Uşaq alverçilərinə bəd xəbər

Uşaq alverçilərinə bəd xəbərAzərbaycanda uşaqların internet vasitəsi ilə aldadılmasının, insan alverinə, narkomaniyaya cəlb edilməsinin qarşısı yeni üsulla alınacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, uşaqların internetlə insan alverinə, narkomaniyaya cəlb edilməsinin qarşısını almaq, onların beyninin sağlamlığının müdafiəsini təmin etmək üçün xüsusi proqram təminatının hazırlanmasına başlanılıb. Artıq proqram təminatının nəzəriyyəsi, strukturu hazırdır. Proqram təminatının texniki komponentlərinin təkmilləşdirilməsi işləri bu il ərzində aparılacaq. Əgər müvafiq büdcə ayrılsa, gələn ildən bu proqramın istifadəsi planlaşdırılır: "Uşaqların bütün sahələrdə internet vasitəsi ilə aldadılmasına, onlardan sui-istifadə edilməsi hallarına son qoyulmalıdır. Buna görə də proqram hazırlanarkən bütün əmsallar - insan alveri ilə mübarizə, uşaqların internet vasitəsilə narkomaniyaya cəlb edilməsinin qarşısının alınması nəzərə alınıb. Proqram təminatı uşaqların beyninin sağlamlığını müdafiə etmək üçün pornoqrafik sözlərdən istifadənin də qarşısını alacaq. Bu gün uşaqlar arasında intihar halları da aktualdır. Bu proqram təminatı həm də uşaqların intihar hallarının qarşısını almağa yönələn tədbirlərdəndir. Proqram təminatı eyni zamanda, yalnız aldadılma deyil, uydurma, tamahkarlıq məqsədi ilə uşaqlardan istifadə etmə ilə bağlı həyata keçirilən qanunsuz tədbirlərin də qarşısının alınmasına kömək edəcək".

Komitədən bildirilib ki, valideynlər bu proqramları kömpüterlərinə pulsuz yazdıra və istifadə edə biləcəklər: "Bunlar olduqdan sonra uşaqlar kompüterə öz "açarları" ilə daxil olacaqlar. Bunun da əsasında saytlarda, forumlarda hər hansı danışıqlar aparıldıqda, yaxud sorğu verildikdə buna nəzarət ediləcək. Xüsusi komponentləri əhatə edən sözlər aşkarlandıqda bu barədə mərkəzi bazaya siqnal veriləcək, sorğu da, danışıqlar da dayandırılacaq".

Komitədən əlavə edilib ki, proqram təminatının getdikcə daha da təkmilləşdirilməsi və əhalinin digər qruplarının ondan istifadəsinə şərait yaratmaq planlaşdırılır: "Büdcə təminatı istənilən səviyyədə olsa, əhalinin bütün təbəqələri internet vasitəsilə ondan istifadə edə bilərlər. Amma bugünkü reallıq nəzərə alındığından proqram ilkin formada yalnız uşaqlar üçün nəzərdə tutulur".

Komitə hesab edir ki, bütün bu məsələlərə nəzarət etmək üçün ayrıca struktur yaradılmalıdır. Bunun üçün də komitə bu sahədə xüsusi şöbənin yaradılmasını təklif edir: "Çünki buna nəzarət edən əməkdaşlar olmalıdır. Bunun üçün də bir sektor, yaxud şöbə yaradılmalıdır. Eyni zamanda, bunun həlli üçün maliyyənin ayrılması vacibdir".

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 995   Tarix: 27 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 522
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

20:15 2
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 194
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

11:43 87
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 333
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 475
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 358