı idmançı sayılır və Almaniyanın stolüstü tennis komandasının tərkibində Pekin Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, həmçinin təkbətək, həm də komanda tərkibində London Olimpiya Oyunlarında bürünc medala sahib olub.

V.Vuqiuka qılıncoynatmanın sablya növü ilə məşğul olur və hazırda dünya reytinqində altıncı yerdədir. O, 2010-cu ildə Budapeştdə qılıncoynatma üzrə dünya kuboku yarışlarında qızıl əldə edib. İdmançı 2012-ci və 2013-cü illərdə keçirilən Avropa çempionatlarında gümüş medal qazanıb.

"Bakı-2015"in baş əməliyyat direktoru Saymon Kleqq bildirib ki, beynəlxalq səviyyəli idman elçilərinin bir araya gəlməsi idman təqvimindəki bu yeni tədbirin əhəmiyyətindən xəbər verir. "Əminəm ki, həm Dimitri, həm də Vassiliki Oyunların təşviq edilməsində əllərindən gələni edəcək və Avropa idmanının inkişafında əhəmiyyətli rol oynayacaqlar", - deyə o qeyd edib.

İyirmi altı yaşlı D.Ovtçarov bildirib ki, birinci Avropa Oyunları stolüstü tennisin statusunun qaldırılması və bu idman növünə yeni azarkeşlərin cəlb edilməsi üçün əla imkandır: "Həmçinin qitəni bir araya gətirəcək yeni və irimiqyaslı idman tədbirində iştirak olduqca xoşagələn bir haldır. Oyunların tezliklə başlanmasını və açılış mərasimində bu idman növünün geniş şəkildə təşviq edilməsini səbirsizliklə gözləyirəm".

V.Vuqiuka deyib: "Qılıncoynatma Avropada məşhur idman növüdür. Bu idman növü ilə məşğul olan bir idmançı kimi Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təbliğ edilməsinə cəlb olunmaqda qürur duyuram. Dünya miqyasında keçirilən yarışlarda iştirak etmişəm və idmanın insanları necə bir araya gətirməsinin şahidi olmuşam".

Avropa Oyunlarının beynəlxalq idman elçiləri sırasına həmçinin irlandiyalı boksçu Katie Taylor, britaniyalı taekvandoçu Jade Cons, fransalı gimnast Kseniya Mustafaeva, Danimarkanın kanoye sprinteri Holten Pulsen və Serbiyanın 3x3 basketbol komandasının oyunçuları - Dusan Domovik Bulut, Marko Savik, Marko Zdero və Decan Macstoroviç qoşulub.

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 840   Tarix: 27 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 303
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 352
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 832
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1157
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 673
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 246
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 183
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 489
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 683