Süzənək xəstəliyi nədir

Süzənək xəstəliyi nədirHazırkı dövrdə ən çox yayılmış, bakteriya etiologiyalı zöhrəvi xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin məlumatlarına görə, hər il dünyada 150 milyona qədər adam süzənəklə xəstələnir. Bəzi ölkələrdə bu xəstəlik sayına görə yalnız qrip xəstəliyindən geri qalır.

Süzənəyin törədicisi olan qonokokklara mikroskopla baxdıqda onlar qəhvə dənələrini xatırladır. İnsan orqanizmində onlar selikli qişalarda (cinsiyyət üzvlərində, gözdə, düz Bağırsaqda, qırtlaqda, uşaqlıq yolunda və boynunda) artıb çoxalır və iltihab əmələ gətirir. Süzənək sinir, ürək-damar, tənəffüs sistemlərində pozğunluqlar, hətta sepsis (qanın zəhərlənməsi) əmələ gətirə bilər.

Xəstəliyin mənbəyi süzənəkli xəstə şəxsdir. Böyük yaşlılar, demək olar ki, həmişə cinsi əlaqə yolu ilə, uşaqlar, kiçik qızlar isə ən çox xəstənin mikroblarla çirkləndirdikləri əşyalar (döşək ağı əski, dəsmal və s.) vasitəsilə yoluxurlar.

Süzənəyin kəskin, xronik və gizli formaları məlumdur. Xəstəliyin yoluxmasından onun kliniki əlamətlərinin meydana çıxmasına qədər olan gizli dövrü adətən 3-7 gün olur. Gizli dövr bəzən uzanaraq 2-3 həftəyə çata bilər. Adətən müxtəlif dərman maddələrinin, xüsusilə antibio-tiklərin sistemsiz qəbulu da gizli dövrün uzanmasına səbəb olur.

Kişilərdə süzənək
Kişilərdə sidik axarlarının süzənəklə yoluxmasının süzənək uretriti ilk əlaməti sidik kanalından irinli məhtəviyyatın gerünməsi və sidik ifrazında sancı-yanğılı ağrı hissidir. Məhtəviyyatın miqdarı iltihab prosesinin ağırlığından, orqanizmin ümumi vəziyyətindən asılıdır. Xəstəliyin ilk dövrlərində iltihab prosesi sidik kanalını en hissəsinin selikli qişasında olur. Odur ki, xəstəliyin bu dövründə həkimə müraciət etmək böyük əhəmiyyət daşıyır. həkimin nəzarəti altında vaxtında başlanmış müalicə qısa müddətdə xəstənin sağalması ilə nəticələnir. Əkər müalicəyə vaxtında başlanmırsa, xəstəliyin törədiciləri — qonokokklar ekdiq kanalın arxa hissələrinə keçərək onun selikli qişasını başdan-başa yoluxdururlar. Belə xəstələrdə yanğılı ağrılar güclənir, tez-tez sidik ifraz etmək ehtiyacı duyulur, sidik ifrazatı ağrılı olur və sonunda qan damcısı görünür. Yoluxmuş kişilərin bir çoxunda süzənək xəstəliyi lap əvvəldən zəif iltihab əmələ gətirir, irinli məhtəviyyat o qədər az olur ki, xəstə yalnız cinsiyyət üzvünü barmaqlan ilə sıxdıqda az miqdarda irinli məhtəviyyat görünür. Xəstələr sidik kanalında gicişmədən, bəzən sidik ifrazının əvvəlində kanalda hiss olunan ağrılardan şikayətlənirlər. Belə yüngül keçən süzənək xəstəliyində kişilər özlərinin yoluxduqlarını hiss etmirlər. Kəskin süzənək müalicə olunmadıqda sidik kanalının iltihabı getdikcə azalır və xəstəlik xronik şəklə keçir, klinikasına görə xronik uretriti xatırladır.

Kəskin və xronik süzənək kişilərdə pülükdə, cinsiyyət üzvünün ön hissəsində və sidik kanalı vəzilərində iltihab əmələ gətirə bilər. Lakin ən ciddi fəsadlar prostat vəzinin (prostatit), onun artımlarının (epididimit), toxum kisəciklərinin (vezikulit) iltihabı və sidik kanalının daralmasıdır. Fəsadların əmələ gəlməsində ağır fiziki əməyin, uzun sürən cinsi qıcıqlanmanın və spirtli içkilərin qəbul olunmasının böyük rolu vardır. , Süzənək epididimiti adətən kəskin şəkildə inkişaf edir. İltihab baş verən artımlarda kəskin ağrılar, zəiflik, 38 – 40°S hərarət, baş ağrıları, xayalığın iltihab olan tərəfində qızartı verir. Xaya artımının həcmi böyüyür, bərkiyir, çox ağrılı olur. Xəstə çətinliklə hərəkət edir. Çox vaxt proses birtərəfli olur. İkitərəfli epididimit çox vaxt sonsuzluğun əmələ gəlməsində əsas səbəblərdəndir. Kişilərdə prostat vəzinin iltihabı (prostatit) süzənək zamanı ən çox baş verən fəsaddır. Prostatit də kəskin və xronik ola bilər. Xronik prostatit çox ciddi xəstəlikdir və çox vaxt cinsi zəifliyə və axırda sonsuzluğa səbəb olur.

