Keçi südünün faydaları

Keçi südünün faydalarıQədimdə keçi südü müalicəvi vasitə kimi istifadə olunurdu. Keçi südünün müalicəvi xüsusiyyətləri dahi Hippokratın əsərlərində qeyd olunur.

Digər dahi həkim Avisenna keçi südünün ürəyə olan faydalarını vurğulayırdı. Avisennanın fikirləri əsassız deyil. Kalium və maqnezium kimi elementlərlə zəngin olan keçi südü ürək üçün həqiqətən xeyirlidir. XIX-cu əsrdə İsveçrə kurortlarında keçi südü vərəmin müalicəsində çox geniş şəkildə istifadə olunub.

Keçi südü insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin xəstəlikdən sonra bərpa olunmasını sürətləndirir. Tez-tez xəstələnən, zəif uşaqlar üçün keçi südü çox faydalıdır. 3 yaşından başlayaraq uşağın qidalanmasına təbii keçi südü əlavə etmək olar (əvvəllər kiçik miqdarlarla).

Keçi südünün vitamin-mineral tərkibi inək südü ilə müqayisədə daha zəngindir. Keçi südündə əsas vitaminlərin (A, B, D, E) və mineralların (kalium, kalsium, maqnezium, kobalt) miqdarı daha çoxdur.

Keçi südü sümüklər, dişlər üçün xeyirlidir, ürək-damar və sinir sisteminə müsbət təsir edir, mədə-bağırsaq sistemində olan xoraların və eroziyaların sağalmasına kömək edir.
Süd orqanizmdən ziyanlı maddələrin çıxarılmasına kömək edir. Məhz bu səbəbdən sovet dövrdə ziyanlı istehsalatda işləyən insanlara fabrik və zavodlarda nahar vaxtı mütləq süd verirdilər.

Keçi südü haqqında bir çox rəvayətlər var. Eşidmək olur ki, keçi südü ana südü ilə eynidir. Təbii ki, bu belə deyil. Nə keçinin, nə inəyin, nə də digər heyvanın südü qadın südünü təkrarlaya bilməz. Bunların tərkibləri tam müxtəlifdir - qadın südünün tərkibində olan zülalların, karbohidratların, yağların və s. maddələrin miqdarı keçi və inək südündə olan maddələrin miqdarından çox fərqlənir. İnsənilən heyvanın südü məhz onun balasının (başqasının yox!) bəsləməsi üçün nəzərdə tutulub. Bu səbəbdən körpə uşaq üçün ən uyğun və əvəzolunmaz qida məhz ana südüdür.

Lakin bəzən müxtəlif səbəblərə gözə ana körpəsini öz südü ilə bəsləyə bilmir. Bu halda körpə xüsusi süni süd qarışıqları ilə ("smes") qidalandırılmalıdır. Belə qarışıqlar əksər hallarda inək südü əsasında (bəzən keçi südü) hazırlanır. Lakin inək südünün tərkibi dəyişilir - bəzi maddələr azaldılır, bəziləri əlavə olunur və s. Heç bir halda 3 yaşına kimi olan uşağa təbii inək və ya keçi südü vermək olmaz! Bu bir çox pozulmaların inkişafına səbəb ola bilər - allergiyalar, mədə-bağırsaq sistemi pozulmaları və s.

Bəzən uşaqda inək südü əsasında hazırlanan istənilən süni süd qarışığı allergiyaya səbəb olur. Bu halda həkimlər uşağa keçi südü əsasında hazırlanan süni süd qarışığı təyin edə bilərlər. Belə qarışıqlar allergiyaya daha az hallarda səbəb olur.

Ümumillikdə keçi südünün tərkibində olan yağlar və zülallar inək südü ilə müqayisədə insan orqanizmi tərəfindən daha asan mənimsənilir. İnən südünün tərkibində olan kazein zülalı insan orqanizmi tərəfindən çox çətin mənimsənilir və bir çox hallarda allergik reaksiyalara səbəb olur. Keçi südünün tərkibində olan albumin zülalı isə daha asan mənimsənilir və allergik reaksiyalara daha az hallarda səbəb olur.

Baxmayaraq ki, keçi südü inək südü ilə müqayisədə daha yağlıdır, keçi südündə olan yağlar daha rahat mənimsənilir. Bu səbəbdən inək südünə allergiyası və ya fərdi dözümsüzlüyü olan insanlar keçi südü qəbul edə bilərlər.

Bəzən eşidmək olur ki, keçi südünün xoşagəlməz iyi və dadı var. Bu yanlış fikirdir. Kənar iyin və ya dadın olması keçiyə olan pis qulluq ilə bağlı ola bilər. Bəli, keçi südünün dadı və iyi inək südü ilə müqayisədə fərqlidir. Lakin müəyyən müddət ərzində qəbul etdikdən sonra insan buna oyrəşir. Uşaqlar keçi südünün dadına daha tez öyrəşir.

Keçi südü qədim vaxtlardan cavanlaşdırıcı vasitə kimi istifadə olunurdu. Gözəlliyini və cavanlığını qorumaq istəyən qadınlar keçi südü ilə üzünü yuyurdu, vanna qəbul edirdilər. Keçi südü əsasında çox təsirli cavanlaşdırıcı maskalar hazırlamaq olar: keçi südündə 20 dəqiqə ərzində 2 xörək qaşığı yulaf yarması isladın və təzmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3448   Tarix: 22 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767