Azərbaycanın bahalı və müasir silah aldığı şirkətdən Ermənistan nə alır?

Azərbaycanın bahalı və müasir silah aldığı şirkətdən Ermənistan nə alır?"Rusiya həm Azərbaycana, həm də Ermənistana silah satır. Artıq Çernoqoriya ərazisindən silahla dolu 38 təyyarə konflikt edən tərəflərə uçuş həyata keçirib". FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Amerikanın Xarici siyasət Şurasının eksperti Stiven Blank Vaşınqtonda keçirilən «Ukraynadan sonra Cənubi Qafqazda Energetika və Təhlükəsizlik məsələləri» konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyadan sanballı qiymətə yüksək texnologiyalı silahlar aldığı halda, erməni tərəfi ucuz qiymətə ancaq köhnə silahlar əldə edir.

Yeri gəlmişkən, amerikalı ekspertin bu etirafından sonra, elə buradaca Azərbaycan və Ermənistan ordusunun müqayisəsinə, hər iki ordunun gücü, imkanları, sahib olduğu texnikaya nəzər salaq.

Hərbi büdcə
Azərbaycan:

2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon dollar civarındadır.

Ermənistan:

2013-cu il dövlət büdcəsinin bütövlükdə gəliri 2,9 mlrd. dollar (Azərbaycanın yalnız hərbi büdcəsindən 900 milyon ABŞ dolları az), xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində hərbi xərclər 495,3 mln ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb.

Canlı qüvvə
Azərbaycan:

126.400 əsgər hərbi qüvvəsi var. Ehtiyat əsgərlərin sayı 550 mindir. Muzdlu əsgəri yoxdur.

Ermənistan:

60 min əsgərə və 320 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3.200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir. Xaricdəki diaspor tərəfindən maliyyələşdirilən bu muzdluları erməni hərbi ekspertlər özləri də qüvvə hesab etmirlər. Onların fikrincə, savaş başlayacağı təqdirdə muzdlular daha çox pula Azərbaycanın tərəfinə keçə bilərlər.

Texnika
Azərbaycan:

Helikopterlər:
Mi-35M: 24 ədəd döyüş helikopterləri Dövlət Sərhəd Xidmətinin arsenalına daxil olunur. Mi-24: 70 ədəd hücum helikopteri, T-129 ATAK: 60 - ədəd hücum helikopterləri (Türkiyə istehsalı),
Mi-2: 10 - ədəd
Mi-6: 15 - ədəd
Mi-8: 18 ədəd
Mi-17-1V: 72 ədəd
Mi-17-1Ş: 14 ədəd
Mi-172: 1 - ədəd
Ka-32: 12 - ədəd
Eurocopter Super Puma: 2 - ədəd
AW-139: 8 - ədəd (İtaliya ilə bağlanılan müqaviləyə əsasən,
2 ədədi təhvil alınıb, 6-sı isə gətiriləcək) AW-189: 2

Təyyarələr:
MiG-29: 49 ədəd kəşfiyyat təyyarələri,
Su-24: 8 ədəd bombardımançı təyyarə
Su-25: 33 - ədəd (11 ədədi Belarusiya istehsalı)
JF-17: 24 ədəd qırıcı təyyarə
L-39: 22 ədəd təlim döyüş təyyarəsi
İl-76: 3 ədəd (nəqliyyat təyyarəsi)
An-12: 1 ədəd (nəqliyyat təyyarəsi)
An-24: 1 ədəd (nəqliyyat təyyarəsi)
Tu-134A: 1 ədəd (nəqliyyat təyyarəsi).

Pilotsuz təyyarə
Aeronautics Orbiter: 45 ədəd
Aeronautics Aerostar: 60 ədəd
Searcher - 42: ədəd
Hermes 450: 40 ədəd
Heron: 5 - ədəd.

Yerli istehsallar:
Snayperlər: "İstiqlal", "Yalquzaq", "Mübariz" Zirehli texnika: Matador, Marauder, Gürzə patrul maşını. Avtomatlar: "Xəzri", "Hücum" (tüfəng), "Şimşək" Tapança: "Zəfər", "Zəfər-K", "İnam". Minaatanlar: HE Mortar Bomb 120 mm. Reaktiv yaylış atəş sistemləri: Çoxtərəfli 107 mm kalibrli raketlər. TR-107 və TRB-107 raketləri 11 km-ə qədər yerləşən hədəfi vura bilir.

Ermənistan:

Su-25: 15 ədəd (hücum təyyarəsi)+ 6 ədəd (səhih deyil). Su-27: 4 ədəd MiQ-25PD: 1 ədəd. İl-76 - 2 ədəd (yük təyyarəsi). Mi-24 helikopteri - 12 ədəd. MiQ-29: 18 ədəd (Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyaya məxsus təyyarələrdir).

Qeyd: Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan əlavə 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç Sovetlər Birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb.

Azərbaycandan fərqli olaraq, Ermənistan ordusunda pilotsuz uçan qırıcılar yoxdur, bundan başqa, Ermənistanın hərbi sənayesi yerli silah və texnika istehsalı baxımından çox aşağı səviyyədədir.

faktxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3708   Tarix: 05 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 703
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 125
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 619
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 211
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 309
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 413
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 219
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 401
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

14:33 156