əş-Şərh surəsinin izahı

əş-Şərh surəsinin izahıMənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Məgər Biz sənin üçün köksünü açmadıqmı?
2. Yükünü səndən götürmədikmi?
3. Onlar belini bükürdü.
4. Biz adını sənə görə ucaltmadıqmı?
5. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.
6. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.
7. İşlərini qurtaran kimi Allah yolunda çalış!
8. Ancaq Rəbbinə üz tut!

əş-Şərh (Açma) surəsinin izahı 
Məgər Biz sənin üçün köksünü açmadıqmı?
Bu sualın mənası təsdiqdir. Qurani Kərimdə bu cür suallara tez-tez rast gəlmək olur. Ayədə verilən sualın mənasına gəlincə, burada Uca Allah Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - köksünü açdığını təsdiq edir. Burada açmaq sözü genişlətmək deməkdir. Köksün genişlənməsi dedikdə söhbət hissi genişlənmədən deyil, mənəvi genişlənmədən gedir. Uca Allah başqa bir ayədə belə buyurur: "Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar" (əl-Ənam, 125). Sonra Allah buyurur:

Yükünü səndən götürmədikmi?
Yəni, sənin günahlarını bağışladıq və səni əfv etdik. Uca Allah Qurani Kərimdə Öz peyğəmbərinə belə buyurur:
"Həqiqətən, Biz sənə aydın bir zəfər bəxş etdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin" (əl-Fəth, 1-3).
Həmçinin, Muğira ibn Şobə demişdir: "Bir dəfə Rəsulullah gecə namazını qıldı və o qədər ayaq üstə durdu ki, hətta, ayaqları şişdi. Sonra ona: "Nə üçün özünü bu ağır yüklə yükləyirsən?! Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır"– deyildi. Onda o: "Şükür edən bir qul olmayımmı?!" – deyə cavab verdi."

Onlar belini bükürdü
Yəni, onlar sənə ağırlıq gətirirdi. İnsanın beli bədəninin dayaq yeridir. Əgər yük beli yorursa, onda digər bədən üzvlərini necə yorur?! İnsanın beli ən güclü bədən üzvüdür. Belində və əlində yük daşımağına baxsan, bunun fərqini görə bilərsən. Sonra Allah buyurur:

Biz adını sənə görə ucaltmadıqmı?
Şübhə yoxdur ki, Uca Allah Peyğəmbərin adını ucaltmışdır. Birincisi, hər bir fərz namaza yüksək yerdən azan verildikdə; ikincisi, hər bir fərz namazda şəhadət verdikdə; üçüncüsü, hər bir ibadətin qəbul olunması üçün iki əsas şərti tətbiq etməklə Peyğəmbərin adını ucaltmışdır. Bu iki şərt bunlardır:
1. İxlas. İbadəti yalnız Allah rizası üçün etmək.
2. Peyğəmbərin buyurduğuna uyğun şəkildə etmək.

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir
Bu ayə Allahın Peyğəmbərə və onun ümmətinə olan müjdəsidir. Yəni, sənin üçün köksünü açıb yükünü səndən götürməklə və adını sənə görə ucaltmaqla sənə bu böyük nemətləri verdiyimiz kimi sənə üz verən çətinliyin ardınca mütləq asanlıq veriləcəkdir. Bu iki ayə haqqında görkəmli təfsir alimi İbn Abbas: "Bir çətinlik iki asanlığa üstün gələ bilməz" – demişdir. Bu iki ayədə çətinlik və asanlıq sözləri hərəsi iki dəfə işlənir, lakin ərəb dilinin qaydalarına görə çətinlik sözü müəyyənlik artikli ilə, asanlıq sözü isə qeyri-müəyyənlikdə işləndiyinə görə bir çətinlik və iki asanlıq ifadə olunur. Odur ki, çətinliyə məruz qaldıqda asanlıq gözlə. Həmçinin, bu asanlıq şəriətin buyurduğu ibadətlərdə də özünü göstərir. Məsələn, namaz ayaq üstə qılınır, bacarmadıqda oturan yerdə, onu da bacarmadıqda uzanan yerdə qılmağa icazə verilir. Habelə, oruc, həcc və başqa ibadətlərdə də asanlıq görə bilərsən. Həmçinin, müsibətə düçar olduqda, güzəranın və köksün daraldıqda məyus olma, çünki hər bir çətinliyin ardınca asanlıq gəlir. Allah sənə səbir etməyə yardım etməklə çətin işin asanlaşır. Bu o demək deyildir ki, çətinlik həmişə tamamilə götürülür. Bu o deməkdir ki, Allah sıxıntını aradan qaldırır, səbir etməyə yardım edir və çətinlik insan üçün asanlığa çevrilir. Sonra Allah buyurur:

İşlərini qurtaran kimi Allah yolunda çalış!
Yəni, işlərini qurtaran kimi digər xeyirxah əməllər etməyə çalış və dünyanın bər-bəzəyinə aldanıb özünü yaxşı işlər görməkdən məhrum etmə. Zaman insanın üzərindən keçib getməkdədir və onu tutub saxlamaq mümkün deyildir. Ona görə də aqil insan vaxtının qədrini bilərək həyatını çalışmaqla sürər. Sonra Allah buyurur:

Ancaq Rəbbinə üz tut!
Yəni, bütün işlərini yalnız Allahın rizasını qazanmaq üçün et!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 1766   Tarix: 02 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512