Qadınlarda süzənək
Qadınlarda bu xəstəlik kişilərin xəstəliyindən öz xüsusiyyətləri ilə fərqlənir. Xəstələnmiş qadınların demək olar ki 90%-i 2-3 həftə müddətində süzənəklə yoluxduranlarını hiss etmirlər, çünki irinli məhtəviyyat ifrazatı az və ağrısız olur. Yoluxmuş qadınların yalnız 10-15%-i 3-5. gündən sonra qarının aşağısında ağırlıq, sağrı nahiyəsində ağrılar, sidik ifrazatı vaxtı sancı hiss edirlər. Bir çox qadınlar özlərinin yoluxduqlarını aylarla hiss etmirlər, cinsi əlaqələrdə olurlar və onların xəstəliyi yalnız yoluxdurduqları kişilərin vasitəsilə və yaxud ginekoloji müayinələr zamanı aşkar edilir. Qadınlarda süzənəyin əsas xüsusiyyəti onun çoxocaqlı olması, yəni eyni vaxtda sidik kanalı, uşaqlıq boynu, uşaqlıq yolu dəhlizinin vəzilərinin, eləcə də düz bağırsağın bu prosesə tutulmasıdır.

Kişilərlə olduğu kimi qadınlarda da süzənək kəskin (təzə) xroniki və latent (gizli) ola. bilər. Ən çox xroniki süzənək aşkar olunur. Qadınlarda süzənəyin sidik-cinsiyyət orqanının aşağı nahiyəsində (uretrit), uşaqlıq boynunda (endoservisit), uşaqlıq yolunda (vaginit) olan formaları ayırd edilir. Bundan əlavə, yalnız yoluxmuş qız uşaqlarında təsadüf olunan, uşaqlığa, uşaqlıq borularına və artımlarına, çanaq nahiyəsində qarın boşluğuna yayılan "yüksələn süzənək" qeyd olunur. Qadının cinsiyyət üzvlərinin yuxarı hissələrinə qalxan süzənək abort, doğuş, aybaşı nəticəsində baş verir. Uzun müddət davam edən xronik süzənək cinsi pozuntulara, qadında cinsi soyuqluğun əmələ gəlməsinə səbəb ola bilər. Süzənək hamiləliyin normal gedişlə və nəticəsinə pis təsir göstərir. Süzənəklə yoluxmuş hamilə qadında uşaqsalma, vaxtından əvvəl doğuş, doğuşdan sonra fəsadlar olur. Doğum evlərində süzənək aşkar edilmədikdə belə, doğuşdan sonrakı dövrdə zahı qadının uşaqlığında, ,onun artımlarında, hətta qarın boşluğunda yüksək hərarətlə, ağrılarda iltihab prosesi baş verir. Süzənəklə yoluxmuş hamilə qadın doğuş zamanı körpənin gözünü və qız uşağının sidik-cinsiyyət sistemini süzənək xəstəliyinə yoluxdurur.

Kiçik qızlarda süzənək
Kiçik qızlar süzənək xəstəliyinə ən çox 2-8 yaşlarında məişət yolu ilə valideynlərinin mikroblarla çirkləndirdikləri ümumi yataq, dəsmal, hamam lifi vasitəsilə yoluxurlar; yoluxma hadisələrinin dörddə üçündə xəstəliyin mənbəyi xəstə anadır. Kiçik uşaqlar süzənək xəstəliyinə görə müalicəni yalnız xəstəxana şəraitində almalı, belə uşaqlarını valideynləri və uşaqla tomasda olmuş qohumları da yoxlanılmalıdır. Əkər o, körpələr evinə, uşaq bağçasına, oradakı işçilər və bütün uşaqlar da yoxlanmalıdırlar. Uşaq yaşlarında süzənəklə xəstələnən qızlarda sonrakı dövrlərdə onların sağlamlığına təsir edən qeyri-normallıqlar — aybaşının, hamiləliyin pozulması və ya sonsuzluq da ola bilər. Ona görə də kiçik yaşlarından uşaqlara, xüsusilə qızlara şəxsi gigiyena qaydalarını öyrətmək vacibdir. hər bir uşaq ayrıca yataqda yatmalı, onun şəxsi dəsmalı, gecə paltarları və lazımi əşyaları olmalıdır. Qız uşaqların heç vaxt yatağa tumançaq qoymaq olmaz. Bilmək lazımdır ki, süzənək xəstəliyini keçirmiş adamlarda bu xəstəliyə qarşı immunitet — davamlılıq yaranmır və o, təkrar xəstələnə bilər. Təkrar xəstəlik isə daha ağır və uzunmüddətli olur, çox da fəsadlar əmələ gətirir. Süzənəyin müalicəsi yalnız mütəxəssis həkim tərəfindən aparılmalıdır.

Süzənəyin profilaktikasının əsasmı onun vaxtında aşkar edilməsi, bütün xəstələrin mütəxəssis həkim tərə-findən vaxtında düzgün müalicə edilməsi təşkil edir. Bu məqsədlə də müəyyən qrup şəxslər müntəzəm şəkildə müayinə olunurlar. Bundan əlavə bütün hamilə qadınlar, hamiləliyi süni surətdə pozmaq üçün tibb idarələrinə müraciət edənlər, sidik-cinsiyyət trixomonlazı ilə xəstələr süzənəyə görə müayinə olunurlar.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 4667   Tarix: 16 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

TOP MP3