İmam Muslim kimdir?

İmam Muslim kimdir?Mənbə: http://zikr.az

İmam Muslim ibn Həccac, Xorasanın Nisabur şəhərində anadan olmuşdur. İmam əz-Zəhəbi demişdir: "Deyilənə görə İmam Muslim hicrətin 204-cü ilində anadan olmuşdur".
İmam Muslim Nisaburda yetərincə elm öyrəndikdən sonra biliyini artır­maq və hədisləri toplamaq məqsədilə Hicaz, Misir, Suriya, İraq və digər məm­ləkətlərə səyahət etmiş və sayı iki yüzdən çox olan alimlərdən elm almışdır.
Bir çox əsərlərində imam Muslim, Buxarinin elmindən istifadə etdiyini eti­raf etmiş və hə­dis elmində onun bənzəri olmadığını söyləmişdir. İmam Buxari Nisabur şəhərinə gəldikdə Muslim mü­tə­madi olaraq onun məclislərində iştirak etmiş, ondan heç ayrılmamış və onun elmindən bəhrə­lənmişdir. Muslim həmişə Buxarini müdafiə etmiş, onu pisləyənlərin cavabını ver­mişdir.
Xətib əl-Bağdadi demişdir: "Muslim hədis elmində Buxarinin yolunu tu­tub getmiş, onun elmini gözdən keçirmiş və bu sahədə addımbaaddım onu iz­ləmişdir".
İslam alimləri Muslimin hörmətli şəxsiyyət və möhtərəm imam, habe­lə hədis el­mində yüksək bacarıq və ali məqam sahibi olmasını qəbul etmişlər.
Hakim demişdir: "Mən Əbu Abdur-Rəhman əs-Silminin belə dediyini eşit­dim: "Mən yarlı-yaraşıqlı və gözəl görkəmli bir şeyx gördüm. Əynində gözox­şayan bir bürüncək var idi, əmmaməsinin ucunu da çiyinləri arasına salmışdı. Məsciddəkilər: "Bu, Muslimdir"– dedilər. Elə bu vaxt əmirin adamları qaba­ğa keçib: "Möminlərin əmiri, Muslim ibn Həccacın müsəlmanlara imamlıq etməsini buyurur"– dedilər. Beləliklə, Muslim qabağa keçib təkbir gətirdi və camaata namaz qıldırdı".
Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zurədən və Əbu Hatimdən eşit­dim. Onlar Muslim ibn Həccacı, səhih hədisləri bilmək xüsusunda öz əsrlə­rində­ki şeyxlərdən üstün tuturdular".
Nəvəvi demişdir: "Hədis elmində iki nümunəvi imamın – Əbu Abdullah Muhəmməd ibn İsmail əl-Buxarinin və Muslim ibn Həccac əl-Quşeyrinin "Sə­hih" əsərləri ən mötəbər kitablar sayılır. Həqiqətən də, onların bu əsərlərinin misli-bərabəri yoxdur".
Həmçinin demişdir: "Alimlər ittifaq etmişlər ki, Bu­xari və Muslimin "Səhih" əsərləri, Qurandan sonra ən səhih kitab­lar hesab edilir. Müsəlman ümməti bu iki kitabı tərəddüdsüz qəbul etmişlər".
İmam Muslim hicrətin 261-ci ilində Rəcəb ayının 24-ü bazar günü vəfat etmiş və bazar ertəsi ayın 25-i Nisaburda dəfn edilmişdir. Allah ona rəhmət etsin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2111   Tarix: 21 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512